Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ-Türkiyə münasibətləri NATO-nu dağıtmaq həddində, türk nazirlərə düşmən münasibət - sanksiya…

Image


Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyaya hərbi müdaxiləsinə görə bu ölkənin bəzi rəsmilərinə sanksiya tətbiq etdiyini açıqlayıb. Məlum olub ki, rəsmi Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatlarının dayandırılmaması ilə bağlı Türkiyənin üç nazirinin adını sanksiyalar siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin saytında verilən məlumatda bildirilir ki, adları sanksiyalar siyahısına əlavə edilən nazirlər müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soyludur. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trump, həmçinin, öz türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək dərhal anlaşmaya getməyi tələb edib. Türkiyə tərəfi bəyan edib ki, onun Suriyanın şimal-şərqinə müdaxilə məqsədi kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq və Ankara hökumətinin "təhlükəsiz bölgə" kimi təsvir etdiyi ərazini yaratmaqdır.

"Təhlükəsiz bölgə" təxminən Suriya ərazisinin dərinliyinə doğru 30 kilometr ərazini əhatə edir. Türkiyə öz ərazisində yerləşmiş iki milyona qədər Suriya qaçqınını bu əraziyə köçürmək istəyir.  Bazar ertəsi Vaşinqtonda jurnalistlərə müsahibə verən ABŞ maliyyə naziri Steven Mnuçin sanksiyanın "çox güclü" olduğunu və Türkiyə iqtisadiyyatı üzərində ağır təsirləri ola biləcəyini vurğulayıb. Bildiyimiz kimi, Türkiyə NATO üzvüdür və faktiki olaraq, ABŞ-ın yaxın müttəfiqi sayılır. Vaşinqtonun tətbiq etdiyi sanksiya iki ölkə arasındakı münasibətlərin gələcək perspektivinə və NATO-nun vahidliyinə necə təsir edəcək?

  • “NATO Türkiyənin üzləşdiyi vəziyyətə uyğun olaraq, təşkilatın 5-ci maddəsini tətbiq etmək əvəzinə, onun sanksiyaya məruz qalmasına imkan verir”

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış bulağı” antiterror əməliyyatına başlayıb: “Türkiyənin kənardan Suriyanın şimal-şərqinə müdaxilə məqsədi kimi görsənən addımı məhz kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq və burada təhlükəsiz bölgə kimi yaradılacaq əraziyə Türkiyədə məskunlaşmış suriyalı qaçqınların köçürülməsini həyata keçirməkdir. Təhlükəsiz bölgə 30 kilometr ərazini əhatə edir və Türkiyə iki milyona qədər Suriya qaçqınını bu əraziyə köçürməyi planlaşdırır. Ümumiyyətlə, burada bir haşiyəyə çıxım ki, ABŞ-ın xarici siyasətində məqsədlərinə çatmaq üçün sanksiyalarla hədələmə və sanksiyaların tətbiqi artıq bir normaya çevrilib. Əgər daha öncələr ABŞ sanksiyaları təhlükəsizlik, siyasi-iqtisadi mövzuda rəqiblərinə qarşı tətbiq edirdisə, son illər ABŞ maraq və nüfuz dairələri olan həssas regionlarda ortaq fəaliyyət göstərdiyi tərəfdaşlarına da tətbiq etməyə başlayıb. Məsələn, NATO tərəfdaşları olan Türkiyə, Almaniya və sair dövlətlərə qarşı.

Ekspertin sözlərinə görə, Trampın prezident seçilməsi ilə ABŞ xarici siyasətində prioritetlərin dəyişməsi, ABŞ-ın AB, Yaxın Şərq və Mərkəzi Asiya siyasətinin dəyişəcəyi barədə fikirlər çox səslənir: “Türkiyəyə istər ABŞ, istərsə də AB tərəfindən tətbiqi nəzərdə tutulan sanksiyaların nə ilə nəticələnəcəyi haqqında rəy verməmişdən öncə Türkiyənin bu addımı atmasını şərtləndirən məqamlar haqqında fikir bildirmək istəyirəm. Keçən həftə ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti ilə telefon danışığından sonra Suriyanın şimal-şərqindəki ABŞ qüvvələrini geri çəkdi. Bu addım, əslində, 2012-ci ildən sonra ilk dəfə Suriya ordusunun şimal-şərq bölgələrinə qayıdacağına rəvac verəcək bir addım olaraq nəzərdə tutulsa da, Suriya qüvvələri ərazinin kürd qüvvələrinin nəzarətinə keçməsinə imkan verdi. Suriya ordusu bunu digər bölgələrdə vuruşan üsyançılarla döyüşmək izahı ilə etsə də, bu, Türkiyə üçün mahiyyəti dəyişmir. Belə ki, Türkiyə burada, haqlı olaraq, hərbi kürd qruplarının və onlarla sıx təmasda olan, Türkiyədə 80-ci illərdən sonra separatçılıqla məşğul olan PKK terror qruplarının birləşməsi cəhdini gördu və bu, Türkiyə üçün öz sərhədlərində milli maraqlarının müdafiəsi üçün bu addımı atmağa, bu ərazidə hərbi əməliyyat aparmağa yol açdı. Sanksiyalara gəlsək, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək qərarı alıb.

Avropa Birliyinin sanksiyalarına gəlsək, AB ölkələri Türkiyəyə silah ixracını dayandırmaq kimi öhdəlik götürüblər. Müdafiə Nazirliyi və Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tətbiq olunan sanksiyalar, ümumilikdə, cəmiyyəti mövcud hakimiyyətdən narazı salacaq geniş bir strategiyanın bir hissəsi kimi nəzərdə tutulur, nazirlərə tətbiq olunan sanksiyanın təsirini şərh etmək isə, ümumiyyətlə, mənasızdır.

ABŞ-ın digər ölkələrə - Rusiya, İran və s. tətbiq etdiyi sanksiyalar təcrübəsindən belə qənaətə gəlmək olur ki, sanksiyaların növbəti mərhələsi olaraq maliyyə-bank sektoruna sanksiyalar tətbiq oluna bilər. Bu isə onsuz da illərdir 3 milyon ərəb qaçqınını yedirən Türkiyə iqtisadiyyatı üçün narahatlıqla nəticələnəcək. Ancaq onu da qeyd edim ki, istər ABŞ , istərsə də AB ilə bağlı Türkiyənin sanksiyalara cavab olaraq kontr-kart kimi istifafə edə biləcəyi məqamlar var”.

Ekspertin sözlərinə görə, ABŞ-ın bu addımı çox təzadlıdır: “NATO tarixində görünməyən hadisədir. Ağ Ev ərazi bütövlüyünə təhdidin qarşısını aldığı üçün NATO-nun üzvünə, Türkiyəyə qarşı sanksiya tətbiq edib. NATO Türkiyənin üzləşdiyi vəziyyətə uyğun olaraq, təşkilatın 5-ci maddəsini tətbiq etmək əvəzinə, onun sanksiyaya məruz qalmasına imkan verir, göz yumur. Türkiyə 1952-ci il fevralın 18-də Şimali Atlantika Alyansına üzv qəbul olunub. Ötən illər ərzində Türkiyə alyansın maraqlarını müdafiə edib. Əfqanıstan savaşı, İŞİD, "əl-Qaidə" terrorçu qruplaşmalarına qaşrı birgə mübarizədə, ABŞ başda olmaqla, NATO dövlətləri ilə birlikdə fəaliyyət göstərib. Ancaq indi Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təhdidlə üz-üzədir. 5-ci maddə unudulub. Bu maddəyə əsasən, üzv ölkələrdən biri təcavüzə, o cümlədən, terror hücumuna məruz qalarsa, hərbi ittifaq həmin dövlətə yardım etməlidir. İndiki halda bu maddənin Türkiyənin müdafiəsi ilə bağlı tətbiq edilməsi vacib sayılır. Deməli, bu qənaətə gəlmək olar ki, NATO Türkiyə ilə yollarını ayırmaq istəyir. Burada kimin udacağı, kimin isə məğlub olacağı hələ ki, sual altındadır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ