23/08/2019 00:48
728 x 90

Trampın “Türkiyəyə F-35 satmayacağıq” bəyanatı Rusiyanı hərəkətə keçirdi - S-400-lərdən sonra rus qırıcıları gəlir…

img

S-400 raketdən müdafiə sistemlərinin ilk partiyasını Türkiyəyə təslim edən Rusiya Ankaraya Qərbdə narahatlıqla qarşılanacaq yeni təklif verib.

Baki-xeber.com xəbər verir ki, Rusiya Türkiyəyə bu dəfə də öz istehsalı olan döyüş təyyarələri təklifi edib.

Bu barədə Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün danışıqların mümkün olduğunu deyib.

“Niyə olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna göstərən nümunə var” - Borisov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiyadan S-400 sistemi aldığı üçün Türkiyəyə F-35 satmayacağını bəyan edib.

Barak Obama dövründə Türkiyəyə “Patriot” satılmamasına görə əvvəlki hakimiyyəti tənqid edən Tramp, Türkiyənin buna görə Rusiyadan S-400 aldığını deyib. Türkiyənin hazırkı vəziyyətini anladığını deyən Tramp bildirib: “Türkiyə çox çətin vəziyyətdir və biz də ABŞ olaraq çətin vəziyyətdə qaldıq. Ancaq bunu deyim - ABŞ, Rusiyadan raket sistemi aldığı üçün NATO müttəfiqi Türkiyəyə F-35 döyüş təyyarələrini satmayacaq. Çox çətin bir vəziyyətdir, amma bunun üzərində işləyirik. Nə baş verəcəyini görəcəyik, amma həqiqətən bu ədalətli deyil”.

Tramp ayrıca, bu vəziyyətə görə F-35 təyyarələrinin istehsalçısı Lockheed Martinin məmnun qalmadığını, çünki firma üçün bunun minlərlə işyeri anlamına gəldiyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, ABŞ-ın F-35 təhdidlərinə görə Türkiyə Rusiya istehsalı döyüş təyyarələri ala bilər.

Son xəbərlər