Türkiyə hər an Suriyada Fəratın şərqində hərbi əməliyyatlara başlaya bilər. Baki-xeber.com Türkiyə meiasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ABŞ-ın məqsədinin baş qatmaqdan başqa bir şey olmadığını deyib. "Məqsədimiz Fəratın şərqində sülhə nail olmaqdır. 2 milyon insanı köçürməyi planlaşdırırıq. Planımız hazırdır. BMT-yə bununla bağlı sənədləri təqdim etmişik. Türkiyə öz sərhədlərində terrora əsla göz yummayacağını dəfələrlə bütün dünyaya elan edib. təəssüf ki, bu müddətdə ölkəmizi dayandırmağa çalışdılar. Biz də öz göbəyimizi özümüz kəsməyə qərarlıyıq. Fəratın şərqinə dair hər cür xəbərdarlıq etdik. Kifayət qədər də səbirli davrandıq. Quruda, havada patrul həyata keçirmək - bunların hekayə olduğunu görürük. Siz PKK/YPG-ni terror təşkilatı olaraq tanıyırsınız, yoxsa tanımırsınız, bunu açıqlayın. Sözün bitdiyi yerdəyik. Bizi ləngidənlərə deyirik ki, artıq söz bitdi. Hazırlıqlar başa çatdı, əməliyyat planlarını hazırladıq, lazımi təlimatları verdik. Qərarı verilən və barış planlarının önünü açmaq vaxtı bəlkə, bu gün, bəlkə, sabah deyilə biləcək qədər yaxındır. Həm qurudan, həm də havadan bu əməliyyatı aparacağıq", - Ərdoğan deyib.