19/11/2019 16:28
728 x 90

Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adını dəyişdirməyi təklif edir - Türk Dövlətləri Təşkilatı

Qırğızıstan prezidenti Türk Şurası ölkələrinə Avrasiya İqtisadi Birliyi bazarına girmək imkanı təklif edib

img

Qazaxıstanın birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəxri sədri Nursultan Nazarbayev Şuranı Türk Dövlətləri Təşkilatı adlandırmağı təklif edib.

“İki cümləm var - 2040-cı ilə qədər olan dövrü əhatə edən proqramın işlənib hazırlanması və TDƏŞ-in adının dəyişdirilməsi. Hesab edirəm ki, Şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar bizim Şuranı Türk Dövlətləri Təşkilatı adlandırmaq mümkün olacaq”, - deyə N.Nazarbayev bu gün Bakıda TDƏŞ-in 7-ci Zirvə Görüşündə bildirib.

TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan isə müşahidəçi statusuna malikdir.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrə İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edib.

"İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edirəm", - deyə o, TDƏŞ-in 7-ci Zirvə Görüşündə bildirib.

Prezident, həmçinin qeyd edib ki, TDƏŞ ölkələri kənd təsərrüfatı sahəsində və nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlığı genişləndirə bilər.

"Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması TDƏŞ-dəki tərəfdaşlarımız üçün 190 mln. nəfəri əhatə edən bazar açır", - deyə S.Jeenbekov əlavə edib.

Son xəbərlər