şənbə günü, 14 noyabr 2026
     

Prezidentlə görüşdə iştirak etməmiş şəhid ailələrinin reaksiyaları…

Image


Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bəllidir ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev şəhid ailələrinin sosial problemləri ilə şəxsən maraqlanır. Bəllidir ki, bu günə qədər Vətən uğrunda şəhid olmuş şəxslərinə ailələrinə mənzil, avtomobil və maddi yardım kimi pul verilib. Məlumat üçün qeyd edək ki, bu günə qədər şəhid ailələri üçün 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.

Bununla yanaşı, Prezident İlham Əliyev şəxsən şəhid ailələri ilə görüşür, onlara daim dəstək olacağını bildirir. Şəhid ailələri də Prezidentin onlara göstərdiyi diqqəti qiymətləndirir.

Şəhid hərbi qulluqçuların yaxınları dövlətin və dövlət başçısının onlara göstərdiyi qayğı ilə bağlı fikirlərini “Bakı-Xəbər”ə bölüşdülər.

Qarabağ müharibəsində qardaşı Vilayət Kazımovu itirən Xalidə xanım bizimlə söhbətində qeyd etdi ki, Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı sözlə ifadə olunası deyil: “Birdəfəlik yardımı almışıq. Düzdür, o pul mənim qardaşımı geri qaytarmayacaq. Ancaq qardaşımın ailəsinə dövlət tərəfindən qiymət verilməsi bir bacı olaraq məni qürurlandırır. Azərbaycan şəhidi unudulmur və onlar hər zaman xatırlanır”.

Quba rayonundan olan Xəzər İsgəndərov Füzulidə gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olub. X.İsgəndərovun ailə üzvü Xəyalə xanım bizimlə söhbətində qeyd etdi ki, ailə şəhid ailələrinə verilən birdəfəlik müavinəti alıb: "Həmin prosesdə də heç bir problemlə qarşılaşmamışam. İnanıram ki, dövlətimiz və Prezidentimiz bu günə kimi necə diqqətdə saxlayıbsa, bu münasibət eyni qaydada qalacaq”.

Xəyalə xanım onu da vurğuladı ki, Quba rayonundan olan bir qrup şəhid ailəsi Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktub hərbi qulluqçuların vərəsələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunması ilə bağlı idi: “Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Prezidentin şəhid ailələrinə böyük qayğısından irəli gəlir”.

Şəhid Azər Zeynalovun atası Ələddin Zeynalov bizimlə söhbətində qeyd etdi ki, Prezident şəhid ailələrinə daim diqqət və qayğı göstərir və şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman hiss edirlər: “Şəhid ailəsi olaraq bizə istənilən yerdə hörmət qoyulur. Bu o deməkdir ki, ölkəmizdə şəhidə hörmət qoyulur, onun ailə üzvləri dövlətin qayğısını hər sahədə hiss edirlər. Məlumdur ki, şəhid varislərinə birdəfəlik ödəmə verilir. 11 min manat birdəfəlik ödəmə sosial sıxıntılarımızın aradan qalxmasına gətirib çıxaracaq. Bu məbləğ maddi şəraitimizin yaxşılaşmasına az da olsa səbəb olacaq. Bununla yanaşı, hərbi qulluqçuların varislərinə mənzil verilir. Dövlətin qayğısını tək maddi yardımla deyil, eyni zamanda mənəvi də hiss edirik”.

 

Prezidentlə görüşdə iştirak edən şəhid ailələri

 

Yanvarın 28-də şəhid ailələrinin dövlət başçısı ilə görüşündə iştirak edən Xumar Nəbiyeva Qarabağ döyüşləri zamanı həyat yoldaşı Adil Nəbiyevi itirib. X.Nəbiyeva bizimlə söhbətində qeyd etdi ki, onun həyat yoldaşı Murovdağ əməliyyatı zamanı şəhid olub.

Onun sözlərinə görə, dövlət başçısı ilə görüşdə iştirak edib: “Prezident şəhid ailələrinin problemi ilə yaxından maraqlanıb. Cənab Prezident birdəfəlik ödəniş kartını şəxsən mənə də təqdim edib. Şəhid yaxını kimi dövlətin diqqətində olmağımız bizi qürurlandırır. Bu diqqət gənclərin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir edir. Azərbaycan dövləti Vətən yolunda şəhid olmuş şəxslərin ailələrinə yüksək dəyər verir”.

Dövlət başçısı ilə görüşdə iştirak edən Mərziyə Əliyeva bizimlə söhbətində bildirdi ki, həyat yoldaşı Əbülfət Əliyev Xocalı hadisələri zamanı qəhrəmanlıqla həlak olub: “Həyat yoldaşımın ölümündən sonra mərhum Prezident Heydər Əliyev onu “İgidliyə görə” medalı ilə təltif edib. Yoldaşımı itirdikdən sonra hər bir çətinliyimdə dövlətim daim yanımda olub. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Bu qayğını Prezidentlə görüşən zaman bir daha hiss etdim”.

 

 “Qardaşımın nəşini almaqda Heydər Əliyevin xüsusi rolu olub”

 

Sədərək uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Malik Əliyevin bacısı Kamilə xanım qəzetimizə açıqlamasında qeyd etdi ki, qardaşı şəhid olan gündən etibarən dövlətin qayğısını hiss edirlər: “Qardaşım Sədərək döyüşlərində iştirak edib. Malik 1992-ci ildə 18 yaşında olarkən döyüşmək üçün Sədərəyə gedib. May ayında isə Sədərək uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Onun nəşini 10 gün götürə bilmədik. Qardaşımın nəşini ermənilərdən almaqda bizə rəhmətlik Heydər Əliyevlə bərabər Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl də kömək edib. Onların birgə səyi nəticəsində qardaşımın nəşini düşməndən ala bildik. O gündən bəri şəhid ailəsi olaraq dövlətin qayğısını hiss edirik. Səmimi münasibətə görə Prezidentə təşəkkür edirik. Hər kəs bilir ki, ölkə başçısı Vətən yolunda şəhid olmuş şəxslərə, eyni zamanda, onların varislərinə yüksək qiymət verir. Dövlətin şəhid ailələrinə hörmətlə yanaşması bizi sevindirir”.

Bərdə rayonunda yaşayan şəhid bacısı Naibə Behbudova bizimlə söhbətində qeyd etdi ki, qardaşı Səfiyar Qarabağ uğrunda gedən döyüşdə qəhrəmanlıqla şəhid olub. N.Behbudovanın sözlərinə görə, dövlət tərəfindən müharibə əlilləri ilə yanaşı, şəhid ailələrinə xüsusi münasibət bəslənir: “Şəhid varisləri, həmçinin, müharibə zamanı əlil olmuş şəxslərə mənzil, avtomobil verilir. Şəhid ailələri Prezidentin aylıq təqaüdü və müavinətlərlə təmin edilir. Sosial ödənişlərin həcmi mütəmadi artırılır. Bütün bunlar şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar bir daha göstərir ki, ölkədə aparılan sosial siyasətdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılması başlıca hədəflərdən biridir”.

 

“Vətən yolunda şəhid olmuş balalarımızın xatirəsi yüksək ehtiramla anılır”

 

Hərbi qulluqçu Qamət Abbasovun vərəsəsi olan anası Yavər Abbasova dövlət başçısının şəhid ailələrinə göstərdiyi humanist addımı müsbət qiymətləndirdiyini bildirdi: “Oğlum tələbə olarkən, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, Mingəçevir batalyonunda xidmət edib. İntizamlı döyüşçü olan Qamət Abbasov Tərtər rayonunun on kəndinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak edib. O, 20 yaşında olarkən, 1993-cü il fevralın 5-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”.

Şəhid anasının sözlərinə görə, Vətən yolunda şəhid olmuş balalarımızın xatirəsi yüksək ehtiramla anılır, şəhid ailələrinin sosial müdafiəsi daim diqqətdədir: “Bizim də ailəmiz dövlətin yüksək diqqət və qayğısı ilə tam əhatə olunub. Şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması, o cümlədən birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Prezident İlham Əliyevin fərmanını oxuyarkən bir daha inandım ki, bu əvəzsiz qayğının əsl səbəbkarı ölkəmizdə şəhid adını uca tutan, torpaqlarımızın azad olunması üçün gecə-gündüz yorulmaq bilmədən çalısan Prezidentimizdir. Oğlumun xatirəsinin əbədiləşdirilərək adının 284 saylı məktəbə verilməsinə görə dövlətimizin başçısına minnətdaram. Şəhidlərimizin xatirəsinə, onların ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə bütün şəhid anaları adından Prezident İlham Əliyevə təşəkkür edirəm. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək”.

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Emin Əliyevin anası İbadət Əliyeva bildirdi ki, ona da digər şəhid varisləri kimi 11 min manat məbləğində birdəfəlik ödəmə verilib: “Sənədləri hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etdim. Rahatlıqla birdəfəlik müavinəti aldım. Eləcə də şəhid ailəsi olaraq bizə hər ay 200 manat müavinət verilir. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkür edirəm”.

Şəhid anası İ.Əliyeva qeyd etdi ki, oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib: “Öncə Zaqatalada hərbi təlimdə iştirak edib. Buradan oğlumu Ağdərəyə göndəriblər. Sonra isə Ağdam uğrunda döyüşüb. Qəhrəmancasına apardığı mübarizə nəticəsində strateji əhəmiyyətli ərazilər işğaldan azad olunub. Döyüşlərdə fərqləndiyinə görə Eminin komandiri bizə dəfələrlə təşəkkür edib. 1993-cü ilin iyul ayında, 19 yaşında oğlum şəhid oldu. Oğlumun qəhrəmanlığı unudulmur. Bu gün onun xatirəsi Xəzər rayonu 234 nömrəli tam orta məktəbdə əbədiləşib. 234 saylı məktəb şəhid Emin Əliyevin adını daşıyır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ