13/12/2019 20:57
728 x 90

Türkiyə F-35 proqramından çıxarılır – Pentaqon ABŞ və Türkiyənin bundan nə qədər itirəcəyini açıqladı

img

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 aldığına görə F-35 layihəsindən çıxarılması üçün prosesin başladıldığını bəyan edib. Bu qərardan sonra ABŞ-da F-35 təlimləri alan türk pilotlar iyulun sonunda Türkiyəyə qayıdacaqlar.

Baki-xeber.com xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord və köməkçisi Devid Traxtenberq Türkiyənin Rusiyadan S-400 sistemləri alması ilə bağlı açıqlamalar veriblər.

“ABŞ və digər F-35 ortaqları Türkiyənin proqramdan çıxarılmasında həmfikirdir. Bununla yanaşı ABŞ prezidenti Donal Trampın dediyi kimi, ABŞ Türkiyənin strateji ortaqlığına hələ də çox dəyər verir” – Lord deyib.

O, Rusiya istehsalı S-400-lərlə F-35-lərin bir arada olmasının F-35 layihəsinə üçün təhlükə yaradacağı ilə bağlı Ankara ilə dəfələrlə müzakirələr apardıqlarını deyib. S-400 sistemlərinin F-35 döyüş təyyarələrinin ən qabaqcıl qabiliyyətlərini ortaya çıxara biləcəyindən narahat olduqlarını vurğulayan Lord, sözügedən qərarı da məhz buna görə qəbul etdiklərini bildirib.

Lord Türkiyənin proqramdan çıxarılması qərarının ardından yaranacaq boşluğu digər üzv ölkələr və bu ölkələrdə fəaliyyət göstərən şirkətlərlə dolduracaqlarını, bununla bağlı danışıqlar apardıqlarını deyib.

Pentaqon rəsmisi Türkiyənin F-35 proqramından çıxarılması ilə əlaqədar maliyyə itkilərini də açıqlayıb. O, Türkiyənin layihə boyunca gələcək illərdə ümumilikdə 9 milyard dollarlıq gəlirdən məhrum ola biləcəyini deyib. Lord Türkiyənin F-35 üçün 900-dən çox detal istehsal etdiyini, ancaq bu hissələrin artıq Türkiyədən alınmayacağını bildirib.

"F-35 proqramı üzrə təlim almış bütün türk pilotları, həmçinin təlimatçılar, hansılar ki, hazırda ABŞ-dadır, bu ayın sonunda ölkəni tərk etməli olacaqlar", - deyə Lord əlavə edib.

Türkiyənin F-35 proqramından çıxarılması ABŞ-ın özünə də milyonlarla dollarlıq ziyan vuracaq.  Pentaqonun açıqlamasında, Türkiyənin proqramından çxarılmasını ilə özləri də 500-600 milyon dollar zərər görəcəklərini açıqlayıb.

Son xəbərlər