12/11/2019 22:54
728 x 90

Ərdoğan terror təhlükəsi tam aradan qalxmayana qədər Türkiyənin əməliyyatları davam etdirəcəyini dedi

img

Türkiyə BMT Təhlükəsizlik Şurasına təqdim olunan plana əsasən, Suriyada terrorçulara qarşı əks-terror hərbi əməliyyatı həyata keçirir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Dövlətimizin şimal sərhədlərində terrorçulara qarşı əməliyyatlara başlarkən mühüm addımlar atmışıq. Əməliyyat BMT Təhlükəsizlik Şurasına təqdim olunan plana əsasən həyata keçirilir”, - Ərdoğan bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ankara “terror təhlükəsi tam aradan qalxmayana qədər hərbi əməliyyatları davam etdirəcək”. “Terrorizm ilə mübarizədə bizi dəstəkləmənizi xahiş edirəm”, - o əlavə edib.

Ərdoğan deyib ki, Türkiyə birinci mərhələdə Suriyaya 1 mln. qaçqını, ikinci mərhələdə - daha 2 mln. nəfəri qaytaracaq. “İnşallah, qısa zaman ərzində İraqa qədər səhədimizi təhlükəsiz vəziyyətə gətiriləndən sonra ilk mərhələdə 1 mln. qaçqın, ikinci mərhələdə - daha 2 mln. nəfər Suriyaya qayıdacaq”, - Ərdoğan bildirib.

Son xəbərlər