Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan 500 nəfərlik batalyonla Suriyanın şimalında anti-Türkiyə müharibəsinə qoşuldu - Azərbaycan ərazilərinə Suriyadan ermənilərin yeni köçünə start verilir…

Image


İşğal altındakı Azərbaycan ərazilərinə kənar yerlərdən ermənilərin köçürülməsi İrəvanın həmişə xüsusi diqqət mərkəzində yer alıb. Bu fonda işğalçı ölkə üçün əsas mənbə qismində son illərdə Suriyanın çıxış etməsi də heç kimə sirr deyil. Məlumdur ki, Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə hələ də Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.

Suriya ermənilərnin bir hissəsi, Ermənistanla yanaşı, Dağlıq Qarabağ ərazisinə də yerləşdirilib. Azərbaycan tərəfi bundan əvvəl dəfələrlə Qarabağa süni şəkildə Suriya ermənilərinin köçürülməsi məsələsini beynəlxalq platformalarda qaldırıb. Amma Ermənistan hələ də beynəlxalq hüquq normalarına zidd olan bu siyasətindən geri çəkilmir.

Bu arada Türkiyə ordusunun Suriyada yeni əməliyyatları fonunda Suriyadan Ermənistana və işğal altındakı Azərbaycan ərazilərinə yeni köçün başlanması istisna olunmur. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı uğurla davam edir. Əməliyyat çərçivəsində 600-dən çox PKK terrorçusu zərərsizləşdirilib. Tel Abyad və Rəsulaynda şəhər mərkəzlərinə nəzarətin tam təmin edilməsindən sonra nəzərlər Fəratın qərbində yerləşən Münbiçə çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın “Qərar verdik, icra mərhələsinə keçdik” sözləri ilə Münbiç əməliyyatının anonsunu verməsindən sonra Münbiçin şimalındakı Cerablusda Türkiyə Silahlı Qüvvələrinin hərəkətliliyi artıb. Çox sayda komanda ilə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri sayılan “Bordo bereliler” Münbiç ətrafına göndərilib. Bölgədə tanklar və zirehli texnikanın hərəkətliliyi də diqqəti cəlb etməyə başlayıb. Bu texnika arasında hərbi birliklərin çayı keçməsi üçün nəzərdə tutulan səyyar körpülər də var. Suriya Milli Ordusuna bağlı qüvvələrin də Münbiç sərhədində yerləşdirilməsinə başlanıb.

Əməliyyatların genişlənməsi fonunda burada yaşayan ermənilərin bir qisminin ölkəni tərk etməsi gözlənir və İrəvan özü dü bu istifqamətdə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Sülh çeşməsi” hərbi əməliyyatı ilə bağlı danışarkən bu xüsusda bildirib ki, lazım gələrsə, Ermənistan Suriyadakı erməniləri təxliyə edəcək: “Etnik ermənilər Qamışlı və ətraf ərazilərində yaşayır. Dəməşqdəki səfirliyimizlə Hələbdəki baş konsulluğumuz Suriyanın şimal-şərqindəki erməni qurumlarla daimi əlaqədədir”. Ermənistan parlamentinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mitar Ayrapetyan artıq Tel Abyaddakı erməni ailələrini təxliyə etməyi planlaşdırdılqarını bildirib. Aydındır ki, həmin ermənilərin bir qisminin məhz Qarabağa gətirilməsi də Ermənistan üçün xüsusi diqqət mərkəzində yer alır.

Bununla yanaşı, Suryiada türk qüvvələrinə qarşı hərbi əməliyyatlarda da ermənilərin fəal iştirak etməsi müşahidə olunur. Məlumatlara görə, artıq Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu Türkiyə ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Resulayn şəhərinə yollanıb. Xatırladaq ki, hərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb. Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi Nubar Ozanyan adını daşıyan erməni yaraqlı qruplaşması son illərdə Türkiyəyə qarşı aktiv fəaliyyəti ilə seçilir. “Ozanyan qrupu” əvvəlcə suriyalı ermənilərdən ibarət olmaqla 90 nəfərlik batalyon kimi formalaşıb. Lakin hazırda qrupun tərkibində 500-dən çox yaraqlı var və briqada şəklində formalaşdırılıb. Qruplaşmanın Türkiyə ilə sərhəd Qamışlı, Rəsulayn, Amude, Tel Abyad, Aynularab bölgələrində mövqe tutduğu bildirilir. Həmin qruplaşma erməni terror təşkilatı ASALA-nın davamçısı hesab edilir. Suriya müharibəsi zamanı uzun illərdir bu bölgədə yerləşdiirlmiş ermənilər qruplaşmaya daxil olub. Minlərlə suriyalı erməni isə Ermənistana köçüb, onlardan bir hissəsi Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilib. Suriyada yaradılan erməni qruplaşmasına Ermənistandan hərbi və maddi dəstək verilir. Ermənistan öz hərbi təlimatçılarını qruplaşmaya təlim keçmək üçün  müxtəlif vaxtlarda bölgəyə göndərib. İndi həmin qruplaşmadan yenidən Türkiyəyə qarşı istfiadə olunur. Amma qruplaşmanın Türkiyə ordusu qarşısında tab gətirməyərək Ermənistana və Qarabağa qaçacağı da əsas gözləntilər sırasındadır.

Burada onu da bildirək ki, Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Bu məsələdə Ermənistanın baş naziri Nikol Paşinyanın isə xüsusi marağı var. O da sələfləri kimi  Suriyada döyüşən ermənilərin Qarabağda məskunlaşmasını planlaşdırır. Eyni zamanda, burada əsas məqsədlərdən biri Suriyadakı ermənilərin dəstəyini almaqdır. Xüsusilə də Hələb erməniləri Yaxın Şərq erməni diasporları içərisində əhəmiyyətli mövqe tutur. Hətta çox ədəbiyyatda “Suriya erməni diasporu” yerinə “Hələb erməni diasporu” ifadəsi işlədilir. Paşinyan bu erməni diasporlunun dəstəyini qazanmaq üçün Suriya ermənilərinin bir qismini Erəmnistana və Qarabağa köçürməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl də ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma faktlarını araşdırmaq üçün dəfələrlə monitorinq keçirib. Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Amma hazırda Ermənistan belə monitorinqlərin aparlımasına imkan vermir. Bununla belə, görünən odur ki, zəbt edilmiş Azərbaycan ərazilərinə Suriyadan ermənilərin yeni köçünə start verilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ