Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paşinyanın Qarabağın Ermənistanın olması bəyanatına münasibət bildirib. Baki-xeber.com xəbər verir ki, Lavrov bu bəyanatların münaqişələrin həllinə kömək etmədiyini deyib.
“Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesi tormozdan ayırmağa kömək etmir”, – Lavrov vurğulayıb.