12/11/2019 22:09
728 x 90

Azərbaycan vətəndaşının qətlə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanlarına nota verildi

img

Bir neçə gün əvvəl Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən mediaya məlumat verilib.

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.

Qeyd edək ki, Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə Cavid Hacıyev vəhşicəsinə qətlə yetirilib. Cinayətin vaxtilə Azərbaycan İqtisad Universitetində Cavidin tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən törədildiyi iddia edilir.

Son xəbərlər