çərşənbə günü, 11 noyabr 2026
     

“İyul hadisələri bizi Qarabağdan və xarici siyasətdən yayındırmağa hesablanmışdı” - MÜSAHİBƏ

Image


Artıq ölkədə xaos, anarxiya yaratmaq istəyənlərin cəhdi demək olar ki, puça çıxdı. Hazırda bu istiqamətdə ciddi araşdırmalar aparılır və cinayətdə şübhəli bilinənlər, onun bu və ya digər dərəcədə iştirakçıları istintaqa cəlb olunur. Bəs bundan sonra anoloji proseslərin yenidən təkrarlanmaması üçün nələr etmək, hansı addımlar atmaq lazımdır?

Bu və digər suallarla yazıçı-publisist, “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, artıq ölkədə xaos, anarxiya yaratmaq cəhdi iflasa uğradı və cinayətkarlar aşkar edilərək məsuliyyətə cəlb olunur. Proseslərə nəzər yetirdikdə hansı nəticəyə gəlmək olar, Sizcə Gəncə hadisələri nəyə hesablanmışdı?

- Gəncə hadisələri daxili məsələni qabartmaqla ölkədə xaos yaratmaq, terror həyata keçirmək cəhdi ilə bizi Qarabağdan, eyni zamanda beynəlxalq aləmdəki gücümüzdən yayındırmağa hesablanmışdı. Bu 100 faiz belədir. Çünki bu gün Qarabağ məsələsində Azərbaycan dövləti kifayət qədər aktivləşib. Paralel olaraq beynəlxalq aləmdə nüfuzu artıb. Gəncə hadisələri baş verən müddətə qədər cərəyan edən proseslərə diqqət edək. Belə ki, TAP və TANAP-la bağlı mühüm toplantılar keçirildi. Bundan sonra Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmalı idi və məlum olduğu kimi Cənab Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı həmin sənəd də imzalandı. Yəni bütün bunların fonunda daxildə terrora cəhd, xaos yaratmağa yönəlik hərəkətlər etməklə fikrimizi Qarabağdan yayındırmaq, ölkəmizin inkişafını ləngitmək məqsədi daşıyırdı. Sevindirici hal ondan obarətdir ki, buna nail ola bilmədilər.  Artıq bəzi ölkələr də açıq şəkildə bəyan etdilər ki, ölkədə xaos anarxiya yaradılmasına yönəlik cəhdlərdə onların əli yoxdur. Ancaq hamı da bilir ki,  bu planın hansı ölkədə hazırlanmasından asılı olmayaraq həmin ölkənin təhlükəsizlik qurumları ən azı bunun qarşısını ala bilərdilər. İstər şimal, istər cənub qonşularımız olsun, istərsə də Qərb, fərq etməz. Odur ki, düşünürəm ki, bu məsələ Qarabağ problemi ilə bağlı idi. Bildiyiniz kimi Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paraddan sonra sərhəd bölgəsində 20 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər başladı. Buna qədər isə Naxçıvan Muxtar Respublikasında qazandığımız Günnüt zəfəri oldu və gördülər ki, Azərbaycan Qarabağ məsələsində kifayət qədər aktivdir. Ona görə də daxildə terrorizm məsələsini qabartmaq, ona cəhd göstərməklə həm Azərbaycanın Qarabağ məsələsinə atdığı addımlara, nümayiş etdirdiyi aktivliyə  mane olmağa, həm də xarici siyasət sahəsinə bir qədər az diqqət ayrılmasına çalışırdılar. Çox şükürlər olsun ki, bu da baş tutmadı. Digər tərəfdən Azərbaycanda xaos, anarxiya yaratmaq istəyinin arxasında dayanan amillərdən biri də xarici ölkələrdən bura gələn turistlərin axınının çoxalması idi. Belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan sabit, stabil ölkə deyil, burada istənilən vaxt terror aktı həyata keçirilə bilər. Göründüyü kimi bunu da bacarmadılar. Hardasa nəsə etmək istəsələr də, dərhal onun qarşısı alındı. Məsələn, Gəncə hadisələrindən sonra sosial şəbəkələrdə Sumqayıtda xaos, anarxiya yaratmağa yönəlik çağırışlar edildi və onlarla şəxs bu işdə şübhəli bilinərək istintaqa cəlb edildi. Bütün bunları nəzərə alaraq onu deyə bilərik ki, Azərbaycan bu məsələdən kifayət qədər uduşlu çıxdı. Ona görə uduşlu çıxdı ki, bir daha xalq dövlətinin yanında olduğunu sübuta yetirdi. Yəni, xalq istəyir ki, dövlətimiz sabit, stabil şəraitdə kifayət qədər inkişaf etsin. Ola bilsin ki, zaman-zaman hansısa xırda problemlər, iqtisadi məsələlər yarana bilər. Ancaq bütün bunlara baxmayaraq xalq yenə də iqtidara dəstək nümayiş etdirəcək. Necə ki, son Gəncə hadisələri zamanı biz bunun əyani şahidi olduq ki, xalq öz sözünü deyərək dövlətinin, Prezidentinin yanında oldu. Bu çox vacib bir məsələdir. Baş verən hadisələr fonunda ölkəmizdə xaos, anarxiya yaradılmasını istəyən, onun təbliğatını aparan bir sıra saytlar, elektron informasiya vasitələrinin adları da cəmiyyətə məlum oldu. Düzdür, həmin saytlar sabah öz adlarını dəyişib başqa bir ad altında da fəaliyyət göstərə və yenidən Azərbaycana qarşı kampaniya apara bilərlər. Ancaq əsas məsələ ondan ibarətdir ki, baş verən hadisələr fonunda dövlətimiz, öncədən gələn təhlükələri gördü. Hətta ölkədə prezident seçkilərinin keçirilməsi də bir qədər irəli çəkildi və aprel ayında baş tutdu. Bütün bunları etməklə dövlət gözlənilən təhlükə və təhdidlərin qarşısını aldı. Artıq düşmən də başa düşdü ki, Azərbaycanda bu kimi məkrli planların reallaşması mümkün deyil. Eyni zamanda iyulun 3-dən 10-dək hay-həşir salan, insanlar arasında təxribat yaradan saytlar da artıq susublar. Bu susqunluq da o deməkdir ki, artıq məğlub oldular. Susqunluqla məğlubiyyətlərini etiraf etdilər ki, Azərbaycan banan ölkəsi deyil. Yaxud 5 nəfərlə durub hakimiyyəti devirmək, ölkədə xaos, anarxiya yaratmaq mümkün deyil. Artıq Azərbaycan oturuşmuş dövlət psixologiyasına malikdir.

-Gəncə hadisələrinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüssel səfəri ərəfəsinə təsadüf etməsi onu deməyə əsas verirmi ki, Gəncə hadisələrinin bir hədəfi də ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaq idi?

-Birmənalı şəkildə belədir. Təsəvvür edin, artıq borulara qaz yığılır. Paralel olaraq Beynəlxalq Valyuta Fondu elan edir ki, TAP-ın çəkilişi üçün əlavə 500 milyon dollar ayırır. Yəni Azərbaycan stabil tərəfdaşdır və bura investisiya qoymaq olar. Xaos, anarxiya da yaratmaqla Azərbaycanı həmin investisiyadan qaçırtmaq istəyirdilər ki, istər Beynəlxalq Valyuta Fondu, istərsə də digər bu kimi maliyyə qurumları Azərbaycana investisiya yatırmaq barədə düşünməsinlər. Bir başqa məqama diqqət çəkək. Yəni, hər kəs bilirdi ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək və həmin tarixdə də məlum hadisələr törədildi. Yəni bütün bunlar təsadüfi deyildi, uzun müddət üzərində işlənilmilş bir plan idi. Qeyd etdiyim kimi əsas məqsəd də diqqəti daxilə yönəltməklə Azərbaycanı beynəlxalq aləmdən və Qarabağ məsələsində aktiv rol oynamasından təcrid etmək idi.

-Azərbaycan Prezidentinin Brüsseldə Avropa İttifaqı ilə paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənədi imzalaması xarici siyasət baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu rəsmi Bakının həm Rusiya, həm də Qərb, Avropa ilə normal, qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etdiyinin göstəricisi deyilmi?

-Azərbaycan zamanında bəyan edib ki, biz ikitərəfli əməkdaşlığa üstünlük veririk. Bu istər Rusiya olsun. Istər Avropa İttifaqı, istərsə də NATO. Bildiyiniz kimi NATO-nun Şərqə doğru geişlənməsi planı var. Bu əməkdaşlıq da həmin prinsip çərçivəsində həyata keçirilir. Paralel olaraq Rusiya, İran və digər ölkələrlə də əməkdaşlıq ikitərəfli formada inkişaf etdirilir. Məsələn, Birləşmiş Ştatlar uzun illərdir İrana qarşı mübarizə aparır. Lakin Azərbaycan İranla ikitərəfli formada əməkdaşlıq etdiyi üçün cənub qonşumuzla münasibətləri pozmur. Eyni ilə Rusiya ilə bunu deyə bilərik. Digər ölkələr də bunu normal qarşılayır. Əgər Azərbaycanın bu mövqeyi normal qarşılanmasaydı, TAP, TANAP və digər layihələrimiz barədə müsbət fikirdə olmazdılar, bu qədər rezonans doğurmazdı. Bəlkə də TAP və TANAP-ın bu qədər rezonans doğurması kimlərinsə xoşuna gəlməyib ki, bu hadisələri törədiblər. İnsanlar başa düşmürlər ki, bu hadisələri 5-10 nəfərlə həyata keçirmək olmur. Təbii ki, təzyiq vasitəsidir. Onu da deyim ki, heç bir siyasi müxalifət onlara dəstək vermədi. Hansı ki, bəzi siyasi müxalifətin belə bir hadisənin baş verməsi ürəyincə idi. Ancaq heç səsləri də çıxmadı. Görünür hadisələrin inkişafını gözləyirdilər.

-Maraqlıdır ki, onlar tərəfindən Gəncə hadisələrini pisləyən bəyanat da verilmədi

-Və təqdir edilən bəyanat da verilmədi. Ancaq ayrı-ayrı siyasi fərdlər ayrı-ayrı adamlar adı altında mesajlar verirdilər ki,  fəal olun. Ancaq cinayətin qarşısı alındıqdan sonra onlar da susdular.

-Yunus bəy, sizcə bundan sonra nə etmək və hansı addımları atmaq lazımdır?

-Düşünürəm ki, bundan sonra ölkənin güc strukturları tərəfindən araşdırmaları gücləndirmək lazımdır. Xaricdə müxtəlif adlar altında Azərbaycana qarşı fəaliyyət göstərən saytlar barədə isə Xarici İşlər Nazirliyi araşdırma aparmalıdır. Məsələn, bu gün biz hansısa bir Avropa ölkəsi barədə yazsaq ki, dağılmalıdır, orada terror törədilməlidir, dərhal həmin ölkə saytımızda gedən həmin materiala görə Azərbaycana nota verər. Azərbaycan Xarici İşlər Nazirliyi də bu işi görməlidir. Daxildə isə ölkənin güc strukturları, Azərbaycan Mətbuat Şurası və digər müvafiq qurumlar araşdırma aparmalıdır ki, hansı sayt və ya elektron media vasitəsi terrora, insanların kütləvi qırğınına, məmurlara qarşı silahlı hücuma yönəlik çağırışlar edir. Mütləq onları araşdırıb tapmaq və ölçü götürmək lazımdır. Bir məsələyə də diqqət çəkmək istərdim. Düşünürəm ki, biz dövlət, hökumət olaraq həbsxanalarla çox zəif işləyirik. Faktiki olaraq həbsxanalarda həmin təbliğat gedir. Deməli Penitensiar Sistemdə boşluq var. İnsanları törətdikləri cinayətə görə məsuliyyətə cəlb edib həbsxanaya atmaqla iş bitmir.  Cinayətkar həbsxanada islah olunmalıdır. Terror cəhdi edən birini həbsxanaya salırlar, o da gedib həbsxanada daha 4-5 nəfəri öz ətrafına cəlb edir, orada təbliğat aparır. Deməli artıq o, islah olunmalıdır. Düşünürəm ki, toyuq və ya dana oğrusu ilə terror aktına cəhd edən birini eyni  həbsxanaya, hücrəyə salmaq olmaz. Ona görə də həbsxanalarda ciddi islahat aparmaq lazımdır. Həbsxanadan çıxan şəxs yenidən terrora əl atırsa, deməli o islah olunmayıb. Əyani şahidi olduq ki, Gəncə hadisələrində iştirakçı olan və hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilənlərdən biri məhz vaxtı ilə həbsxana həyatı yaşayıb. Məgər, o həbsxanada islah olunmuşdu? Əlbəttə ki, yox. Deməli həbsxanalarda ciddi islah işləri aparmaq lazımdır.

Süleyman



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ