Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan vətəndaşlığından çıxmadan Rusiya vətəndaşlığı almaq mümkün olacaq

Image


Qeyri-neft sektoru üzrə xaricdən Azərbaycana pul daxil olmasında şimal qonşumuz hələ də mühüm rol oynamaqda davam edir. Bunu statistik göstəricilər də təsdiq edir. Məsələn, 2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Rusiyanın Mərkəzi Bankının məlumatlarında qeyd olunur ki, Azərbaycana hər göndərişdə orta hesabla, təxminən, 300 dollar göndərilir. İlin sonuna kimi Rusiyadan Azərbaycana köçürmələrin 1 milyard dollara yaxınlaşması istisna olunmur.

Ümumiyyətlə, real vəziyyət bir daha təsdiq edir ki, ölkə xaricində soydaşlarımızın çalışdığı əsas dövlət qismində hələ də Rusiya çıxış edir. Həmçinin, proseslər göstərir ki, Rusiyanın özünün də əməkçi miqrantlara ehtiyacı böyükdür. Hətta iş o yerə çatıb ki, Rusiya belə şəxslər üçün vətəndaşlıq məsələsini də asanlaşdırmağa hazırlaşır. Məsələ burasındadır ki, Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişikliklər nəzərdə tutulur. Bu fonda Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilər. Bu təklif artıq Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər. Bundan əlavə, Rusiya ali məktəblərində, eləcə də MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.

Ekspertlər hesab edir ki, bu durumda Rusiyada daha asan və rahat fəaliyyət göstərmək üçün miqrantalrın bu ölkənin vətənaşlığıın alması halları genişlənəcək. Bura müəyyən sayda azərbaycanlıların da daxil olması istsina edilmir. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da vurğulayır ki, Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv etsə, əcnəbi şəxs əvvəlki vətəndaşlığını da saxlamaqla rahat şəkildə Rusiya vətəndaşlığı əldə edə bilər: "Məsələn, Azərbaycan vətəndaşı olan şəxs Rusiya vətəndaşı olsa, deməli, Azərbaycan vətəndaşlığından imtina etməyə bilər. Azərbaycan qanunvericiliyinə görə, biz birmənalı şəkildə onun Azərbaycan vətəndaşlığından çıxması məsələsini qoya bilmərik. Azərbaycan qanunvericiliyinə görə, bir şəxs başqa ölkənin vətəndaşlığını əldə edirsə, o yalnız 1 ay ərzində bizim diplomatik qurumları məlumatlandırmalıdır ki, digər ölkənin vətəndaşlığını əldə edib. Və bu zaman həmin şəxsin qarşısında Azərbaycan vətəndaşlığından çıxmaq tələbi irəli sürülmür. Əgər bir ay ərzində diplomatik qurumlara məlumat verməsə, buna görə məsuliyyət daşıyır. Cinayət Məcəlləsində bununla bağlı xüsusi bir müddəa var və bu 2014-cü ildən qüvvədədir. Digər məsuliyyət nəzərdə tutulmur". O qeyd edib ki, 2013-cü ildən etibarən Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini qoyub və bu, həm də Azərbaycan vətəndaşlarına şamil olunub: "Və eynilə Azərbaycan vətəndaşı olmaq istəyən Rusiya vətəndaşlarının qarşısında da bu tələb irəli sürülüb, yəni şəxs yalnız Rusiya vətəndaşlığından imtina etdikdən sonra Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv etsə, Rusiya vətəndaşlığını əldə etmək istəyən şəxslərin, o cümlədən də Azərbaycan vətəndaşlarının sayında müəyyən artım hiss edə bilərik. Təklif qəbul edilsə, məsələn, şəxs Azərbaycan vətəndaşlığında qalmaq şərtilə Rusiya vətəndaşlığını əldə edib oradakı güzəşt, sosial paket və digər imkanlardan yararlanmaq imkanı əldə edə bilər. Düşünürəm ki, belə insanların sayı çox ola bilər". Xatırladaq ki, Rusiya MDB məkanında ən yüksək səviyyədə müavinətlər verən ölkələrdən biri sayılır. Bu isə miqrantları həmin ölkənin vətəndaşlığını almağa stimullaşdıran daha bir addım sayılır. Ekspertlər hesab edir ki, belə vəziyyətdə Azərbaycandan müəyyən sayda insan Rusiya vətəndaşlığı ala bilər. Amma bu, ölkəmiz üçün ciddi problem olmayacaq. Ən böyük zərbənin isə daha çox Ermənistan, Özbəkistan, Taciksitan, Qırğızıstan kimi ölkələrə dəyməsi gözlənilir. Xüsusən belə vəziyyətdə Ermənistanda onsuz da azalan əhalinin sayının daha sürətlə azalması və ölkə vətəndaşlarının böyük əksəriyyətinin Rusiya vətəndaşı olması gözlənilir. Bu isə Ermənistan üçün əlavə demoqrafik problemlərin yaranması deməkdir.

Azərbaycanın bu məsələdən daha az əziyyət çəkməsini şərtləndirən səbəb ölkədə iqtisadi durumun yüksək olması, Rusiyaya iş dalınca gedən soydaşlarımızın sayının azalması, ölkənin özünün miqrantlar üçün cəlbedici məkana çevrilməsidir. Xatırladaq ki, hər il əməkçi miqrantların sayı ilə bağlı ölkəmizdə xüsusi komissiya tərəfindən kvota müəyyən edilir. Bu il Azərbaycan üçün müəyyən edilən kvota 6815 nəfərdir. Bu il artıq 4500 nəfər əməkçi miqrant icazə üçün müraciət edib və rəsmi iş icazəsi alıb. Amma iş icazəsi tələb olunmadan işləyən kateqoriya da var. Məsələn, Azərbaycan vətəndaşı ilə nigahda olan əcnəbi, 5 illik daimi yaşama icazəsi olan şəxslər də iş icazəsi olmadan işləyə bilər. Bir illik iş icazəsinin dövlət rüsumu 1000 manatdır. Xatırladaq ki, kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  digər dövlət qurumlarının rəylərini almaqla onlara iş icazələri verir. Eyni zamanda, konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Tezliklə həmin sistem Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.  Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur. Eləcə də Azərbaycanda təhsil sahəsində çalışan əcnəbi ekspertlər də var. Ölkəmizdə çalışan əcnəbilərin sayının illər üzrə artması bundan sonra da prosesin eyni qaydada davam edəcəyini  istisna etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ