Cümə günü, 06 noyabr 2026
     

Ermənistan üçün Qarabağ təcavüzündən başlayan zəncir: iqtisadi çöküş – ordunun dağılması - əhalinin azalması – ölkənin boşalması...

Image


Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin Ermənistan üçün kifayət qədər böyük fəlakətlərə gətirib çıxaracağına dair yerli və beynəlxalq miqyasda bu vaxta qədər işğalçı ölkəyə dəfələrlə xəbərdarlıq edilib. Burada əsas diqqət ona yönəldilib ki, ötən müddət ərzində Azərbaycan bütün mühüm parametrlər üzrə gücləndiyi halda, Ermənistanda tamamilə əks vəziyyət müşahidə olunub.

Həqiqətən də bu gün Azərbaycan iqtisadi, hərbi, siyasi, diplomatik gücünə görə Ermənistanı çox geridə qoyur. Digər tərəfdən, real vəziyyət göstərir ki, Ermənistanın çöküşü, xüsusən də bu ölkənin əhalisinin sayının yüksək templə azalması İrəvanı daha aciz duruma salır və Qarabağ münaqişəsinin taleyinə birbaşa təsir göstərir. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıq şəkildə etiraf edir: “Əhalinin sayının azalması, miqrasiya bizim təhlükəsizliyimizin ən ciddi problemlərindən biridir. Bu, ilk növbədə orduya mənfi təsir edir. Biz bu problemin həll yolunu axtarmağa çalışırıq, amma bir komponentin köməyilə problemi həll etmək mümkün deyil”. Onun fikrinə əsasən, əhali sayının azalması milli təhlükəsizlik üçün böyük təhdiddir. O qeyd edib ki, əhali sayı azaldığı üçün ölkə iqtisadi aktivlik və rəqabətədavamlılıq göstərə bilməyəcək. Bu isə adambaşına düşən xərcin artması deməkdir. Belə bir tendensiya dövlət üçün böyük yükdür və milli təhlükəsizliyi üçün də problemdir.

Yeri gəlmişkən qeyd edək ki, təkcə rəsmi rəqəmlərə görə, Ermənistan əhalisi son 27 il ərzində 600 min nəfər azalıb.  Reallıqda isə bu rəqəmin ən azı 2 dəfə çox olduğu, ölkədə yaşayan real əhalinin sayının heç 2 milyona belə çatmadığı da məlum həqiqətdir. Rəsmi statistikaya əsasən isə, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb: “1992-2002-ci illərdə doğum 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstəricidir. On il ərzində doğum 70 mindən 32 min nəfərə enib. Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyət yaradıb”. BMT Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Tsovinar Harutyunyan ölkənin demoqrafik böhrana qədəm qoyduğunu, artıq ölüm sayının doğum sayını üstələdiyi əhalinin azalması həddinə yaxın olduğunu açıqlayıb.

Yuxarıda qeyd olunduğu kimi, belə vəziyyət erməni ordusunun durumuna da birbaşa təsir edir, onun şəxsi heyətlə təminatı sarıdan ciddi problemlər yaradır. Bu xüsusda rusiyalı ekspert Yeqor Mixaylov çox maraqlı fikirlər səsləndirir: "Ermənistandakı demoqrafik və sosial böhran silahlı qüvvələrdə döyüş hazırlığının səviyyəsinə də mənfi təsir göstərir". Rusiyalı ekspertin fikrincə, Ermənistandakı mövcud demoqrafik fəlakət məhz ölkə rəhbərlərinin bəsirətsiz siyasəti, yəni işğalçılıq siyasəti nəticəsində qonşu ölkələr arasında təklənməsi ucbatından baş verib: “Əsas məsələ əhalinin xaricə axını və doğum sayının azalmasıdır. Ermənistanın cana doymuş xalqı nə edəcəklərini, ailəni layiqincə saxlamağa imkan olmadığı bir şəraitdə necə dolanacaqlarını bilmir. Gənclər bütün ümidlərini xaricə getməyə bağlayır”.

Ekspert bu gün Ermənistandan və işğal altındakı Dağlıq Qarabağdan yüzlərlə erməni gəncin ilk fürsətdəcə xaricə üz tutmağa hazır olduğunu bildirir: “Budur erməni başbilənlərinin zəhmətinin bəhrəsi. Qonşulara qarşı düşmənçiliyin sonu yoxdur. Sadə ermənilər artıq hər şeyi dərk edir, rəsmi mövqe ilə üst-üstə düşməyən nəticələr çıxarırlar. Onların qənaətincə, yoxsulluq və səfalətin tüğyan etdiyi Ermənistanda uşaq sahibi olmaqdansa, baş götürüb xaricə getmək məsləhətdir. Hazırkı demoqrafik böhran ordunun döyüş qabiliyyətinə də təsir göstərir. Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra artıq bütöv bir nəsil dəyişib. Bugünkü nəslin əvvəlkilər qədər sağlam olmaması üzündən bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında olmamasına görə erməni əsgərlərinin döyüş hazırlığında kəskin geriləmə göz qabağındadır. Bunun səbəbi də iqtisadiyyatın acınacaqlı vəziyyəti üzündən güzəranı təmin edəcək qazanc mənbələrinin olmaması nəticəsində bir çox valideynin övladlarını lazımınca qidalandırmamasıdır”. Miqrasiya, demoqrafiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, hərbçi qıtlığı problemi ilə daha kəskin şəkildə üzləşəcəyi istisna edilmir. 

Erməni ordusu ilə bağlı problem təkcə şəxsi heyətlə təminat sarıdan özünü göstərmir. Ölkədə ordunun maddi-texniki təminatı sarıdan da ciddi çətinliklər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlərə imza atdığı bir vaxtda Ermənistanda qeyd edilən istiqamət üzrə ciddi çöküş müşahidə olunur. Xatırladaq ki, Azərbaycanda ordu quruculuğu prosesində, həmçinin Silahlı Qüvvələrin maddi-texniki təminatında mühüm nailiyyətlər əldə edilib. Faktdır ki, ordunun istər döyüş hazırlığı, istərsə də texniki vasitələrdən tutmuş digər maddi ehtiyatlarla təchizatı baxımından Azərbaycanla düşmən ölkə arasında fərq dəfələrlə ölçülür. Özü də Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin istehsal etdiyi məhsulların çeşidinin daha da çoxalacağı gözlənir ki, bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Eləcə də ordunun döyüş qabiliyyəti baxımından ölkəmiz böyük uğurlara imza atıb. Ölkənin hərbi prokuroru Xanlar Vəliyevin bu xüsusda dedikləri də ordumuzun mühüm nailiyyətlərindən xəbər verir. Hərbi prokuror bildirib ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, Azərbaycan ordusu 52-ci yeri tutub: "Bu isə Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq edir. Hər kəsə məlumdur ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilmişdir". Yuxarıda qeyd olunduğu kimi, bütün bunlar fonunda Ermənistanda tamamilə əks proses qeydə alınır. Məsələ ilə bağlı  Ermənistanın “1-in.am” portalı yazır: “Çox təəssüf ki, ordu ilə bağlı ciddi problemlər davam edir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan çox vədlər yağdırdı və bu gün fərqli vəziyyət müşahidə olunur. Məsələn, orduda qeyri-döyüş şəraitində əsgər ölümləri azalmayıb. İqtisadi sahədə geriləmə ordunun təminatında ciddi problem yaradır. Paşinyanın ordu və digər müstəvidə vədlərinin reallıqdan uzaq olduğunu dərk etmək üçün uzun zamana ehtiyac yox idi. Bu gün hökumətin fəaliyyətini qanedici hesab etmək çətindir. Bu gedişlə insanların iqtisadi və sosial həyatda dəyişiklikləri hiss etməsi üçün nə qədər zamanın tələb olunacağı hələ sual olaraq qalır. Hakimiyyət dəyişikliyindən əvvəl Paşinyan çox şey vəd edirdi. Amma ciddi dəyişən nəsə yoxdur. Bu durumda əsgər anarlarının artan etirazları ordu ilə bağlı vədlərin də yarımçıq qaldığını göstərir. Yenə yüksək rütbəli zabitlər ordu hesabına böyük gəlirlər əldə edir, korrupsiya çiçəklənir, döyüş qabiliyyəti aşağı düşür. Bu isə Azərbaycana yeni savaşa başlamaq üçün əla fürsət yaradır. Amma yeni savaş erməni tərəfinə aprel döyüşləri ilə müqayisədə daha böyük məğlubiyyət gətirə bilər”. Digər erməni mətbu orqanı olan  “İravnuk” qəzetinin yazdığına görə isə, Azərbaycanın hərbi potensialının günü-gündən güclənməsi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar tezliklə nəticə verməyəcəyi təqdirdə rəsmi Bakının güc variantına əl atma ehtimalını xeyli artırır. Qəzet yazır ki, hazırda həm say, həm də maddi təminat baxımından Azərbaycan Silahlı Qüvvələri çox uğurlar qazanıb. Bu isə hərbi əməliyyatlara başlanacağı halda nəticəyə təsir edən əsas faktor kimi qiymətləndirilir.

Güc amili, demoqrasiya ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də son illərdə biri-birinin ardınca əldə etdiyi nailiyyətlər, işğal siyasətinin ifşa olunması istiqamətində atılan addımlar Ermənistanın mövqeyini daha zəif hala gətirir. İqtisadi müstəvidə yaranan böyük fərq Azərbaycanın Ermənistan üzərində üstünlüynü daha da artırır. Məhz bütün bunlar fonunda Qarabağ münaqişəsinin yenidən alovlanması Ermənistan üçün yeni fəlakətlərin başlanğıcı sayılır. Aydındır ki, münaqişənin dinc müstəvidə həllinə nail olunmayacağı halda Ermənistanın bu fəlakətlərlə üzləşməsi qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ