Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın mövqeyi Qarabağda antiterror əməliyyatlarını qaçılmaz edir – Bakıda Türk Zirvəsindən sonra təcavüzkarın narahatlıqları artır…

Image


Dağlıq Qarabağ münaqişəsinin çözümünün uzanmasının artıq beynəlxalq dairələrdə də ciddi narahatlıq yaratması müşahidə edilməkdədir. Çünki belə vəziyyət regionda savaşın yenidən başlanmasını istisna etmir və indiki halda yeni müharibə dünya üçün ciddi təhdid sayılır. Məsələnin bu tərəfinə nəzər salan NATO-nun baş katibi Yens Stoltenberq Londonda keçirilən NATO Parlament Assambleyasının iclasında bildirib: “Dağlıq Qarabağ münaqişəsi hələ həll edilməyib və biz münaqişəyə uzunmüddətli siyasi həll tapa bilməməyimizdən narahatıq”.

O qeyd edib ki, Şimali Atlantika Alyansı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə yönəlmiş səylərini dəstəkləyir: “Məlumdur ki, bu münaqişənin həlliendə NATO, hələ ki, birbaşa rol oynamır, lakin biz siyasi həll axtarılması məsələsində ATƏT-in Minsk Qrupunun həmsədrlərini dəstəkləyirik”. Amma o da faktdır ki, məsələnin siyasi həlli üçün Minsk Qrupunun indiyə qədər göstərdiyi fəaliyyət hansısa nəticə verməyib. Vəziyyətin bu şəkildə qalması isə savaş ehtimalını sürətlə artırır. Xüsusən də Azərbaycanın antiterror əməliyyatlarına istənilən an start verməsi tamamilə mümkün sayılır. Əslində, qardaş Türkiyənin Suriyanın şimalında başlatdığı əməliyyatlardan sonra bu məqam  Ermənistanın özündə də böyük xof yaradıb. Ermənistan hökumətinə yaxınlığı ilə seçilən erməni politoloq, Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan məsələ ilə bağlı bildirir ki, Ermənistanı Türkiyə-Suriya konfliktindən yaxşı heç nə gözləmir: “Azərbaycan hərbi əməliyyatlara start verə bilər. Rusiya bunun qarşısını almayacaq”. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer də qeyd edir ki, Türkiyənin Suriyadakı əməliyyatı Ermənistan üçün dolayı yolla böyük təhlükələr yaradır. Ekspert qeyd edib ki, son zamanlar Qarabağda da gərginlik var: “Oradakı vəziyyət bu cürdür ki, münaqişənin yenidən başlaması ehtimalı var. Regionda vəziyyətin gərginləşməsi müharibənin yenidən başlamasına töhfə verir. Türkiyənin terrorçulara qarşı apardığı kampaniya birbaşa ermənilərə təsir etmir, lakin Moskva və Ankara arasında növbəti nəticə olsa, o zaman Ermənistan bu orbitə düşə bilər”.

Eyni mövqeni rusiyalı politoloq Vladimir Lepexin də bölüşür: “Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlar bu ölkənin bölgədəki mövqelərini gücləndirəcək. Ən başlıcası, Türkiyə kürd silahlı qüvvələrini sıxışdıracaq, təkcə kürdləri yox, Suriya, ABŞ və Rusiyanı da öz şərtlərini müzakirə etməyə məcbur edəcək. İkincisi, Rusiya bölgənin əsas oyunçusuna çevrilir. Üçüncüsü, ərəb dünyası ölkələrinin Türkiyənin istəklərinə zidd olaraq bir qədər konsolidasiyasını gözləməliyik. Dördüncüsü, Türkiyənin bu uğurlu əməliyyatlarından sonra Azərbaycanın bölgədəki rolu kəskin artacaq ki, bu da Ermənistanda Nikol Paşinyanın mövqeyini zəiflədir”. Rus politoloq hesab edir ki, Azərbaycan Rusiya və Türkiyə arasında vasitəçi rolunu oynaya bilər: “Bakı, şübhəsiz ki, Moskva ilə Ankara arasındakı təmaslarda fəal vasitəçi olacaq. Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə daha sıx inteqrasiya qarşılıöında Qarabağ probleminin Bakının maraqları nəzərə alınmaqla həll olunmasında əlavə üstünlüklər qazanacaq. Digər yandan, Qərblə münasibətləri inkişaf etdirməyə güvənən Ermənistanın hazırkı rəhbərliyi öz havadarları, əsasən də Rusiya tərəfindən tərk ediləcək”.

Erməni siyasi analitik Ara Papyan da qeyd edir ki, Rusiyanın  Ermənistandan dəstəyini geri çəkdiyi bir vaxtda Azərbaycanın hərbi əməliyyatlara başlaması İrəvan üçün dəhşətli sonluğa yol aça bilər. Azərbaycanın isə yaranmış vəziyyətdə belə əməliyyata başalması ehtimalı getdikcə artır. Məhz Ermənistanda da narahatlıq yaradan budur ki, Azərbaycan Türkiyənin dəstəyi ilə antiterror əməliyyatına başlasa, Rusiya onları durdurmaq üçün heç bir addım atmayacaq. Ara Papyan hadisələrin, əslində məhz bu istiqamətdə inkişaf ehtimalının xeyli artdığını vurğulayır:

“Xatırlatmaq lazım gəlir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hələ “Valday” konfransı zamanı Ermənistana ünvanladığı Qarabağ bəyanatı Kremlin mövqeyini açıq göstərdi.  Lavrovun bu cür bəyanatı Ermənistan üçün tamamilə qeyri-məqbul olsa da, Moskvanın mövqeyini göstərir. İlham Əliyevin “Valday”da səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına heç bir cavab olmadı. Rusiya tərəfi bununla mövqeyini göstərdi. İndi bu vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlara başlaması və Türkiyədən dəstək almasına Rusiyanın seyrçi qalacağı şübhə doğurmur. Ermənistanın isə təkbaşına türklərin öhdəsindən gəlməsi ağlabatan deyil. Hər halda, hadisələrin axarı bizim lehimizə deyil".

Ara Papyan bildirir ik, bu vəziyyətdə rus hərbi bazasının Ermənistandan çıxarılması istiqamətində atılan addımlar ölkəsinin vəziyyətini xeyli ağırlaşdıracaq. Bu xüsusda xatırladaq ki, bu günlərdə terrorçu mahiyyəti ilə tanınan “Sasna Tsrer” partiyasının katibliyinin koordinatoru Varujan Avetisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dağıdılması və milli sistemin qurulmasına dair təmsil etdiyi partiyanın planlarını təqdim edib. Avetisyanın sözlərinə görə, bu plan iki mərhələdən ibarətdir. Birinci mərhələdə “Sasna Tsrer” Milli Təhlükəsizlik Xidmətinin bütün generallarını və polkovniklərini sistemdən uzaqlaşdırmağı, struktur dəyişikliyini həyata keçirməyi və digər şeylərlə yanaşı, sərhəd qoşunlarına nəzarəti Milli Təhlükəsizlik Xidmətindən almaq və Müdafiə Nazirliyinin tərkibinə verməyi tövsiyə edir.

Erməni hərbi ekspert David Arutyunovun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin nəzarəti altında olan sərhəd qoşunları Ermənistana daxil olan və çıxanları idarə etmək imkanı verir və bu, təhlükəsizliyin təmin olunmasının vacib tərkib hissəsidir: “Müdafiə Nazirliyində isə bu nəzarət mexanizmləri və təhlil apara biləcək lazımi əməliyyat sistemi yoxdur. Sərhəd işləri Müdafiə Nazirliyinin funksiyasına aid olmayan müəyyən sistemlərin tətbiq edilməsini nəzərdə tutur. Sərhədçilərin məsələsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil, buna görə də bu tezis “Sasna Tsrer” tərəfindən yalnız siyasi kontekstdə irəli sürülür və bu, Rusiyanın təsir dairəsi kimi qəbul edilən Milli Təhlükəsizlik Xidmətini zəiflətmək məqsədi daşıyır. Deyim ki, son 30 ildə Milli Təhlükəsizlik Xidməti çox böyük dəyişikliklərə məruz qalıb və indiki qurum sovet xüsusi xidmət orqanlarından fərqlənir”. Onun sözlərinə görə, sərhəd qoşunlarının Milli Təhlükəsizlik Xidmətindən çıxarılması daha böyük siyasi proqramın bir hissəsidir, ancaq “Sasna Tsrer” üçün problem Milli Təhlükəsizlik Xidmətinin Rusiyanın təsiri altına düşdüyü məsələsidirsə, niyə digər təsir altında olan Rusiyanın Ermənistandakı iqtisadi qollarına toxunulmaması aydın deyil:
“Rusiya amili 102-ci hərbi bazanın qoruduğu Ermənistan-Türkiyə sərhədində də mövcuddur. İndi Milli Təhlükəsizlik Xidmətini dağıtmaqla Rusiya faktorundan qurtulmağı təklif edirlərsə, sual yaranır, belə olan halda Ermənistan-Türkiyə sərhədini qoruyan başqa bir Rusiya amili – 102-ci hərbi bazanın taleyi necə olacaq?”. “Sasna Tsrer”in Milli Təhlükəsizlik Xidmətinin bütün generallarını və polkovniklərini sistemdən çıxarmaq təklifinə toxunan Arutyunov sual edir ki, bu general və polkovniklərin məşğul olduqları işlər üzrə mütəxəssisləri haradan tapacaqlar: “Bu funksiyaları yerinə yetirmələri üçün bu cür insanları haradan tapacağıq? İndi  “Sasna Tsrer”  bu həlli təqdim etmir. Digər tərəfdən, rus ordusu çıxarıldıqdan sonra yeni Qarabağ savaşında Rusiyadan hansı dəstək gözləmək olar? Amma Azərbaycana Türkiyə tam dəstək verəcək. Elə Bakıda da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik. Bunlar elə-belə deyilmiş sözlər deyil. Azərbaycan və Türkiyənin güclərini birləşdirib Ermənistana qarış yönəltməsinə qarşı durmaq çətin məsələdir. Xüsusən də Rusiyanın dəstəyinin olmadığı bir vaxtda”.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın mümkün Qarabağ müharibəsi Ermənistanda ciddi xof yaradıb. Hadisələrin inkişaf axarı isə ermənilərin bu xofunun heç də əbəs olmadığını deməyə əsas verir. Çünki ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan istənilən vaxt antiterror əməliyyatlarına start verə bilər və bu istiqamətdə bütün şərtlər də artıq Azərbaycanın lehinədir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ