Cümə axşamı günü, 05 noyabr 2026
     

Türk dünyasının nəhəng dövlət və siyasət liderləri Bakıda İlham Əliyevlə birgə...

Image


Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 14-cü iclası başlayıb. Türk dünyasının məşhur dövlət və siyasət xadimlərinin iştirak etdiyi Sammit mühüm beynəlxalq hadisə kimi diqqəti cəlb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, sabiq Qazaxıstan  prezidenti Nursultan Nazarbayevin iştirakları zirvənin sanbalını qat-qat artırır. Bundan başqa, Sammitdə Qırğızıstan, Özbəkistan və Macarıstan rəhbərləri də iştirak edir.

Sözsüz ki, Sammitin mərkəzi və aparıcı qüvvəsi Azərbaycan Prezidentidir. Sammitdən əvvəl İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Özbəkistan Prezidenti Şevket Mirziyoyevlə, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla və Macarıstanın Baş naziri Viktor Orbanla və digərləri ilə ikitərəfli görüşlər keçirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) Bakı görüşündəki çıxışında deyib ki, Azərbaycan və Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq. Ərdoğan bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bütün türklərin birləşdiyi təşkilatdır. “Özbəkistanın da 10 illiyi tamam olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması ilə daha da güclənəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında çıxış edən Qırğızıstanın Xarici işlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində işlərin davam etdirildiyini bildirib. “Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir”, - deyə nazir vurğulayıb.

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək, Türk Şurasında sədrliyini uğurla başa çatdırması münasibətilə Qırğızıstanı, həmçinin Türk Şurasının yeni üzv dövləti olan Özbəkistanı təbrik edib.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Türk Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsində çox vacib rol oynayan, əməkdaşlığın gücləndirildiyi, qlobal risq və təhdidlərə qarşı səylər və təsirli cavabların verildiyi mühüm, hətta həlledici bir zamanda Türk Şurasının VII Zirvəsinə ev sahibliyi edir. İnstitusional mexanizmləri gücləndirilmək və yeni əməkdaşlıq modellərini yaratmaq yolunda Sammit regional və qlobal hadisələrə toxunmaq və əməkdaşlığın yeni perspektivlərini araşdırmaq üçün bir fürsətdir.

“2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi imzalanandan bəri Türk Şurası türkdilli dövlətlər arasında hərtərəfli, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün səylər göstərib. On il ərzində Türk Şurası bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, o cümlədən ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasında, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut edib. Bu baxımdan, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğuna və xüsusi prioritet istiqamətlərdəki səylərimizin regional tərəfdaşlığa yeni təkan verəcəyinə və Türk Şurasına yeni bir hərəkətverici qüvvə olacağına inanırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edilib ki, Türk Şurası türkdilli xalqların tarixi irsinin təbliğində və qorunmasında, həmçinin ümumi mədəniyyətimizin, adət-ənənələrimizin, maddi və mənəvi dəyərlərimizin yayılmasında misilsiz rol oynayır. Buna görə də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın da fəal iştirak etdiyi mədəni və humanitar sahədəki fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək. Beləliklə, prioritet sahələri əhatə edən, detallı və praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir. Əməkdaşlığımızın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığımızı möhkəmləndirəcək və gücləndirəcəkdir. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir və qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır.

Azərbaycanın Xarici işlər naziri deyib: “Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir. Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir. Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının ofisinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, ofis Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaq.

Türk Şurası üzv dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmək lazımdır. Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyətinin bölgəmizdə humanitar səylər göstərməsində böyük əhəmiyyəti var. Bu baxımdan, 2019-cu il oktyabrın 11-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv dövlətlərin rəsmi inkişaf agentliklərinin, o cümlədən Türk Şurası, BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların iştirakı ilə “Türkdilli Dövlətlərin Rəsmi İnkişaf Agentliklərinin Beynəlxalq Yardım Sisteminə inteqrasiyasının təşviqi: Səmərəli Humanitar Yardım və İnkişaf Yardımı üçün Əməkdaşlıq” Konfransı keçirilib.

Bu tədbir iştirakçı ölkələrə və beynəlxalq təşkilatlara effektiv qlobal və regional yardım üçün əvəzolunmaz təcrübələrini bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı verib. Şadam ki, 7-ci Sammitin Bəyannaməsi konfransdan bəhs edir və üzv dövlətlərin donor qurumlarının qlobal yardım sisteminə inteqrasiyasını asanlaşdırmaq üçün əhəmiyyətini vurğulayır”.

Nazir bildirib ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşib və qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan işğala və təcavüzə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir.

“Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycan türkdilli dövlətlərlə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda daha da gücləndirmək niyyətindədir, Türk Şurası isə türk dünyasının bir araya gəlməsində əhəmiyyətli rol oynamağa davam edəcək. Təşkilatımız Özbəkistanın bu yaxınlarda üzv olması ilə artıq 5 üzv dövlətdən ibarət oldu. Əminəm ki, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək, eyni zamanda, əldə olunan nailiyyətləri qiymətləndirməyə və ortaq bir baxışla və birləşmiş güclə mövcud problemlərə necə cavab verəcəyimizi düşünməyə imkan yaradacaqdır”, - deyə Elmar Məmmədyarov qeyd edib.

Sonda iclasın yekunlarına dair mətbuat konfransı keçirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ