şənbə günü, 07 noyabr 2026
     

Repressiya olunmuş 20-30-cu illər kommunistlərinin millətçi fəaliyyəti təsdiqlənir

Image


Azərbaycan tarixinin ən ağrılı dövrlərindən biri 1920-30-cu illər Stalin repressiyası illəri olub ki, bu dönəmdə xalqımızın ziyalıları, dövlət xadimləri, fikir adamları kütləvi olaraq qətlə yetiriliblər. 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya xalqımıza böyük zərbə vurub.

Məlum olduğu kimi, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyyatla düşündüyünə görə repressiyalara məruz qalıb.

Onu da vurğulayaq ki, Stalin repressiyası yalnız milli düşüncələri ilə seçilən, milli məfkurə uğrunda mübarizə aparan insanları deyil, həmçinin, ölkəmizdə bolşevik rejiminin qurulmasında cani-dildən xidmət göstərən “vicdanlı” kommunistlərin də bir çoxunu öz caynağına alıb. Azərbaycanın dövlət müstəqilliyinin beşiyində boğulmasına dəstək olan bu şəxsiyyətlərin əksəriyyətinin də Stalin repressiyası qurbanı olması müxtəlif sullar yaradır.

Tarixçi-alimlər bildirirlər ki, əslində, siyasi hadisə hesab olunan repressiya XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam etsə də, 20-40-ci illərarası baş verən hadisələr amansızlığı ilə xüsusi seçilib. İnsanların “əksinqilabçı”, "trotskiçi", "casus", "millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olub. Tarixçilər bildirirlər ki, repressiya illərində SSRİ-də, ümumilikdə, 1575259 adam həbs olunub, bunlardan 173382 nəfəri guya "əksinqilabi" iş apardığına görə cəzaya məruz qalıb, 1344923 nəfər məhkum edilib, 681692 nəfər isə güllələnib.

Tarixçilər onu da bildirirlər ki, repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilib. 20-ci illərdə, birmənalı olaraq, “əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olub. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdilər. Bu repressiya burulğanında kommunistlər də var idi. Belə ki, hətta Kommunist Partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilməyib. Mərkəzdə (Moskvada) Siyasi Büro üzvlərinin ailələrinin repressiyası onun səbəb, məqsəd və icra strukturunun mürəkkəbliyini göstərdiyi kimi, siyasi müxtəlifliyindən asılı olmayaraq, heç kəsə güzəşt olunmadığının da bir sübutudur.

Bu gün Azərbaycanın tarixçi-alimləri 1920-30-cu illər Stalin repressiyası ilə bağlı arxivlərdə ciddi işlər görürlər. “Millətçi”, “pantürkist”, “xalq düşməni” kimi Stalin repressiyasına məruz qalan kommunistlərin fəaliyyətini ciddi şəkildə araşdıran tarixçilər bildirirlər ki, həqiqətən də o dövrdə həmin kommunistlərin millətçilik fəaliyyəti olub. Stalin repressiyası qurbanı olan kommunistlərin böyük əksəriyyəti müəyyən bir dövrdən sonra Lenin və Stalinin onları aldatdıqlarını biliblər, bu səbəbdən də gizlin şəkildə bolşevizmə qarşı mübarizəyə başlayıblar. Bütün bunların arxiv sənədlərində əks olunduğunu deyən tarixçilər qeyd edirlər ki, o dövrdə Azərbaycana rəhbərlik edən bir çox kommunistdə milli təəssübkeşlik hissləri olub. Onu da qeyd edirlər ki, SSRİ-nin ilk illərində Mərkəzi Komitəyə mütəmadi olaraq azərbaycanlı kommunistlərin millətçilik davranışları ilə bağlı şikayətlər göndərilib.

  • Vaqif Abışov: “Bu kommunistlər o vaxt Cümhuriyyət liderləri ilə birləşib Azərbaycanı müstəqil dövlət kimi saxlaya bilərdilər, ancaq onlar kürəklərini rus süngüsünə dayayıb irəlilədilər, o süngü də onların qətlinə səbəb oldu”

Stalin repressiyası dövrünü araşdıran alimlərdən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, həm Ruhulla Axundov, həm Mirzə Davud Hüseynov, həm Qəzənfər Musabəyov, həm Həmid Sultanov, həm Ayna Sultanova, həm də Stalin repressiyasına məruz qalan digər kommunistlərin fəaliyyətində millətçilik örnəkləri olub və onlar bunu gördükləri işlərdə büruzə veriblər. “Bilirsiniz ki, Azərbaycanın repressiya olunan böyük şəxsiyyətləri ilə bağlı arxiv sənədləri əsasında kitablar nəşr edilib. Bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilir. Mən özüm də bu məsələ ilə bağlı arxivdə işləyirəm, arxivdə kifayət qədər sənəd, material var ki, onlar bizə ətraflı məlumat verir. Repressiya mövzusu bitib tükənmir. Mən arxivdə işləyərkən olduqca dəhşətli materiallarla tanış oluram. Repressiya dövründə bizim görkəmli şəxsiyyətlərimizə çox aşağı səviyyədə münasibət göstərilib, onlara qarşı insanlığa sığmayan davranışlara yol verilib. Xalqımızın düşünən beyinləri, dövləti idarə edən şəxsiyyətləri kütləvi şəkildə repressiyaya olunublar. Onların özlərinin qətlə yetirilməsi bir yana, bütün ailələri, yaxınları da Sibirə və başqa yerlərə sürgün ediliblər. Bu baxımdan, repressiya dalğası elə cövlan edib ki, onu yazmaqla bitməz.

Azərbaycanda bolşevizmin bərqərar olunmasında mühüm rol oynayan, həmin dövrdə müxtəlif yüksək vəzifələr tutan kommunistlər də “pantürkist”, “millətçi”, “xalq düşməni” adı altında Stalin  repressiyasının qurbanı olublar. Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Ayna Sultanova, Həmid Sultanov, Qəzənfər Musabəyov və başqaları Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında fəal olublar. Bu gün onların millətçi, milli məfkurəyə xidmət etməsi ilə bağlı şübhəli fikirlər var. Böyük əksəriyyət onları millətçi olmamaqda, millətin, xalqın mövqeyini müdafiə etməməkdə ittiham edir, lakin belə deyil. Etiraf edim ki, arxiv sənədləri ilə yaxından tanış olarkən qarşıma xeyli məlumat çıxdı. 1920-1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasını idarə edən bu şəxslərdə milli hisslər, milli düşüncə mövcud olub və onlar Azərbaycanı müəyyən qədər müstəqil görmək istəyiblər. Bu şəxslər Azərbaycanın adət-ənənəsini, tarixini inkişaf etdirməyə, Azərbaycan xalqının tanınmış, seçilən, öz dilində danışan, öz mədəniyyətinə sahib olmağı bacaran bir xalq olaraq yüksəlməsinə çalışıblar, lakin Rusiya ilə bir yerdə. Nəriman Nərimanov başda olmaqla, o şəxslər milli düşüncə sahibi olublar. Ancaq 1937-ci ildən 1940-cı ilə qədər həmin kommunistlər də Stalin repressiya maşını tərəfindən məhv edilib. Maraqlıdır ki, Cümhuriyyəti quran, Azərbaycanı tam olaraq müstəqil dövlət kimi tanıtmaq istəyən, bunun uğrunda mübarizə aparan şəxsiyyətlərin məhvinə səbəb olan və Cümhuriyyət hökumətini devirən kommunistlərin özləri də repressiyadan canlarını qurtara bilmədilər. Dediyim kimi, bu insanlarda da milli düşüncə vardı, lakin onlar Azərbaycanı tam müstəqil deyil, SSRİ-nin tərkibində müstəqil görmək istəyirdilər”.

V.Abışov qeyd etdi ki, Stalin repressiyasının qurbanı olan kommunistlər Azərbaycanda bir sıra mühüm işlər görüblər. Onun sözlərinə görə, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında da bu kommunistlərin təşəbbüsləri olub. “1923-cü ildə savadsızlığın ləğv edilməsində, 1929-cu ildə elmi-tədqiqat institutunun açılmasında, 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında onlar az rol oynamadılar. Bu elmi sahələrin formalaşdırılmasının, Azərbaycanın tarixinin, arxeologiya və etnoqrafiyasının, folklorunun, ədəbiyyatının, riyaziyyatının ciddi şəkildə öyrənilməsinin və bunun bir elm sahəsi kimi irəliləməsinin başında repressiya olunan kommunistlər dururdu. Bunu etiraf edək. Bu kommunistlər o vaxt Cümhuriyyət liderləri ilə birləşib Azərbaycanı müstəqil dövlət kimi saxlaya bilərdilər, ancaq onlar kürəklərini rus süngüsünə dayayıb irəlilədilər, o süngü də onların qətlinə səbəb oldu. Bu şəxslər aldandıqlarını hiss etdilər. Çünki onlar öz milli ideyalarını həyata keçirmək istəyirdilər, buna isə imkan verilmədi. Sizə açıq deyim ki, Nəriman Nərimanovun özünün üstündən 1956-cı ilə qədər “xalq düşməni” damğası götürülməmişdi. Azərbaycan SSRİ Mərkəzi Komitəsinin plenumunda məsələ qaldırılır ki, Nəriman Nərimanovun və başqalarının üstündən “xalq düşməni”, “vətən xaini” damğası götürülsün, İmam Mustafayev də onlara bəraət verilməsini təmin edib. Repressiya olunan Azərbaycan kommunistləri Sovet hakimiyyətinə xidmət etsələr də, onlar milli düşüncədən xali deyildilər” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ