Cümə günü, 06 noyabr 2026
     

Ermənistanda Tələt Paşanın qatilinin heykəli Türkiyədə böyük etirazlar doğurub

Image


Bütün dünyanın faşizmdən imtina etdiyi və faşizmə qarşı mübarizə apardığı dönəmdə ermənilərin faşistlərə və onların əlaltılarına rəğbət bəsləməsi açıq şəkildə özünü göstərir. Faşistlərə heykəl ucaltmaqla yanaşı, ermənilər türklərin qatili olan canilərə də heykəllər ucaldırlar.

Məlum olduğu kimi, Ermənistanın Şirak şəhərinin Miralik qəsəbəsində türk generalı, Osmanlı İmperiyasının daxili işlər naziri Tələt Paşanın qatili, daşnak Soqomon Teyliryanın heykəli ucaldılıb. Daşnaka qoyulan heykəl ciddi müzakirələrə və narazılıqlara səbəb olub. Müzakirələrə və narazılıqlara səbəb isə Teyliryanın ayağının altında Tələt Paşanın kəsilmiş başının əks olunmasıdır.

Heç şübhəsiz ki, bu mənzərə insanlığa sığmayan bir haldır və vəhşiliyin göstəricisidir. 

Sözügedən heykəldə əks olunanlar bu gün Türkiyədə ciddi etirazlara, narazılıqlara səbəb olub.

Onu da vurğulayaq ki, bu heykəl yeni deyil, bir neçə il bundan öncə, qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində, daha dəqiq desək, 2015-ci ilin 23 aprelində ucaldılıb.

Türkiyə rəsmiləri, tarixçiləri və sadə vətəndaşları daşnak sui-qəsdçinin qəhrəmanlıq simvolu kimi dünyaya tanıtdırılmasını pisləyiblər.

Sosial elmlər üzrə tədqiqatçı, professor Metin Yıldırım Azərbaycan mətbuatına açıqlamasında deyib ki, son günlərdə insanların etirazına səbəb olan heykəldə Tələt Paşanın kəsilmiş başı təsvir edilib: "Təəssüf ki, bu addım kin və nifrət dolu mesaj verməkdədir. Tələt Paşanın qatilinin heykəlini bu şəkildə hazırlayan Ermənistan heç bir şey qazana bilməz. Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar. Onlar hesab edirlər ki, Tələt Paşa, Ənvər Paşa və Camal Paşa “İttihad və Tərəqqi" hərəkatını quraraq o zamanlar Anadolu torpaqlarında yaşayan ermənilərin Suriyaya göndərilməsini əmr edən insanlardır. Ermənilər bu qərarı sürgün olaraq qiymətləndirsələr də, əslində, belə deyil. Həmin vaxtlar ermənilərin xəyanətkar hərəkətlərini görən “İttihad və Tərəqqi" hərəkatının rəhbərliyi onları öz əsgərləri ilə birlikdə Suriyaya göndərir. Çünki ermənilər səhərlər özlərini dost mövqeyində göstərdikləri halda, axşamlar düşmən cəbhəsinə keçir və xəyanət edirdilər. Anadoludan kənarda yerləşdiyindən, ermənilərin Suriyaya göndərilməsi əmri verilir. Azərbaycana gedən ermənilərin əksəriyyəti Anadoluda yaşayan ermənilər olub".

Onun sözlərinə görə, “Daşnaksütyun” köç sırasında ölən ermənilərin intiqamını almaq üçün "Nemesis" (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirir: "Nəticədə muzdlu qatil Soqomon Teyliryan Almaniyanın Berlin şəhərində Tələt Paşanı evindən çıxarkən güllə ilə qətlə yetirir. Polislər qatili həbs edir və Teyliryan "sürgün"də çox acılar çəkdiyini, hətta bacılarının da köç sırasında öldüyünü deyir. Ancaq sonradan onun söylədiklərinin tamamilə yalan olduğu ortaya çıxır. Belə ki, S.Teyliryanın oğlu 2015-ci ildə Almaniyada verdiyi müsahibə zamanı atasının "sürgün" zamanı Serbiyada olduğunu və bibisinin isə olmadığını açıqlayır”.

Professor bildirib ki, bu heykəlin qoyulması Xocalıda ermənilərin törətdikləri soyqırımla eynidir: “Biz ermənilərin Xocalıda insanları nə qədər qəddarlıqla qətlə yetirdiklərini gördük. Fikrimcə, onlar öz uşaqlarına türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün belə bir yolu seçiblər. Bunu qismən də olsa həyata keçirə biliblər. Bizim istək və tələbimiz bu heykəlin tezliklə götürülməsidir. XXl əsrdə belə nifrət dolu heykəllərin yeri yoxdur. Ermənistan hökuməti səhvini anlayıb heykəli bir an öncə qaldırmalıdır”.

İstanbul Universitetinin tarix müəllimi, professor Halil Bal isə bildirib ki, bu, türkləri təhqir etmək üçün hazırlanmış bir abidədir və ən qısa zamanda götürülməsi zəruridir: “Dövlətimiz bu işə müdaxilə etməli və insanlığa sığmayan abidənin çox böyük səhv olduğunu görən hər kəs buna qarşı çıxmalıdır. Tələt Paşa Osmanlının ən müdrik dövlət xadimlərindən biri olub. O, Türkiyəni I Dünya Müharibəsində və ən çətin zamanlarında mükəmməl şəkildə idarə edərək qoruyub saxlayıb. Bir qatilə abidə ucaltmaq, əslində, Ermənistan hökumətinin ən böyük səhvidir. Bu əməl onların gənclərinə də yaxşı örnək deyil. Başqa sözlə desək, bu, cinayətə haqq qazandırmaq və terrorizmi alqışlamaqdır. Onlar anlamalıdırlar ki, bu cür addımlar çıxış yolu deyil. Ermənilər qonşuluq münasibətlərinə və başqa ölkələrin tarixinə böyük hörmətsizlik edirlər. Ona görə də bu əməllərindən əl çəkmələri lazımdır. Türk dövlətləri əl-ələ verib bu heykəlin götürülməsi üçün birlik nümayiş etdirməlidirlər. Yaxın keçmişdə ASALA terror təşkilatı 40-dan çox diplomatımızı qətlə yetirib. Dünya ədalətsizliyə göz yummamalı, terroru və kini yayan dövlətin layiqli cəzası verilməlidir”.

Etirazların günü-gündən gücləndirilməsi səbəbindən Tələt Paşanın qatilinə ucaldılan abidənin götürülməsinə nail olmaq mümkündürmü?

  • “Bütün Türk dünyası həmrəylik göstərib beynəlxalq qurumlardan tələb etməlidir ki, Ermənistan daşnak Soqomon Teyliryanın heykəlini götürsün”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, daşnaka ucaldılan heykəllə bağlı etirazlar yalnız Türkiyə və Azərbaycan tərəfindən deyil, bütövlükdə, Türk dünyası tərəfindən edilməlidir. O hesab edir ki, Ermənistan hökumətinin daşnak S.Teyliryana heykəl ucaltması Türk dünyasına vurulan zərbədir. Onun sözlərinə görə, TÜRKSOY bu abidənin götürülməsi istiqamətində ciddi tədbirlər görməli, beynəlxalq aləmə müraciətlər ünvanlamalıdır. “Doğrudan da bu, olduqca ciddi məsələdir və son illər ən çox müzakirə edilən mövzudur. Bu heykəlin qoyulması ermənilərin türklərə qarşı ənənəvi patoloji nifrətindən irəli gəlir. Ermənistan tərəfindən türklərə qarşı bu nifrət sönməyəcək. Baxmayaraq ki, bu gün 70 min Ermənistan vətəndaşı Türkiyədə işləyir, evinə çörək aparır, Türkiyənin bu humanist əməli heç zaman Ermənistan tərəfindən təqdir edilmir. Əksinə, Türkiyəyə qarşı daha çox nifrət yayır və beynəlxalq aləmdə nüfuzdan salmaq üçün addımlar atılır. Ermənistanda daşnak S.Teyliryanın heykəlinin ucaldılması da bu nifrətdən qaynaqlanır. Hesab edirəm ki, daşnakın heykəli ilə bağlı Türkiyə tərəfindən edilən etirazlar fayda verər. Beynəlxalq ictimaiyyət də açıq şəkildə görür ki, bu heykəllə bağlı Türkiyədə ciddi narazılıqlar var. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Türkiyə belə məsələlərdə həssasdır və onun mübarizə ruhu, əzmi, nüfuzu var, Türkiyənin iradları haqlıdır. Dünya birliyi bu məsələni gündəmə gətirsə və bununla bağlı Ermənistana təzyiqlər göstərsə, heykəlin götürülməsinə müvəffəq olmaq olar. Nəinki Türkiyədə, Azərbaycanda, hətta Türk dünyasında da daşnak S.Teyliryanın heykəlinə qarşı etirazlar olmalıdır. Çox təəssüf ki, başqa türk dövlətləri bu məsələ ilə bağlı səslərini qaldırmır. Baxmayaraq ki, TÜRKSOY kimi təşkilat var və bu qurum türk dövlətlərini birləşdirir. Hesab edirəm ki, TÜRKSOY bu məsələdə aktiv olmalıdır. Çünki bu onun işidir. Bu heykəllə bağlı etirazını dünya birliyinə çatdırmalıdır ki, ortada real nəticə olsun. Bütün Türk dünyası həmrəylik göstərib beynəlxalq qurumlardan tələb etməlidir ki, Ermənistan daşnak S.Teyliryanın heykəlini götürsün. Bu reaksiya kəskin olmalıdır ki, nəticəsi də olsun. Çünki etirazlar güclənməsə, ermənilər yenə də öz əməllərini davam etdirəcəklər” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ