Cümə günü, 06 noyabr 2026
     

Moskva-İrəvan münasibətlərinin sürətlə korlanması Qarabağ məsələsində özünü qabarıq göstərməyə başlayır…

Image


Ermənistanda mövcud hakimiyyətin xarici siyasətdə yol verdiyi çoxsaylı nöqsanlar bu gün İrəvanın bir çox dövlətlərlə münasibətlərində ciddi problemlərin yaranması ilə müşayiət olunur. Məsələn, artıq faktdır ki, Ermənistanın Rusiya, ABŞ, İran, Avropa Birliyi ilə münasibətləri il yarım əvvəl olduğundan əsaslı surətdə fərqlənir və İrəvan üçün ciddi dərəcədə pisləşməyə doğru gedir. Bütün bunların Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərəcəyi isə indi ekspert mərkəzlərinin xüsusi diqqətində yer alan məsələyə çevrilib.

Hazırda müşahidə edilən məqamlardan biri də budur ki, Ermənistanın, xüsusən də baş nazir Nikol Paşinyanın siyasətdə yol verdiyi naşılıqlar, xətalar işğalçı ölkəni əsas himayədarlarından, o cümlədən Rusiyadan məhrum edib. Rusiyanın Ermənistan münasibətlərində getdikcə daha çox korrektələr etməsi də elə bundan qaynaqlanır.  Qeyd edilənlərin real təzahürü Rusiya prezidenti Vladimir Putinin üç illik fasilədən sonra Ermənistana səfəri zamanı özünü qabarıq şəkildə büruzə verdi. Türkiyənin “Haber Global” portalı qeyd edir ki, Putinin Avrasiya İqtisadi Birliyinin iclasında iştirak etmək üçün getdiyi Ermənistana səfəri başdan sona qədər gərgin ab-havada keçib. Bildirilir ik, prezidentin təyyarəsi iclasa sadəcə üç dəqiqə qalmış İrəvana enib, bütün ziyarət müddəti isə sadəcə bir neçə saatdan ibarət olub. Səfərdən əvvəl Paşinyan hökuməti tərəfindən həbs edilən Ermənistanın eks-prezidenti Robert Köçəryanın sərbəst buraxılması tələbi yerinə yetirilməyən Putinin buna rəğmən eks-prezidentin arvadı ilə Rusiya səfirliyində görüşməsi də diqqətçəkən məqamlardan biri olub. O da vurğulanır ki, iki ölkə arasındakı gərginliyin səbəblərindən biri də təbii qazla əlaqəlidir. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini ötən il artırsa da, yerli mətbuata görə, növbəti 30%-lik artım da “yoldadır”. Rusiya və Ermənistan arasında son bir neçə ildir davam edən gərginliyi şərh edən beynəlxalq politoloqlar son səfərdə bu gərginliyin çox hiss edildiyini və Putinin məsafəli davranışlarının da bunu bir daha sübut etdiyini bildirib. Portal yazır ki, Putin bir neçə saat davam edən İrəvan ziyarətinin ardından Paşinyan tərəfindən təyyarəyə qədər ötürülüb. Ayrılarkən Paşinyanın onu qucaqlamasına baxmayaraq, Rusiya prezidentinin soyuq davranışları da diqqətlərdən yayınmayıb.

Ekspertlər bütün bu qeyd edilənləri təsadüfi saymır. Belə ki, Nikol Paşinyan bir yandan hakimiyyətdə olduğu dövrdə heç zaman ölkəsinə rəsmi səfərə gəlməyən Vladimir Putinlə sıx münasibətlərinin olduğu təəssüratını yaratmaq istəyir. Digər tərəfdən isə, öz komandasına anti-Rusiya siyasətçilərini toplayıb. Onun komandasında nazirlərin mütləq əksəriyyəti “Sorosun uşaqları” adlandırılan siyasətçilərdir ki, onlar da birbaşa Amerika ilə bağlı şəxslərdir.  Eyni zamanda, Paşinyan ABŞ və Qərblə əməkdaşlığı Rusiyanın maraqlarına zidd müstəvidə inkişaf etdirməkdə də maraqlıdır və belə vəziyyət Moskva tərəfindən heç də xoş qarşılanmır. Elə bu səbəbdən Putin Paşinyana onun istədiyi diqqəti göstərmədi. Avrasiya İqtisadi Birliyinin İrəvanda baş tutan növbəti sessiyası fonunda bu xüsusda fikirlərini bölüşən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli də bildirir ki, Nikol Paşinyanın baş nazir seçilməsindən bəri ilk dəfə Ermənistana rəsmi səfər edən Vladimir Putinin ona münasibəti çox saymazyana oldu: “Ayaqüstü görüşün keçirilməsi də buna bariz sübutdur. Ayaqüstü görüş zamanı hər hansı fundamental məsələnin müzakirəsini edib, müəyyən nəticələrə gəlmək mümkünsüzdür. Belə görüşlər, ən yaxşı halda, nəzakət xatirinə keçirilir. Çünki ev sahibliyini Ermənistan edirdi və bu ölkənin baş naziri kimi Paşinyan Avrasiya İqtisadi Birliyinin aparıcı gücü olan Rusiyanın prezidentindən, heç olmasa, iltifat xatirinə salam-əleyk almalı idi”. Bundan artıq Paşinyan Putindən heç nə ala bilmədi. Görünən budur ki, Paşinyanın Rusiyaya qarşı yol verdiyi xətaları Putin ona bağışlamaq niyyətində deyil. Yeri gəlmişkən qeyd edək ki, Putinin narazılığını şərtləndirən səbəblərdən biri elə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Çünki istənilən halda, Rusiya prezidenti onun fərqindədir ki, Paşinyanın hərəkətləri münaqişənin həlli imkanlarını çətinləşdirir. Belə ki, Paşinyan  “Dağlıq Qarabağ Ermənistandır” deməklə bütün danışıqlar prosesinin üzərindən xətt çəkmiş olur. Nəzərə alsaq ki, Rusiya Minsk Qrupu həmsədr ölkələrindən biridir, belə olan vəziyyətdə Paşinyanın davranışı Rusiyanın vasitəçilik missiyasına daban-dabana ziddir. Bunu isə Putin və ümumilikdə Rusiya siyasi hakimiyyəti qəbul etmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları da qeyd edilənləri təsdiq edir. Qeyd edək ki, Soçidə “Valday” diskussiya  klubunun iclasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət barədə danışarkən Sergey Lavrov Ermənistanın baş nazirini möhkəm pərt edə biləcək bəyanat verib. O, Nikol Paşinyanın avqustun 5-də Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyanatının danışıqlar prosesini əngəllədiyini bildirib. Buna qədər isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova eyni mövqe sərgiləmişdi. O, Paşinyana xitabən bildirmişdi ki, bəyanatlar səsləndirilərkən çox diqqətli olmaq lazımdır: “Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir. Əlbəttə ki, biz tərəflərin bəyanatlarının sülh yolu ilə münaqişənin həllinə yönəlmiş ümumi səylər kontekstinə uyğun gəlməli olduğu qənaətindəyik. Çox istərdik ki, daxili siyasi proseslərə hörmətlə yanaşaq. Lakin bununla yanaşı, bütün tərəflərin eyni prinsipdən - sürətli sülh yolu ilə həll etmə prinsipindən çıxış etməsini də istərdik”. 

Göründüyü kimi, Moskva Paşinyanın fikirlərini çox ağrı ilə qəbul edib. Rusiya artıq Lavrov səviyyəsində bu məsələyə reaksiya verir. O da aydındır ki, Lavrov burada həm də Putinin mövqeyini əks etdirir.  Beləliklə, baş verənlərin təhlili göstərir ki, Moskva İrəvanın mövqeyindən əsaslı surətdə narazıdır. Erməni ekspert Armen Kareyan isə bildirir ki, Ermənistan daxilində artan narazılıq fonunda Rusiyanın da İrəvandan məmnun qalmaması Paşinyan hakimiyyətinə baha başa gələ bilər: “Ermənistan daxilində vəziyyət gərginləşir. İqtisadi, sosial sahələrdən tutmuş siyasi sferaya qədər hakimiyyətin siyasəti üzündən heç də xoşagələn vəziyyət yaranmayıb. Burada hakimiyyətin qüsurları da az rol oynamır. Məsələn, kim deyə bilər ki, bu hökumətin ideoloji əsası nədir, Paşinyanın komanda yoldaşlarının “sementləndiyi” ətrafında hansı fikri var? “Serji inkar et” və “Qürurlu erməni” ideologiyası var. “Serji inkar et” - ölkəni çaxnaşmalardan uzaq saxlamaq üçün prezident Sarkisyanın istefa verdiyi anda özü-özünü təhdid edib. Qürura gəldikdə isə, yenə də bu məsələdə Paşinyanı məyus etməliyik. Çünki meydanlarda, platformalarda verilən vədlərin heç biri həyata keçirilməyib. Ermənistanın sosial-iqtisadi vəziyyəti getdikcə pisləşir. Beynəlxalq təşkilatlarda Ermənistanın reytinqi sıfıra düşüb, amma bütün dövlət sistemi Paşinyan hakimiyyətinin və nüfuzunun qorunub saxlanmasına xidmət edir. Belə bir vəziyyətdə Paşinyan daxili düşmən axtarışlarını davam etdirir. Bunu xüsusi canfəşanlıqla yerinə yetirir. O, erməni cəmiyyətini bezdirici həbs şouları ilə qidalandırmağa davam edir, əvvəlki hakimiyyəti hədəfləməklə şəxsi uğursuzluqlarını gizlətməyə, əvvəlki hakimiyyətin üstünə atmağa çalışır. Şəhər çirkab, zibil içində itib-batır, bunda məgər əvvəlki hakimiyyət günahkardır? Vəd edilən sərmayələr yoxdur, korrupsiya iqtidardaxili dövrə vurur, bunda yenə də keçmiş hakimiyyət günahkardır? Ermənistanın beynəlxalq platformalarda bir tamaşa səhnəsinə çevrildiyi qeyd edilir. Bütün bunlarda yalnız Sarkisyan və Köçəryanın günahkar olması axtarışındadırlar. Qısa desək, bütün bu tamaşalarda maraqlı tərəf yalnız bir nəfər, o da Paşinyandır. Dövlətin bir nəfərin qurbanına çevrilməyəcəyinə kim zəmanət verə bilər? Hətta humanitar koridor zəmanəti olduğu halda belə tezliklə buna ehtiyac duyan Paşinyan yumşaq kreslosundan imtina etməli olacaq. Ümidlərini güc strukturlarına bağlasa da, gələcək həyat Paşinyana yaxşı heç nə vəd etmir. Xalq arasında mövcud olan məyusluq getdikcə yalnız dərinləşməkdədir. Təbii qazın qiymət artımı, artıq mətbuatın bu artımın 30% təşkil edəcəyindən xəbər verməsi bu mürəkkəbliyin sadəcə bir səbəbidir. Belə vəziyyət həm də Rusiyanın Paşinyandan narazlığının bir ifadəsidir. Amma Moskva təkcə qazın qiymətini qaldırmaqla kifayətlənməyəcək. O, digər təsir vasitələrini də işə salacaq və bu hal ölkədə sosial-iqtisadi vəziyyəti gərginləşdirəcək, cəmiyyəti oyadacaq və “inqilab” deyilən vəziyyətə yenidən baxılmasına məcbur edəcək. Bu barədə Paşinyan düşünübmü, bu halda nə cavab verəcək? Bəs Moskva Qarabağ məsələsində Azərbaycanın yanında yer alsa nə olacaq? Bu gedişlə görünür ki, Kreml Bakının tərəfini tutacaq. Bunlar Paşinyanın daxildə və xaricdə siyasi gedişlər zamanı yol verdiyi səhvlərdən qaynaqlanır”.

Qeyd edilənlərdən bir daha bəlli olur ki, Paşinyanın naşı siyasəti Ermənistana baha başa gələcək və proseslərin gedişi Qarabağ münaqişəsinə də öz təsirini göstərəcək. Yəni proseslərin inkişaf axarı Moskva-İrəvan münasibətlərinin Qarabağ məsələsində də öz əksini göstərəcəyini deməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ