12/11/2019 23:21
728 x 90

Türk Şurası ölkələri Xəzərdə daşımalar üçün birgə şirkət yarada bilər

img

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ölkələri Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması məqsədilə Xəzərdə daşımalar üçün birgə gəmiçilik şirkəti yaratmağı planlaşdırır. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev deyib.

“Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəli marşruta çevrilməsi məqsədilə nəqliyyat və gömrük sahəsində optimal və əlverişli şərtlərin formalaşmasını gündəliyə çıxarırıq. Dəhliz boyu logistika xərclərini azaldaraq nəqliyyat və gömrük sektorunun operativliyini artırmaq çox vacibdir. Bunun üçün Xəzər üzrə birgə gəmiçilik şirkətinin yaradılmasının müzakirəsini planlaşdırırq”, - Amreyev “İnterfaks-Azərbaycan”a bildirib.

O qeyd edib ki, təşkilata üzv ölkələr Türk Şurasının formalaşmasını başa çatdıraraq növbəti mərhələyə keçirlər. Burada TDƏ.-in fəxri sədri Nursultan Nazarbayevin “Türk baxışı -2040” proqramının hazırlanması təklifi gündəlikdə durur.

“Bununla əlaqədar, TDƏŞ-in katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası-2023” yeni strategiyası hazırlanır. Tərəflərin təkliflərini sənədə daxil edərək onu gələn sammitdə (2020-ci ildə Türkiyədə - İF) təqdim edəcəyik”, - o qeyd edib.

Amreyevin sözlərinə görə, gləcək əməkdaşlıq mərhələsi iqtisadi əməkdaşlığın ən vacib sahələrində yeni prinsiplər və yanaşmalara tələb edə bilər. “Azad ticarətin stimullaşdırılması strategiyası və ya ticarətin inkişafı çərçivəsində üzv ölkələri arasında preferensial sazişlərin imzalanması məsələləri gündəliyə çıxarıla bilər. İqtisadi əməkdaşlığın möhkəmlənməsi, ticarət və qarşılıqlı investisiyaların təşviqi, həmçinin orta və kiçik biznesin dəstəklənməsi üçün optimal maliyyə alətləri lazımdır”, - o qeyd edib.

“Qlobal arenada vacib yer tutan türk dünyasının yaxın 10 il ərzində nüfuzlu, güclü və vahid birliyə çevrilməsi üçün ruh yüksəkliyi ilə çalışırıq”, - Amreyev əlavə edib.

Son xəbərlər