Cümə günü, 06 noyabr 2026
     

Rafael Cəbrayılov “məni bu fəlakətə salanlar” deyəndə kimi nəzərdə tutdu…

Image


Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü imtina edən R.Cəbrayılov yenə qalmaqalın mərkəzindədir.

R.Cəbrayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onun həyat yoldaşının erməni olması haqqında səsləndirdiyi fikirlərə də sərt formada cavab verib: "Hər kəs bilir ki, Hafiz Hacıyev Azərbaycan siyasətinin klounudur. Düşünürəm ki, bunu bilməyən yoxdur. Təxminən üç il bundan əvvəl Hafiz Hacıyev Xalq artisti Aygün Kazımova və digər bəzi səhnə xanımları haqqında ağzına gələni danışmışdı. Həmin vaxt A.Kazımova ona tutarlı cavab vermişdi, H.Hacıyevin özü və arvadı haqqında təhqiramiz fikirlər demişdi. Əgər H.Hacıyevin bir damla namusu, qeyrəti olsaydı, o, bir daha bu söhbətə qayıtmazdı. Bilirsiniz, kişi kişi ilə vuruşar, amma kişi bu söhbətə qadını, ailəni qatmaz. Söhbət əsl kişidən gedir. Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də H.Hacıyevi maliyyələşdirir və buna görə də o, belə danışır. Mənim həyat yoldaşım əslən Yevlax rayonundandır. Onun nəslində belə erməni yoxdur və olmayıb. Amma mən buradan üzümü H.Hacıyevə tutub deyirəm: H.Hacıyev, sən ermənidən əmələ gəlmisən. Əgər sənin bir damla şərəfin, namusun, qeyrətin varsa, məni ver məhkəməyə və mənim vəkillərim tutarlı dəlillərlə sübut etsinlər ki, sən ermənidən əmələ gəlmisən. Cəsarətin varsa, məni ver məhkəməyə, gözləyirəm!".

R.Cəbrayılovun H.Hacıyevə verdiyi cavabda diqqətçəkən məqamlardan biri bu cümlə olub: ”Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də H.Hacıyevi maliyyələşdirir və buna görə də o, belə danışır”. Sanki R.Cəbrayılov özü ətrafında baş verən məsələdə kiminsə ona qarşı qurma qurduğunu iddia etmək istəyir. Yəni öz başına gələn bəlaları deputat vəsiqəsini kiminsə yanına girov qoyub, külli miqdarda pul götürüb qaytara bilməməsi ilə deyil, H.Hacıyevi maliyyələşdirən adamda axtarır. Hər halda, vurğunu məhz bu məsələyə qoymaqla R.Cəbrayılov özünün etdiyi günahları başqasının üstünə yükləmək niyyətini güdə bilərmi?

Samir Adıgözəlli: “Etdiyi hərəkəti kiminsə üstünə atması da qəbuledilməzdir”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, R.Cəbrayılov həmin hadisədən sonra gərək bir müddət proseslərdən kənara çəkilsin: “Belə çıxmasın ki, mən onu təhqir edənlərə də haqq qazandırıram. İctimai qınaq olmalıdır, amma heç kimi təhqir etmək olmaz. R.Cəbrayılov da bunu etməməlidir. Bu ritorikanı birmənalı olaraq pisləyirəm. Ancaq R.Cəbrayılovun etdiyi hərəkəti kiminsə üstünə atması da qəbuledilməzdir. Necə yəni, mənim başıma bu oyunu filankəs açdı? Sən bəyəm azyaşlısan ki, aldanasan? Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan? Bütün bunlar absurddur. Mən hesab edirəm ki, R.Cəbrayılov etdiyi utanc hərəkətdən sonra çıxıb mediada gündə bir söz danışmamalıdır. Onun etdiyi hərəkətə heç nə haqq qazandıra bilməz. Mən dünyanın çox ölkəsini gəzirəm. Bəlkə də heç yerdə deputata bu qədər hörmət qoyulmur. Dövlətimiz tərəfindən onlara kifayət qədər yüksək əməkhaqqı, imtiyazlar verilir. Bundan əlavə,  sadə xalq da harada deputat görürsə, onu yuxarı başa keçirir. Bu hörmətin qabağında onlar nə edirlər? Birmənalı şəkildə millət vəkili satusundan sui-istifadə edib həm özlərinin, həm də mandatlarının adını rüsvayçı şəkildə batırırlar. Sizi əmin edirəm ki, R.Cəbrayılov kimi deputatlar yenə var. Bəzilərinin özləri, övladları ilə bağlı ortaya çıxan qalmaqalların şahidi olmuşuq. Müəyyən səbəblərdən hansılarsa məsuliyyətdən yayına biliblər. Ancaq bilsinlər ki, xalqın gözü tərəzidir. Qoy R.Cəbrayılov hadisəsi onlar üçün bir örnək olsun. Ola bilər ki, onlar bu aqibəti yaşamadı, ancaq əmin olsunlar, növbəti parlamentdə oturmağa xalqdan mandat ala bilməyəcəklər. Qısası, hesab edirəm ki, R.Cəbrayılovun məsuliyyətdən yayınmaq üçün kimlərinsə ünvanına atmacalar atması tam yersizdir. İnsan özünə bəraət axtarmaqdansa, səhvləri üzərində düşünüb, onlardan nəticə çıxarmağı bacarmalıdır. Bir daha qeyd edirəm ki, kimsə millət vəkilini məcbur edə bilməz ki, gedib külli miqdarda borc alsın. Bizim parlamentdə elə nüfuzlu deputalar var ki, onların adı bu cür məsələlərdə niyə hallanmır? Çünki mandatın nə olduğunu gözəl bilirlər. R.Cəbrayılov fikirləşməlidir ki, yalnız özünə pislik etməyib, həm də bütöv bir dairədən ona verilən səslərə xəyanət edib. Bundan əlavə, yaxşı olardı ki, R.Cəbrayılov onu bu vəziyyətə saldığını iddia edən şəxsin adını açıq çəksin. Hər halda, o, sıradan bir adamı nəzərdə tutmur. O deməyibsə, mən kiminsə adını çəkməklə məsuliyyəti üzərimə götürə bilmərəm. Ancaq söhbətin kimdən getdiyini təxmini bilirəm”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ