şənbə günü, 07 noyabr 2026
     

Ermənistan rəsmiləri İrəvan-Vaşinqton yolunda qalıb, İran qonşusunun xəyanətindən narahatdır...

Image


ABŞ və İran arasında getdikcə gərginləşən münasibətlərin perspektivdə Cənubi Qafqaza hansı təsir göstərəcəyi xüsusi diqqət mərkəzində yer almağa başlayır. İndilikdə görünən budur ki, ABŞ İrana qarşı təzyiqləri artırmağı düşünür, hadisələrin bu səpkidə inkişafından narahat olan əsas tərəflərdən biri isə işğalçı Ermənistandır.

Belə görünür ki, bu gedişlə Ermənistanın İrandlan aldığı iqtisadi dəstək əhəmiyyətli dərəcədə azalacaq. Elə bu da İrəvan üçün çox ciddi problemlər deməkdir. Yaranmış durumdan narahat olan İrəvan, belə demək mümkünsə, indi Vaşinqtonun əl-ayağına düşüb. ABŞ-a İrəvan rəsmilərinin artan səfərləri də əsas etibarı ilə İrəvan ətrafında baş verən olaylarla bağlıdır. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 18-də ABŞ-a səfər edəcək. Bu, son bir həftə ərzində ABŞ-a səfər edən 3-cü dövlət rəsmisidir. Bundan öncə Vaşinqtona baş nazirin müavini Tiqran Avinyan və spiker Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər edib. Onların keçirdiyi görüşlərin də əsas mövzusu məhz İranla bağlı olub. Məsələn, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda bildirib ki, ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir: “Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”. Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır. Zöhrab Mnatsakanyanın da görüşlərinin əsasən bu istiqamətdə olması gözlənilir. Amma erməni mütəxəssis Suren Sarkisyan bildirir ki, İrəvanın bu cəhdləri fayda verməyəcək. Çünki ABŞ Ermənistana görə İran planlarından vaz keçməyəcək, əksinə, İrəvandan dəstək görməsə, Vaşinqton Ermənistana qarşı da sərt addımlar atacaq. Onun sözlərinə görə, hazırda Ermənistanın hər hansı dövlət qurumunun İrana qarşı əlavə sanksiyalar tətbiq edildiyi halda strateji addımlar ardıcıllığı və ya strategiyası, yaxud İran-ABŞ qarşıdurması baş verdiyi halda Ermənistanın nə edəcəyinə dair bir planı yoxdur. Erməni ekspert vurğulayır ki, bu məsələdə bir məqam var və buna heç kim toxunmur: “Bu günlərdə İran Hava Hücumundan Müdafiə Sistemləri bir neçə uçan obyekti qeydə aldığını və bunlardan birinin PUA olduğunu bəyan edib. Belə çıxır ki, İran bütün növ insan itkilərindən yayınaraq, məhz PUA-nı məhv edib. Bu məqam çox vacibdir, çünki faktiki olaraq Vaşinqton buna cavab verib. Əməliyyat planlarına uyğun olaraq ABŞ-a aid olan aparat məhv edilirsə, bu halda, qaydalara uyğun olaraq, Birləşmiş Ştatlar atəş açılan obyektlərə cavab zərbəsi endirməlidir. Buna isə prezidentin əmri zəruridir. İndi nə baş verdi? ABŞ mətbuatı bəyan edərək bildirdi ki, Tramp peşman olub, əvvəlcə əmr verdi, daha sonra bu əmri ləğv edib”. Lakin Sarkisyan qeyd edir ki, əslində belə olmayıb: “ABŞ-ın müvafiq Hərbi Hava Qüvvələri havaya qalxaraq, onlara aid PUA-nı məhv edən hədəflərə zərbə endirməyə hazırlaşıb. Lakin bunun üçün prezidentin icazəsinə zərurət var. Buna görə də, Pentaqonun generalları Ağ Evə gedərək, prezidentdən belə bir icazə verməsini xahiş ediblər. Nə qədər insan itkisinin olacağı sualına cavab olaraq, Pentaqon generalları 130-200 olacağını bildirib.
Maraqlıdır ki, Tramp insan itkilərindən yayınmağın zəruri olduğuna qərar verib. Tramp iranlıların təyyarəyə atəş açsa da, lakin pilotsuzu vurduğunu və nəticədə ABŞ tərəfinin hərbçi itkisi vermədiyini nəzərə alıb. Məhz buna görə Tramp İrana zərbə endirilməsi planını ləğv edib. O, İrana zərbə endirilməsinə icazə verməyərək, əvəzində İranın yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. Yaranmış vəziyyət onu göstərir ki, tərəflər gərginlikdən, birbaşa silahlı qarşıdurmadan yayınmağa çalışır və bu, bölgədə silkələnmələr olmaması baxımından çox vacibdir. Hamı bilir ki, bu toqquşmalar İran və ya ABŞ ərazisində baş verməyəcək”. Belə olan halda Ermənistanın mövqeyinin nədən ibarət olacağı, necə siyasət aparmalı olduğuna dair suala o, “Ermənistan vəziyyətin istənilən inkişaf ssenarisinə hazır olmalıdır” deyə cavab verib: “Hətta ssenarinin inkişaf ehtimalı 1% olduğu halda belə Ermənistan buna hazır olmalıdır. Hazırda Ermənistanın hər hansı dövlət qurumunun İrana qarşı əlavə sanksiyalar tətbiq edildiyi halda strateji addımlar ardıcıllığı və ya strategiyası, yaxud İran-ABŞ qarşıdurması baş verdiyi halda Ermənistanın nə edəcəyinə dair bir planı yoxdur. Bunu Ermənistanın ən başlıca təhlükəsizlik təhdidlərindən biri hesab edirəm. Heç bir işlə məşğul olmayan, hətta təhlükəsizlik strategiyasını hazırlamamış Təhlükəsizlik Şurası ilk növbədə bu məsələ ilə məşğul olmalı, Ermənistanın yüksək vəzifəli komandanlıq heyətinə strateji addımlar ardıcıllığı yazmalı və təqdim etməli idi. Bu çox ciddi çağırışdır və Ermənistan hakimiyyətinin ilk növbədə məşğul olacağı sahədir. Gürcüstanda baş verənlər Ermənistan üçün eyni qaydada vacibdir. Gürcüstanda, yaxud İranda istənilən silkələnmə Ermənistanda hiss ediləcək. Çünki İran və Gürcüstan Ermənistanın dünyaya doğru açılan iki qonşu ölkələridir. Hər iki ölkədə baş verən hər hansı silkələnmə Ermənistanın həm siyasi, həm iqtisadi həyatına mənfi təsir göstərir”.

“168.am” saytı isə yazır ki, İran erməni rəsmilərin ABŞ-a intensivləşən səfərindən narahatdır və Tehran İrəvanın ona xəyanət edə biləcəyini düşünür. Sayt, İrəvanın israrlı dəvətlərinə baxmayaraq, Tehranın Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin iclasına qatılmaqdan imtina etməsini də elə bununla əsaslandırır. Qeyd olunur ki, bu fonda İran Ermənistanla iqtisadi əlaqələrini dayandırsa, İrəvanı daha böyük problemlər gözləyir. "Jamanak" qəzeti isə yazır ki, belə bir vaxtda Ermənistana ağır zərbə Gürcüstandan gələ bilər. Belə ki, Gürcüstan hökuməti Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına yenidən qadağa tətbiq etmək istəyir. Məlumata görə, bu qadağa artıq oktyabrın 1-dən tətbiq oluna bilər: "Bu baş verərsə, un bazarının mərkəzləşməsinə, çörək və çörək məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Donuz və quşçuluq üçün taxılın çox hissəsi də Rusiyadan idxal olunur ".

Xatırladaq ki, Gürcüstan Ermənistan üçün taxılın idxalı cəhətdən yeganə tranzit ölkədir. Erməni idxalatçıları buğdanı əsasən Rusiyadan alır və onu ölkəyə Gürcüstan ərazisi vasitəsilə yerüstü nəqliyyatla gətirirlər. Hər ay Rusiyadan gələn, təxminən 3000 yüklə dolu avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Bunların dayanması həqiqətən də Ermənistan üçün ciddi fəlakət deməkdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:46
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ