19/11/2019 16:25
728 x 90

PKK Suriya həbsxanalarındakı İŞİD-çiləri azadlığa buraxdı - Tramp da təsdiqlədi və yenə Türkiyəyə sanksiya mesajı verdi

img

Türkiyə Silahlı Qüvvələri tərəfindən Fərat çayının şərqini terror təşkilatlarından təmizləmək məqsədi ilə oktyabrın 9-dan başladılan “Barış Pınarı” (Sülh bulağı) əməliyyatı davam edir. Baki-xeber.com xəbər verir ki, Türkiyə ordusu və Suriya Milli Ordusu Tel Abyad və Rəsulaynı tam nəzarət altına aldıqdan sonra Menbiçə doğru irəliləməyə başlayıb.

Bu barədə hələlik rəsmi məlumat açıqlanmasa da Türkiyə mediasında Menbiçi ələ keçirmək üçün əməliyyatın başladığı bildirilir. Suriya Milli Ordusu da əməliyyatın başladığını təsdiqləyib.

Bu arada, o da məlum olub ki, Türkiyə ordusundan böyük zərbə alan PKK/PYD-YPG terrorçuları Tel Abyadın mərkəzindəki həbsxanada saxladığı İŞİD terrorçularını azadlığa buraxıb. Türkiyə ordusunun nəzarətinə keçən İŞİD-çilərin saxlandığı şəhər həbsxanasının boş olduğu ortaya çıxıb.

Faktı dolayısı ilə Birləşmiş Ştatlar Prezidenti Donald Tramp da təsdiqləyib. Tramp kürdlərin ABŞ-ın bölgədə yenidən savaşa çəkmək üçün İŞİD-çiləri buraxa biləcəyini deyib.

“Biz 200 ildir bir-birilə müharibəni davam etdirən iki qrup arasında müharibəyə girməyəcəyik. Avropanın öz İŞİD məhbuslarını almaq şansı var idi, amma bunun cəzasını ödəmək istəmədilər. "ABŞ ödəsin" dedilər. Kürdlər bəzilərini (İŞİD) bizi müharibəyə cəlb etmək üçün sərbəst buraxa bilər. Onlar Türkiyə və Avropa ölkələri tərəfindən asanca yaxalana bilər, amma cəld hərəkət etməlidirlər.

Türkiyəyə böyük sanksiyalar gəlir. İnsanlar həqiqətən NATO üzvü Türkiyə ilə savaşacağımızı düşünür? Sonsuz müharibələr bitəcək. Bizi Yaxın Şərq bataqlığına sürükləyənlər, indi orada qalmağımızı ən çox istəyənlərdir” - Tramp öz "Twitter" səhifəsində yazıb.

Bundan əvvəl “Sky News” televiziyasının bölgədəki müxbiri Debora Heyns, İŞİD yaraqlılarının YPG nəzarətindəki həbsxanalardan qaçma ehtimalı olduğunu bildirib.

"Suriyanın şimalında hər an başlana biləcək bu yeni terror dalğasına görə Türkiyəni günahlandırmaq çox asandır" deyən Heyns, koalisiya ölkələrinin, xüsusən İngiltərə və ABŞ-ın İŞİD yaraqlıları ilə bağlı mümkün bir plan hazırlamadıqlarına diqqət çəkib.

Koalisiya qüvvələrinin İŞİD yaraqlılarını, NATO müttəfiqi Türkiyənin düşməni YPG-yə əmanət etdiyini ifadə edən Heyns, bunun Ankaranın davamlı xəbərdarlıqlarına baxmayaraq davam etdirildiyini vurğulayıb.

Heyns, İngiltərənin öz vətəndaşı olan İŞİD yaraqlılarını geri almamaq siyasətinin yanlış olduğunu və ölkəsinin bu mövzuda digər ölkələrə nümunə olmaq üçün siyasətini dəyişdirməli olduğunu deyib.

İngilis jurnalist YPG-nin bəzi İŞİD silahlılarını ABŞ-a təhvil verməkdən imtina etməsinə diqqət çəkərək, YPG-nin ABŞ, İngiltərə və digər koalisiya ölkələrinə qarşı İŞİD yaraqlılarından təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını vurğulayıb.

Son xəbərlər