çərşənbə günü, 11 noyabr 2026
     

Mətbuat Şurası terrorla mübarizədə mediamızın rolu ilə bağlı mühüm çağırışlar etdi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, enerji böhranı və Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı terrorla başlamış iğtişaşlar ölkənin gündəmində olan başlıca mövzulardandır. Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri, bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. “Eyni zamanda biz aşkar təfriqəçilik meyllərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Proses Mingəçevirdəki qəza ilə başladı. Təbii ki, ölkəni bürüyən enerji böhranı insanlarda narahatlıq doğurdu. Hər kəs buna görə cavabdehlik daşıyan şəxslər barədə ölçü götürülməsini tələb etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev məsələyə kifayət qədər sərt mövqeyini açıqladı. Biz onu da gördük ki, kimlərsə enerji böhranı ilə bağlı guya hakimiyyətin fəaliyyətsizliyi görüntüsünü formalaşdırmaqla geniş etirazlar yaratmağa cəhd göstərir. Eyni xoşagəlməz tendensiya özünü Gəncə hadisələrinə münasibətdə bir qədər də qabarıq tərzdə göstərdi. İcra başçısı cənab Elmar Vəliyevə sui-qəsddən sonra bəzi sosial şəbəkə profilləri və internet saytlar terroru az qala haqq işi kimi təqdim edərək iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnmiş iğtişaşların, bir növ, anonsunu verdilər. Sumqayıtda da Gəncə terrorunun törədiləcəyinə dair çağırışları gördük. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Hesab edirəm ki, bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycan mediası olaraq qarşımızda hansı vəzifələr dayanır? Nəyə daha çox diqqət yetirməliyik? İstərdim ki, bugünkü toplantımızda bu məqamları birlikdə müzakirəyə çıxaraq”, - deyən Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən antimilli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir. MŞ sədri onu da bildirib ki, ölkəmizin adı ilə bağlı olan və dünyanın energetika xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi anti-Azərbaycançı qüvvələri hərəkətə keçirib. Onların Prezident seçkisi ilə bağlı da planları var idi. Ancaq seçkinin vaxtının dəyişdirilməsi bu planları iflasa uğratdı. 11 aprel prezident seçkisində cənab İlham Əliyevin qələbəsi isə oktyabr ayına hazırlanmış “ssenarinin” işə salınması üçün hiddət motivi gətirdi. Gəncə terroruna bu baxımdan da qiymət verən Ə.Amaşov heç bir xarici qüvvənin məkrli siyasətinin Azərbaycanda həyata keçməyəcəyinə əminliyini vurğulayıb. “Azərbaycan gücləndikcə, ona qarşı təhdidlər, o cümlədən informasiya müstəvisindəki təxribatlar atrır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusion quruluşu devirməkdir. Hesab edirəm ki, media ictimaiyyəti olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlar daha da aktivləşiblər. Mövcud xüsusda sosial şəbəkələrdə yayılmış fikirlərə toxunan deputat vurğulayıb ki, bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır. Ciddi media vasitələri ehtiyatı əldən vermirlər. Ümumən ölkə mediası son hadisələrin doğurduğu sınaqdan üzüağ çıxmağı bacarıb.

Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyini və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdiklərini vurğulayan MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas onu da bildirib ki, cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müvafiq dövlət qurumları da iştirak edirlər. İkincilərin iş operativliyinin güclənməsinə ehtiyac duyulmaqdadır.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar oldu. Bu sayaq məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəldib. Bu baxımdan məsuliyyət hissinin artırılmasının zəruriliyini əsaslandırıb.

Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdiklərini önə çəkən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxışında, həmçinin, dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə də toxunub. O bildirib ki, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac var. Bu yolla ikincilər hər hansı hadisənin gerçək motivləri ilə əlaqədar məlumatlandırıla bilərlər. Belə praktika ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməsin, konkret hadisə və prosesin təhlili imkanını qazansın, cəmiyyət düzgün yönləndirilsin. Gəncə hadisələri ilə bağlı mediada yer alan müxtəlif tendensiyalara da diqqət yetirən V.Mahirqızı dindar-dövlət qarşıdurması kimi təqdimatların zərərli tərəflərini qabardıb.

“Strateq.az” saytının rəhbəri Elxan Şükürlü çıxışında Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək məsələ ilə əlaqədar rəsmi informasiya boşluğunun yarandığını deyib. O, hadisə ətrafındakı yanlış fikirlərin dövriyyəyə məhz bu zaman kəsiyində daxil olduğunu xatırladıb. Belə halların yaşanmaması üçün informasiya təminatındakı bütün tərəflərin öz işlərinə məsuliyyətlə yanaşmalarının mühüm əhəmiyyət daşıdığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, istər Gəncə hadisələri, istərsə də Mingəçevirdəki qəza ilə bağlı yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə olunduğundan, onlara qarşı mübarizədə diplomatik metod və vasitələrdən də geniş istifadə olunmalıdır. Zəruri hallarda prosesə xaricdəki nümayəndəliklər də cəlb edilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Teleqraf  Holdinq”in rəhbəri Aynur Camalqızı media orqanları ilə dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsinin zəruriliyinə diqqət yetirərək vurğulayıb ki, vacib hadisə və proseslər zamanı informasiya boşluğu yaranırsa, ayrı-ayrı sosial şəbəkə profillərinin fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə təklif edib ki, dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə yaranmış informasiya boşluğunun qarşısının alınması üçün KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir. Bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı alına bilər.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət fövqəladə hallar zamanı operativ qərargahın yaradılmasının və bu işə media orqanlarının da cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını əsaslandırıb.

Media orqanlarının son hadisələr zamanı ümumən kifayət qədər peşəkar mövqe ortaya qoyduqlarını vurğulayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqəti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundan irəli gələn tələblərə çəkib və bildirib ki, ölkə qanunvericiliyində dövlət əleyhinə çağırışlar edən elektron media vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret müddəalara istinad edilməsi də mütləqdir.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mövcud tendensiyanın xarakterik xüsusiyyətlərindən söz açıb və belə hallara qarşı media müstəvisindəki mübarizənin vacibliyini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov bildirib ki, ektremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrində olması mütləqdir və bu istiqamətdə zəruri addımlar atılmalıdır.

Çıxış edənlərdən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” İnformasiya Agentliyinin və “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz, “Yenicaq.az” saytının baş redaktoru Aqil Ələsgər, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkərək, mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu da vurğulayıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ