19/11/2019 17:54
728 x 90

Azərbaycan Prezidenti: “Zəngəzurun Ermənistana verilməsi Türk dünyasının coğrafi parçalanmasına gətirdi”

img

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi dövründə ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə səy göstərəcək. Bunu Prezident İlham Əliyev deyib.

“Şura siyasət, iqtisadiyyat, turizm və s. sahələrdə mühüm rol oynayır”, - Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.

Şuraya sədrlik Qırğızıstandan Azərbaycana keçib.

“Azərbaycan TDƏŞ-də sədrliyi qəbul edir. Biz üzv ölkələri arasında münasibətlərin dərinləşməsi və genişlənməsi üçün daha artıq səy göstərəcəyik”, - Prezident qeyd edib.

Əliyev bəyan edib ki, bu il TDƏŞ-nin yaranmasının 10 ili tamam olur. TDƏŞ-in ilk sammiti Azərbaycanın Naxçıvan Muxtar Rspublikasında keçirilib.

“Bildiyiniz kimi, Naxçıvan Azərbaycanın materik hissəsindən ayrılıb. Onların arasında Zəngəzur yerləşir. Zəngəzurun Ermənistana verilməsi Türk dünyasında coğrafi parçalanma yaratdı”, - prezident vurğulayıb.

İ.Əliyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıdan Ermənistan islam dünyasının dostu ola bilməz. “Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur və onların yerinə yetirilməsi üzrə öhdəliklərdən boyun qaçırır”, - o vurğulaylıb.

Əliyev əlavə edib ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana 2,4 mln. turist səfər edib. “Onların 330 min nəfəri tükdilli dövlətlərin payına düşüb. Bir il öncə həmin ölkələrdən turistlərin sayı 285 min nəfər olub”, - o bildirib.

Sammit çərçivəsində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev TDƏŞ-in ali ordeni ilə təltif olunub. Azərbaycan prezidenti İlham Əliyev ordeni elbasıya təqdim edib.

Son xəbərlər