Cümə axşamı günü, 05 noyabr 2026
     

Dağlıq Qarabağın azərbaycanlı icmasından işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı ABŞ Konqresinə etiraz...

Image


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndəriblər.

Baki-xeber.com xəbər verir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması ABŞ Konqresinin nümayəndələri - Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlığını və etirazını bildirib. Qeyd edilib ki, jurnalistlərin müşayiəti ilə həyata keçirilən icazəsiz səfər demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgəyaşayışa və beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır. Konqres üzvü xanım Cudi Çunın səfərinin onun sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran icma üzvləri vurğulayıblar ki, Konqres üzvlərinin bu səfəri vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edib.

Məktubda deyilir: “Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş 80 mindən çox azərbaycanlı icma və ətraf ərazilərdən olan 700 mindən çox məcburi köçkün son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edir. Ermənistan bizi ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən məhrum edir. Bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, şəxsi əmlaklarımızı mənimsəməkdə davam edirlər. Bu siyasətə qarşı çıxmaq və münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini saxlamaq üçün beynəlxalq ictimaiyyət bu vəziyyətə göz yumur. Məhz bu yanaşma ABŞ-ın və onun institutlarının dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq hüququn ruhuna uyğun olan addımdır. Ancaq təəssüflər olsun ki, Konqres üzvlərinin son səfərləri bu öhdəliklər və beynəlxalq hüquqla tamamilə ziddiyyət təşkil edir.

Bütün bunlar ABŞ nümayəndələrinin sözügedən icazəsiz səfərinin niyyəti ilə bağlı əsaslı bir sual doğurur: məqsəd sülh və sabitliyin bərqərar olmasına kömək etmək idimi? Əgər məqsəd bu idisə, o zaman bu məqsəd tamamilə uğursuzdur. Qanunsuz işğala və zərərçəkmiş insanlara ayrı-seçkiliklə yanaşmanın nəticələrini “qanuniləşdirmək” cəhdləri bölgə üçün sülh və zərərçəkmiş əhali üçün firavanlıq vəd edə bilməz. Heç kim öz xoşbəxt gələcəyini başqalarının hüquqlarını pozmaq və tapdalamaq hesabına qura bilməz. Buradan doğan mənəvi öhdəlik odur ki, biz bu cür hərəkətlərə yol verməməli və yol verənləri dəstəkləməməliyik”.

Bu cür səfərlərin nə Ermənistan xalqına, nə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına kömək etmədiyini qeyd edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri bildiriblər ki, qeyri-qanuni işğalın davam etdirilməsi Ermənistanın inkişafı üçün zəruri olan resursların tükənməsinə və eyni zamanda, Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurulmuş qanunsuz hərbi rejimin girovuna çevrilməsinə yol açır. Ermənistanın öz daxilindəki siyasi ixtilafı nəzərə alaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin Ermənistandakı yanlış qüvvələrə kömək etdiyini və Ermənistanın həqiqi demokratik dəyişikliklərə nail olmasına ümidləri azaltdığını demək mümkündür. Bu cür səfərlər cəmiyyətə səhv mesajlar ötürür və ayrı-seçkilik siyasətini, həmçinin hər bir humanitar və insan hüquqları prinsiplərini kobud şəkildə pozan, bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam fərziyyələr irəli sürən insanların və siyasi qüvvələrin populyarlaşması ilə nəticələnir. Bu, nə Ermənistan, nə də ümumilikdə bölgə üçün xoş bir gələcək vəd etmir. Səfərin ABŞ-ın münaqişə ilə bağlı rəsmi mövqeyini əks etdirmədiyini və konqresmen Frank Pallone tərəfindən də etiraf edildiyi kimi, Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməməsi barədə açıq xəbərdarlığına rəğmən baş verdiyi bizə aydındır.

“Təəssüflə qeyd edirik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər ABŞ-da yaşayan erməni icmasının bəzi üzvlərini məmnun etmək məqsədinə hesablandığını düşünməyə əsas verir. Hamımız bilirik ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək ABŞ Konqresinin üzvləri kimi rəsmi vəzifələrinin bir hissəsi deyil. Belə səfərlər həmin Konqres üzvlərinin şəxsi qazanc əldə etməsinə dair əsaslı şübhələr doğurur. Ermənipərəst lobbiçilərin güclü dəstəyi və ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə cəlb olunması bu cür şübhələri daha da artırır. Bir daha qeyd edirik ki, həm Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər, həm də Azərbaycan cəmiyyətinə ayrı-seçkiliklə yanaşılması həm mənəvi, həm hüquqi, həm də siyasi baxımdan yanlış bir mesajdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey münaqişənin bütün köçkünlərin əsas insan hüquqlarını təmin edəcək, bölgənin sabitliyinə xidmət edəcək sülh yolu ilə həllinə kömək etmək üçün addımlar atmaqdır. Bu, ABŞ rəsmilərinin müsbət davranış nümunəsi və davam edən ayrı-seçkilik üzərində insan haqlarının qələbəsi olardı”, - deyə məktubda qeyd olunub.

Məktubun sonunda Azərbaycanın məcburi köçkün icmasının hər zaman sülhün bərpası, münaqişənin dinc yolla həlli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc birgəyaşayışı və inkişafı yolunda yorulmadan çalışmaqda davam etdiyi vurğulanıb. Bu istiqamətdə aparılan müsbət işləri dəstəkləyən liderlərə minnətdarlıq ifadə olunub və münaqişənin sülh yolu ilə həll olunmasına kölgə salmağa çalışanları öz fəaliyyətlərinin istiqamətlərini dəyişdirmək üçün çağırış edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ