şənbə günü, 07 noyabr 2026
     

Qarabağ münaqişəsinin davamının erməni cəmiyyəti üçün daha bir böyük fəsadı meydana çıxdı

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ötən dövr ərzində Ermənistana siyasi, sosial-iqtisadi, hərbi müstəvidə kifayət qədər böyük zərər vurub. Məhz bu münaqişənin çözümünün ləngiməsi Ermənistanı regionda bütün transmilli layihələrdən kənarda qoyub, onu bölgədə ən zəif, kasıb ölkəyə çevirib. Hazırda İrəvan üçün münaqişənin yaratdığı əsas problemlərdən biri də erməni cəmiyyətində yaranan parçalanmadır.

Ermənistan parlamentinin sabiq deputatı Ruben Hakobyan bildirir ki, Qarabağ konflikti bir neçə istiqamətdə erməni cəmiyyətində parçalanmaya yol açıb. Belə ki, erməni cəmiyyətində münaqişənin istənilən halda həllini istəyənlər var: “Eyni zamanda müəyyən şərtlər əsasında konfliktin həllinə tərəfdar olanlar da mövcuddur. Amma ən təhlükəlisi artıq hərbçilər arasında da Qarabağ məsələsində parçalanmaların olmasıdır. Generalitetin bu məsələdə düşərgələrə bölünməsi prosesinin qarşısı alınmasa, Ermənistanda bir sıra ciddi problemlər baş verəcək. Qarşıdakı günlərdə ciddi hadisələr gözlənilir. Qarabağdakı rejim heç zaman bu gün olduğu qədər yorğun olmayıb. Təhlükəli olan hakimiyyət tərəfindən ləkələnmiş, qüsurlu hesab edilən generalitetin üzvlərinin müxtəlif cəbhələrdə peyda olmasıdır. Bu isə təhlükəli məqamlarla doludur. Qeyd etdiyimiz kimi, generalitetin düşərgələrə bölünməsi prosesinin qarşısı alınmasa, təhlükəli hadisələr baş verə bilər. Hakimiyyət razılıq mühiti yaradılmasına cəhd etmir. Əksinə, qarşıdurmanın daha da artmasına xidmət edir. Bu hal Qarabağ məsələsində hərbi müstəvidə də Ermənistanın mövqelərini xeyli zəiflədir”. Hakopyan bunu vəziyyətdən müəyyən qədər məlumatı olan şəxs kimi dediyini qeyd edib.

“Jamanak” nəşri isə qeyd edir ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanı maraqlandıran əsas məsələ Qarabağ yox, hərbçilər arasında öz mövqeyini gücləndirməkdir. Qəzet yazır ki, məhz bu səbəbdən  2016-cı ildə Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərindən sonra o zamankı Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən istefaya göndərilən generalları Paşinyan  geri çağırır. Xatırladaq  ki, ilk olaraq, Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib. Aprel döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin rəhbəri, general-mayor Komitas Muradyan yenidən ordu sıralarına qaytarılıb. Aprel döyüşlərində vəzifəsindən azad edilən digər general, o dövrdə texniki təminat bölməsinin rəhbəri olan Alik Mirzabekyan da yenidən vəzifəyə qaytarılanlar sırasındadır. “Jamanak” nəşri qeyd edir ki, bu şəxsləri geri qaytarmaqla Paşinyan hərbçilər arasında dayaqlarını möhkəmləndirməyə çalışır. Amma digər hərbçilərin buna qarşı çıxması generaliteti parçalyır.

Rus ekspert Aleksandr Proxanov da qeyd edir ki, erməni cəmiyyətində həm hərbçilər, həm də digər təbəqədə Qarabağ məsələsinə görə ciddi parçalanma hökm sürür: “Biz erməni cəmiyyətində parçalanmanın dərinləşməsini açıq müşahidə edirik. Qarabağ məsələsi, Rusiyaya münasibət və digər istiqamətlərdə bunu görürük. Mənə elə gəlir ki, erməni cəmiyyəti konsolidasiya olunmayıb, yalnız qismən idarə olunandır, dövlət başçısının aşkar və ya aşkar olmayan göstərişlərini yalnız qismən yerinə yetirir. Müxtəlif variantlar məhz buradan yaranır. Həmin variantlar ictimai düşüncənin disbalansının nəticəsidir. Faciə məhz bundan ibarətdir.

Yəni baş verənlər elə bu disbalansın nəticəsidir. Ermənistan cəmiyyəti parçalanıb, orada yaşadıqları inqilab, hakimiyyət dəyişikliyindən başqa, müxtəlif partlayışlar mümkündür. Bu, iri miqdarda enerjinin üzə çıxması kimi bir şeydir. Məndə belə bir hiss var ki, Ermənistan bir çox mənada bərbad vəziyyətə düşüb. O, inqilabın nəticələrindən arzu etdiyini ala bilməyib. Qarabağda hələ də müharibə gedir, əhali ölkəni tərk edir. Ermənistan çəngəl üstündədir – bir tərəfdən Rusiya ilə (geosiyasi və iqtisadi baxımdan asılıdır) olmaq zərurəti var, digər tərəfdən isə böyük erməni diasporunun yaşadığı Qərbə və Amerikaya can atma mövcuddur. Bütün bunlar cəmiyyti parçalayır. Ermənistanı bu məsələdə müsbət heç nə gözləmir və hadisələrin gedişi Qarabağ münaqişəsində də Ermənistanı daha zəif tərəf halına salır”.

Digər ekspertlər də hesab edir ki, qonşu dövlətlərə qarşı əsassız və istinadsız olaraq ərazi iddiası Ermənistanın Qərbə inteqrasiyasını əngəlləyir, üçüncü qüvvələrin bölgədə maraqlarının təmin olunmasına, sabitliyi pozmasına, regionun təhlükəsizliyinin təhdid olunmasına yardım edir. Erməni cəmiyyətində bu hala qarşı çıxanlar hesab edir ki, İrəvan artıq Qarabağ münaqişəsinin həllində əməli addımlar atıb Qərbə real şəkildə inteqrasiya etməlidir. Amma ölkədə Rusiyanın təsirinin qalmasını istəyənlər fərqli mövqedə dayanır və bu da cəmiyyətdə parçalanmanı sürətləndirir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əslində, Ermənistan cəmiyyəti belə ermənilərdən xilas olmaq üçün 2018-ci ildə hakimiyyət dəyişikliyi elədi. Amma görünür, onların bundan artığına gücləri çatmadı. Qərblə inteqrasiyaya qarşı olanlar hələ də  Ermənistanda əsas söz sahibləri sırasında yer alır. Onların fəaliyyəti erməni cəmiyyətinin parçalanmasını dərinləşdirir. Bunu artıq hakimiyyətdə olanlar da etiraf etməyə başlayıb. Ermənistanda çıxan “Past” qəzetinin yazdığına görə, Nikol Paşinyan ermənilər arasında parçalanmanın yaranmasını araşdırmaq üçün bir müddət əvvəl güc strukturlarına tapşırıq verib. Bütün bunlar isə təsadüfi sayılmır. Çünki Nikol Paşinyan vəziyyətə nəzarət etməsə, onun üçün də yeni sürpriz hadisələrin baş verəcəyini yaxşı görür. Bu həm də onu göstərir ki, Qarabağın işğalı artıq Ermənistanın dövlət olaraq varlığına ciddi təhdid yaradır. Ermənistan iqtisadiyyatının xaricdən asılılığı, ölkəyə edilən yardımlara “Qarabağ ermənilərinin” şərik çıxması, xarici siyasət kursunda problemlər, ölkə əhalisinin daim vahimə və xof içində yaşaması, ictimai, siyasi və iqtisadi sabitliyin olmamasının başlıca amili ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddiası, işğalçılığıdır.  Məhz bu vəziyyətdə erməni cəmiyyətində münaqişənin həllinin tezləşməsini isətyənlərin sayının artması təbii qarşılanır. Paşinyanın bu reallığı nəzərə almaması isə onun əleyhinə işləyən əsas faktorlardan birinə çevrilmək iqtidarındadır.

Ekspertlər burada diqqəti həm də ona yönəldir ki, Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr daha çox qərbyönlülərdir. Əks mövqedə dayananlar, xüsusən də “Qarabağ klanı” isə birmənalı olaraq Rusiya təmayüllüdür. Hazırda yaranmış vəziyyətdə Ermənistan erməniləri Qərbə inteqrasiyaya üstünlük verir və onlar üçün Azərbaycan torpaqlarının işğalı elə də prioritet deyil. Əks mövqedə dayanan “Qarabağ klanı” isə işğalı davam etdirməyə tərəfdar olmaqla Ermənistanın inkişafının qarşısını alır. Son bir ildə baş verənlər onu da sübut edib ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın beynəlxalq nüfuzuna da zərbə vurur. Çünki Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvanın beynəlxalq miqyasda nüfuzu heç də müsbət istiqamətdə dəyişməyib. Artıq bu reallığı ermənilərin özləri də inkar etmir. Deməli, Qarabağ məsələsi və “Qarabağ erməniləri” Ermənistanın müstəqilliyinin təhdid edilməsi üçün əsas alətə çevrilib. Çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından keçir. Bu yolu tutan Ermənistan isə, ilk növbədə, bölgə üçün dövlətin pozuculuq fəaliyyəti ilə məşğul olmasının qarşısını alar, Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirər. Lakin hələlik Ermənistan bu yoldan uzaqdır. Dağlıq Qarabağın işğalı bu fonda ölkənin getdikcə daha sürətlə formallaşan müstəqilliyini, suverenliyini təhdid edir. Erməni cəmiyyətində çoxları bu reallığı görüb, hakimiyyətdən Qarabağ məsələsində real addımların atılmasını tələb edir. Paşinyan bu reallığı nəzərə almasa, yuxarıda qeyd olunduğu kimi, Ermənistanı daha ciddi qarşıdurma və parçalanma gözləyir. Bu isə bir dövlət kimi Ermənistanın sonunu daha tez gətirəcək. İndilikdə isə Qarabağ münaqişəsinin davamı Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır. Digər tərəfdən, münaqişəyə münasibətdə erməni cəmiyyətində parçalanma sürətlə dərinləşir. Münaqişənin həllinə yanaşmada fərqlər getdikcə özünü daha çox göstərir. Qeyd olunduğu kimi, bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxır. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması tamamilə fərqli şərait də yarada bilər. Eyni zamanda o da nəzərə alınır ki, Ermənistanda situasiyanı sabitlikdən çıxaran məsələ Dağlıq Qarabağda hərbi vəziyyətin kəskinləşməsi ola bilər. Bu cür daxili ziddiyyətlərin fonunda ölkədə siyasi güclərin mövqeyi və onlar arasındakı münasibətlər  gərginliyin artması ehtimalını xeyli yüksəldir. Bütün bunlardan aydın olur ki, Ermənistanın siyasi səhnəsi qarşıdurmalarla zəngindir. Artıq aydın şəkildə belə nəticə alınır ki, Ermənistanda yeni siyasi mərhələ başlayıb. Onun başlıca xüsusiyyəti ziddiyyətlərin kəskinləşməyə doğru getməsi və bunun fonunda Qarabağ münaqişəsinin erməni cəmiyyətini daha sürətlə parçalamasıdır. Aydındır ki, münaqişə həllini tapmasa, erməni cəmiyyətinin çöküşü daha sürətli xarakter alacaq və bu, işğalçı ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onun zəif mövqedə olmasını şərtləndirəcək. Bütün bunlardan yeganə xilas yolu isə münaqişə ətrafında Azərbaycanla razılığa getməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ