İraqda günlərdir davam edən etiraz aksiyalarında ölənlərin sayı artır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 1-dən bu yana nümayişlərdə ölənlərin sayı 50, yaralıların sayı isə 2 minə çatıb.
İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələrinin hökumətə etiraz edən nümayişçilərə müdaxiləsi zamanı onlarla insanın yaralandığı bildirildi.
Təhlükəsizlik qüvvələrinin Bağdaddakı nümayişçilərə qarşı sərt müdaxiləsi davam edir. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün öldürücü silahlardan istifadə edir.
Bağdaddakı Əl-Kindi Xəstəxanasından alınan məlumata görə, buraya 40-dan çox yaralı gətirilib, onların da çoxu başından yaralanıb.