12/11/2019 22:07
728 x 90

Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

img

Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O, bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək".

Son xəbərlər