Bu günə qədər Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlamaq niyyətinə qarşı çıxan ABŞ əsgərlərini bölgədən çıxarır, Tel Abyad və Rasulayndakı hərbi bazaları da boşaltmağa başlayıb. Bununla Türkiyə qarşısında əsas maneə ortadan qalxmış oldu. Qardaş ölkə Suriyanın şimalında hərbi əməliyyata hər an başlaya bilər.
Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, ABŞ əsgərlərini bölgədən çıxarılması qərarı, ABŞ və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı zamanı verilib.
Prezidentlərin telefon danışığının təfərrüatlarını Ağ Evin açıqlayıb. "Türkiyə, yaxın vaxtlarda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri, bu əməliyyatı dəstəkləməyəcək ya da bu əməliyyata daxil olmayacaq" - Ağ Evin açıqlamasında deylir.
ABŞ hökumətinin, Suriyadakı tutulan İŞİD üzvü vətəndaşlarını geri almaları üçün Fransa, Almaniya və digər AB ölkələrinə təzyiq etdiyi, ancaq bu ölkələrin terrorçuları geri almaq istəmədiyi deyilən açıqlamada, ABŞ-ın bu insanları illərlə əlində saxlamayacağına işarə edilir.
Ağ Evin açıqlamasında qeyd edilir ki, bundan belə, ABŞ-ın son iki ildir bölgədə yaxaladığı İŞİD döyüşçülərindən Türkiyə cavabdeh olacaq.
Ərdoğan-Tramp danışığından dərhal sonra bölgədəki ABŞ əsgərlərinin istifadə etdiyi bazalar boşaldılmağa başlanıb. ABŞ əsgərlərinin bölgədən çəkilməsi xəbərlərini Ərdoğan da təsdiqləyib.
Trampın bu qərarı Amerika və Qərb mediasında ABŞ-ın Suriyadakı kürd müttəfiqlərini tərk etməsi kimi xarakterizə olunub. “New York Times” qəzeti, Trampın Amerikanın siyasətini dəyişdirərək Türkiyənin Suriyada hərbi əməliyyatına dəstək verdiyini yazır: “Trampın qərarı həm İŞİD-ə qarşı əməliyyatlar, həm də İran və Rusiyaya qarşı Suriyanın şimalında kiçik bir hərbi qüvvə saxlamq istəyən Pentaqon və Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərinin tövsiyələrinə qarşı çıxmaqdır”.
“The Guardian” qəzeti də, "ABŞ kürd müttəfiqlərini tərk edərək Türk qüvvələrinin Suriyaya girməsinə icazə verəcək" başlıqlı xəbərində, ABŞ-ın siyasətini qəflətən dəyişdiyini yazır.
Qəzet Tramp və Ərdoğan arasındakı telefon danışığından sonra Trampın siyasətini dəyişdiyinə diqqət çəkir: "Ağ Ev, ani bir siyasət dəyişikliyi ilə Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlamasına “yaşıl işıq” yandırdı. Bu Vaşinqtonun uzun müddətdir müttəfiqi olan kürdləri tərk etməsi mənasını gəlir".