12/11/2019 22:07
728 x 90

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin təbliği çərçivəsində Gürcüstanda maraqlı konfrans keçirildi - FOTO

img

Oktyabrın 10-da Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin Gürcüstanda və Türkiyədə  təbliği” layihəsi çərçivəsində, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin təşkil etdiyi “Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti” barədə elmi praktik konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti,  Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərini obyektiv şəkildə  Gürcüstan İctimaiyyətinə çatdırmaqidi.

Tədbirdə Gürcüstanlı tədqiqatçı alim Vaxtanq Jorjikia, Abxaziya Ali Sovetinin üzvü Simon Koradze, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın ictimaiyyət nümayəndələri və Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzinin folklor ansambılı iştirak edib.

Konfrans olduqca maraqlı disskusiya şəraitində keçib. Qeyd olunub ki, Azərbaycanın 20% torpaqlarının Ermənistanın işğalı altında olması bu problemin aktuallığını önə çəkir.  Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur  və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməsini rədd edir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.

Konfransın sonunda Ermənistanın işğalı altında olan “Xocavənd rayonunun memarlıq abidələri” adlı sənədli film nümayiş etdirilib. Filmdə Xocavənd rayonunun erməni vandalizminə uğradılmış tarix və mədəniyyət abidələrindən söhbət açılır.

Gürcü ziyalıları tərəfindən təklif olunub ki, film gürcü dilinə dublyaj olunaraq, Gürcüstanın mətbuat və informasiya orqanlarına təqdim edilsin.

Son xəbərlər