Cümə axşamı günü, 05 noyabr 2026
     

Müsavatda “başqan təsdiqləmə” hadisəsinə sıravilərdən etirazlar var

Image


Müsavat Partiyası IX qurultayında özünə yeni başqan seçdi. Daha doğrusu, Arif Hacılını yenidən öz postuna təsdiqlədi. Qeyd edək ki, Müsavat Partiyasının başqanı uğrunda mübarizədə üç namizəd yarışıb. Bunlar hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub.

Qurultayda keçirilən səsvermənin nəticələrinə görə, Arif Hacılı böyük səs fərqi ilə önə çıxıb. 333 etibarlı bülletendən 51-ndə Tofiq Yaqublunun, 20-ndə Yadigar Sadıqlının, 262-ndə isə Arif Hacılının adı olub. Namizədlər qalibi təbrik edib və səsvermə nəticəsində hər hansı bir saxtakarlığın olmadığını qeyd etsələr də, tanınmış sıravi müsavatçıların sosial şəbəkələrdə qurultayın nəticəsinə açıq etirazları müşahidə edilir.

Müsavatın üzvü olan jurnalist Şəmşəd Ağa sosial şəbəkədə yazdığı statusunda əldə olunan qələbəni İsa Qəmbərin qələbəsi kimi xarakterizə edib. Digər fəal müsavatçı xanım Alya Yaqublunun da bir neçə gündür prosesə etiraz əlaməti sayıla biləcək paylaşımlarına rast gəlinir. Hər iki şəxslə əlaqə saxlayıb, onların yeni başqan seçkisi ilə bağlı narazılıqlarının nədən ibarət olduğunu aydınlaşdırdıq.

Müsavat üzvü Şəmşəd Ağa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onu qane etməyən səbəblərdən biri də İsa Qəmbərin seçkidən əvvəl ortaya qoyduğu açıq mövqeyi olub: “Hüquqi cəhətdən ola bilərdi ki, İsa Qəmbərin belə bir addım atmasında hansısa problem olmasın. Ancaq  İsa Qəmbər sıradan bir müsavatçı deyil. O, uzun müddət bu partiyaya rəhbərlik edib, Müsavatın prezidentliyə irəli sürdüyü namizədi olub. Belə bir şəxsin öz namizədini açıq elan etməsi, təbii ki, seçkinin nəticələrinə təsir etdi, hətta bunu seçki prosesinə müdaxilə kimi də dəyərləndirə bilərik. Doğrudur, seçki günü, yəni bülletenlərin sayılmasında heç bir pozuntuya rast gəlinməyib. Hamı gəlib öz istədiyi namizədə səs verib, amma ümumi proses ədalətli olmayıb. Söhbət seçkiyə qədər olan prosesdən gedir. Maraqlıdır ki, İsa Qəmbər hətta seçki günü də namizədlərin çıxışlarına müdaxilələr etdi ki, bunun da nəticələrə ciddi təsiri oldu. Digər narazılıq qurultay nümayəndələrinin seçilməsi ilə bağlıdır ki, burada da aydınlaşmalı məsələlər var. Bəzi rayon təşkilatları üzvlərinin hansı sayda olması şübhə doğurduğu halda, onların qurultaya çoxlu sayda nümayəndə göndərməsi də narazılıq yaradan faktordur. Gəncə kimi böyük şəhərdən 10 qurultay nümayəndəsi olduğu halda, Bakının hansısa rayonunun bundan sayca çox olan nümayəndə ilə qurultaya qatılması da olduqca maraqlı göründü. Bir sözlə, namizədlərə münasibətdə böyük ayrıseçkiliyə yol verildi. Alternativlərə - digər namizədlərə qarşı partiya daxilində bir il ərzində aparılan əks-təbliğat, böhtan kampaniyası, eyni zamanda, inzibati resurslardan istifadə də seçkilərin nəticələrinə ciddi təsir etdi”.

Alya Yaqublu: “…qurultay iştirakçılarını Arif Hacılının rəqiblərinə qarşı aqressiv ovqata köklədi”

Keçmiş Divan üzvü Alya Yaqublu da qəzetimizə açıqlamasında seçki prosesində hansısa saxtakarlıdan deyil, ümumi prosesdən narazı olduğunu bildirdi: “Proses ədalətsiz olub. Xüsusilə də İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi digər iki namizəd üçün qeyri-bərabər rəqabət mühiti yaradıb. Mən bunu adminstrativ resursdan istifadə hesab edirəm. Məmurlar üstün imkanlarından istifadə edib seçiciləri vədlə, pulla, yağ-qəndlə ələ alırlarsa, o da üstün təsir imkanlarından istifadə etməklə müsavatçıların seçimini yönləndirdi. Müsavatın lideri, partiyanın prezidentliyə namizədi və 5 il sonra da Arif Hacılıdan daha çox başqan hesab edilən İsa Qəmbər mətbuata müsahibəsində, özünün də etiraf etdiyi kimi, nüfuzundan istifadə etməməli idi. Seçkilərdə namizədlərə bərabər imkanlar yaratmaq hakimiyyətin borcudursa, partiyada ədalətli seçki mühiti yaratmaq da partiya rəhbərinin borcudur. İsa Qəmbər bu prinsipi pozdu. Hətta qurultayın gedişində də bunu aşkar nümayiş etdirməkdən çəkinmədi. Əvvəldən qəbul edilmiş reqlamentə kobud şəkildə müdaxilə etdi. Namizədləri dəstək çıxışları olmayacaqdı, onlar püşkatma ilə müəyyən olunmuş növbə üzrə danışacaqdılar - Arif Hacılı birinci, Tofiq Yaqublu ikinci, Yadigar Sadıqlı üçüncü çıxışçıydı. İsa Qəmbər moderatorluğundan sui-istifadə edərək həm Arif Hacılıya, həm də özünə aid tənqidlərə sərt reaksiya verdi, qurultay iştirakçılarını Arif Hacılının rəqiblərinə qarşı aqressiv ovqata köklədi. Belə siyasi rəqabət olmur. Tənqidləri arqumentlərlə cavablandırmaq lazımdır, hay-küylə, qara-qışqırıqla yox. Baş verənlərin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Alya Yaqublu, həmçinin, bildirdi ki, qurultay nümayəndələrinin seçilməsi prosesində də ciddi xətalar olub: “Təsəvvür edin ki, Arif Hacılının 5 illik başqanlığı dönəmində formalaşdırılmayan rayon təşkilatlarının qurulmasına qərar verilib. Qurultaya bir aydan da az bir müddət qalmış təşkilat komitələri yaradılıb və partiyaya yeni qəbul olunan üzvlər nümayəndə kimi qurultaya göndərilib. Onlar Tofiq Yaqublunu və ya Arif Hacılını necə dərindən tanıya bilərdilər? Eləcə də partiyada demokratik şəkildə rəhbərliyi tənqid edən insanlara qarşı ən sərt formada hücumlar edilib. Bu yolda olan müsavatçılara hakimiyyətlə işbirliyində olan, hətta bəzilərinə separatçı damğası vurulub”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ