şənbə günü, 07 noyabr 2026
     

Türkiyə - Rusiya S-400-lər anlaşması Cənubi Qafqazda Azərbaycanın da mövqeyini gücləndirir...

Image


Qardaş Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almağa başlaması Cənubi Qafqaza da təsirsiz ötüşməyərək, artıq burada yeni geosiyasi reallıq yaradır. Belə görünür ki, qarşıdakı dövr ərzində yeni geosiyasi reallığa uyğun olaraq Türkiyənin Rusiya vasitəsilə bu regionda mövqeləri əhəmiyyətli dərəcədə güclənəcək. Belə vəziyyət, öz növbəsində, Azərbaycanın maraqlarına cavab verir.

Ümumiyyətlə, qarşıdakı dövr ərzində regionda Azərbaycan-Türkiyə-Rusiya üçbucağında münasibətlərin əhəmiyyətli dərəcədə güclənməsi, bu dövlətlərin regionun əsas güc mərkəzi olması gözlənir. Hazırda Qərb tərəfindən sıxışdırılan Türkiyə indi Rusiya ilə bütün istiqamətlərdə daha sıx münasibətlər qurur. Bu münasibətlərin əhatə etdiyi əsas zonalardan biri də məhz Qafqazdır. PROSESLƏR göstərir ki, indi Rusiya-Türkiyə münasibətləri tam yeni mərhələyə qədəm qoyur. Belə vəziyyətdə alınan  S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artırır. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlamağı düşünür. Hadisələrin bu səpkidə inkişafı artıq ABŞ-da ciddi narazılıq yaradıb. "Euronews" telekanalı bildirir ki, Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün rəsmi Ankaraya qarşı sanksiyalar paketi hazırlayıb. ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağı gözlənilir. Birləşmiş Ştatlar Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümü ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqini bir qədər ertələyib. Belə ki, rəsmi Vaşinqton sanksiyaların bu hadisə ilə assosiasiya olunmasından ehtiyatlanır. 

Xatırladaq ki, ötən ay "Bloomberg" nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ prezidenti Donald Trampın Administrasiyası Türkiyənin S-400 komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir. Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi Türkiyə iqtisadiyyatını tamamilə silkələməyə hesablanıb. Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almasını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Amma Ankara, sanksiyalara rəğmən, geri çəkilməyi düşünmür. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyənin bu raketləri almasının səbəbini ölkəsinin təhlükəsizliyi ilə əlaqələndirib: “Rusiyadan 2020-ci ilə qədər bu raketlərin tədarükü davam edəcək. Bu raketlər ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. Biz ölkəmzin təhlükəsizliyini təminat altına almaq istəyirik. Bu tarixi anlaşmadır. Biz Rusiya ilə S-500-lərin ortaq istehsalı üçün addım atmağa hazırlaşırıq. Biz dürüst tacirik. Gərəkən addımı vaxtında ABŞ atmalı idi, alternativ variant irəli sürməli idi”. Ərdoğan F-35-lərlə bağlı yaranacaq problemə də toxunub.

Bildirib ki, ABŞ-ın hazırkı addımları strateji ortaqlığa və dostluğa yaraşan deyil: “İndi bizi sanksiya ilə hədələyirlər. Digər yandan da, Avropa İttifaqı Aralıq dənizindəki fəaliyyətimizlə bağlı bəyanat yayır, bizi sanksiya ilə hədələyir. Bunların çoxu blefdir, qulaq asmamaq lazımdır”.

Hazırda ABŞ-da daha çox Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışır. Hətta ABŞ-da senatorların bir qrupu prezident Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb: “Biz prezident Trampı “ABŞ-a tərəfdaş olmayanlara qarşı sanksiyalar haqqında” qanuna əsasən sanksiya tətbiq etməyə çağırırıq. Bundan əlavə, F-35-lərlə bağlı proqramı qeyri-müəyyən vaxta qədər dayandıran Türkiyənin ümumiyyətlə bu proqramdan çıxarılmasını tələb edirik”. Sözügedən sənədə Respublikaçıların silahlı güc komitəsinin rəhbəri Cim İnxof, Demokratlar komitəsinin rəhbəri Cek Rid, Respublikaçılar və Demokratların beynəlxalq əlaqələr komitəsinin rəhbərləri Cim Riş və Bon Menendes imza atıb.

 

 

 

Lakin bunlara rəğmən,  Ankara da geri çəkilmir. Politoloqlar bildirir ki, Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Çünki Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya, istər-istəməz, Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayacaq. Məhz belə vəziyyət Azərbaycanın regionda maraqlarına tam cavab verir.

Eləcə də ABŞ tərəfindən sıxışdırılan Türkiyə Rusiya ilə iqtisadi və digər müstəvilərdə də yaxınlaşacaq. Bu amil də Azərbaycanın lehinə işləyən məqamlardan sayılır. Çünki Türkiyə-Rusiya iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcək və bu prosesdə yaxından iştirak edəcək ölkələrdən biri də məhz Azərbaycan hesab olunur. Bu fonda xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı kimi geosiyasi dinamikada xüsusi yer tutan dövlətdir. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-İran-Rusiya və digər əməkdaşlıq formatlarını xatırlamaq kifayətdir. Digər tərəfdən, qlobal və regional miqyasda baş verən geosiyasi proseslər bir daha təsdiq edir ki, Avrasiyanın geosiyasi taleyi ilk növbədə Rusiya və müstəqil türk dövlətləri arasında olan münasibətlərdən xeyli dərəcədə asılıdır. Bunu Rusiyada indi açıq etiraf edirlər. Bütün bunlar Azərbaycan-Türkiyə-Rusiya geosiyasi üçbucağının artıq bir zərurət olaraq meydana gəldiyini və tərəflərin hamısı üçün sərfəli olduğunu bir daha sübut edir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ