çərşənbə günü, 11 noyabr 2026
     

Avroittifaq və NATO Azərbaycandakı tolerant mühitdən məmnunluğunu xüsusi nümayiş etdirdi...

Image


Aydın Xan Əbilov: “Hesab edirəm ki, Azərbaycan Prezidentinin belə isti qarşılanmasının, bu cür mötəbər qurumlar tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyünün tanınmasının kökündə ölkəmizdəki mövcud tolerantlıq, multikulturalizm faktoru dayanır”
Rafiq Kaşanlı: “Prezident İlham Əliyevin qazandığı zəfərin kökündə duran amillərdən biri də  ölkəmizdə sağlam multikulturalizm, tolerantlıq mühitinin olmasıdır”

 

Gizlin deyil ki, bu gün beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu günü-gündən artır. Sevindirici haldır ki, ölkəmizə qarşı soyuq münasibət göstərən bəzi beynəlxalq qurumlar artıq öz mövqeyini dəyişir və Azərbaycanın haqq işinə dəstək verirlər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO üzvü dövlətlərinin Brüsseldə keçirilən zirvə toplantısında iştirak edib. NATO və Avropa Birliyi tərəfindən Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edilib. Qeyd edək ki, Ermənistandan və onun rəsmi təmsilçisindən fərqli olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Azərbaycana xüsusi münasibət bəslənib. Avropa Birliyinin və NATO-nun Azərbaycana isti, səmimi münasibət bəsləməsi, Prezident İlham Əliyevin tədbir çərçivəsində səmərəli görüşlər keçirməsi, ölkəmizə böyük siyasi zəfərlə dönməsi təqdirəlayiq haldır.

NATO və Avropa Birliyinin Azərbaycana, Prezident İlham Əliyevə isti münasibət göstərməsində, xüsusi münasibət sərgiləməsində ölkəmizdəki dinlərarası, mədəniyyətlərarası tolerantlıq, multikulturalizm mühitinin rolunun olduğu da danılmazdır.

Kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində hökm sürən multikulturalizm, çoxmədəniyyətlilik, bütün xalqların və dinlərin nümayəndələrinin dözümlülük şəraitində dinc və əminamanlıq mühitində yaşaması düsturunun müəllifi dahi şəxsiyyət Heydər Əliyevdir. Heydər Əliyevin yolunu davam etdirən ölkə başçısı İlham Əliyevin bu gün mövcud sahədə həyata keçirdiyi siyasət dünyanın bütün mütərəqqi qüvvələri tərəfindən müsbət qarşılanır.

Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin azad və firavan şəkildə yaşadığını və ölkəmizin bir sıra dünya ölkələrinə nümunə olduğunu deyən A.X.Əbilovun sözlərinə görə, ölkə başçısının NATO və Avropa Birliyi rəsmiləri tərəfindən isti, səmimi qarşılanmasının kökündə həm ölkəmizdəki sabitlik, sülh və əminamanlıq faktoru, həm də mədəniyyətlər, dinlər arasındakı tolerant münasibət durur. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünyada nüfuzlu bir dövlət xadimi kimi qəbul edilir. İndiyə qədər Prezdentimizin keçirdiyi bütün rəsmi görüşlər, apardığı danışıqlar Azərbaycana müsbət dividendlər qazandırıb, ölkəmizi dünyada tanıdıb, nüfuz sahibi edib. İlham Əliyevin uzaqgörən və məqsədyönlü fəaliyyəti sayəsində bu gün beynəlxalq qurumların bir çoxunun ölkəmizə münasibəti istiləşməyə başlayır. Bu gün beynəlxalq qurumlar özləri anlayırlar ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir, o yalnız iqtisadiyyatına və təbii resurslarına görə deyil, həm də multikulturalizm, tolerantlıq  kimi bəşəriyyət üçün böyük dəyərə malik sərvətə sahib olduğu səbəbindən güclüdür. Son illər Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar beynəlxalq tədbirlər ölkəmizdən bütün dünyaya sülh, əminamanlıq şöləsi kimi yayılıb. Azərbaycan bütün dünyada tolerantlığın, müxtəlif xalqların və mədəniyyətlərin bir-birinə mane olmadan, bir-birinə dayaq olaraq yaşadığı bir diyardır. Azərbaycan dövləti şəffaf, aydın siyasət aparır və açıq şəkildə dünyaya bəyan edir ki, dünyanın xilas açarı sülh, əminamanlıq, mədəni, dini, milli dözümlülükdədir. Azərbaycan dövləti beynəlxalq aləmdə artıq özünü nümunəvi bir ölkə kimi tanıdır. Beynəlxalq qurumların əməkdaşları ölkəmizə gələrkən buradakı multikulturalizmi, millətlər, dinlərarası müsbət münasibətləri, əlaqələri gözləri ilə görürlər. Azərbaycan Respublikası Prezidentinin NATO və Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsinə nail olması xalqımıza, dövlətimizə zəfər qazandırdı. Ölkə başçısı respublikamızda tolerant mühitin formalaşması sahəsində böyük addımlar atıb. Ölkəmizdə bu artıq dövlət siyasətinə çevrilib. Təbii ki, bu da nə NATO-nun, nə də Avropa Birliyinin diqqətindən yayınır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan Prezidentinin belə isti qarşılanmasının, mötəbər qurumlar tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyünün tanınmasının kökündə ölkəmizdəki mövcud tolerantlıq, multikulturalizm faktoru dayanır” - deyə A.X.Əbilov bildirdi.

Ermənistanın baş naziri N.Paşinyanın sözügedən qurumlar tərəfindən soyuq qarşılanmasına gəlincə, A.X.Əbilov qeyd etdi ki, bu gün Ermənistan və onun siyasi liderləri həm Cənubi Qafqaz, həm də dünya üçün tolerantlığın, multikulturalizmin düşmənləri kimi qəbul edilir. Müasir Ermənistanın təkdinli və təkmillətli bir respublika olduğunu deyən A.X.Əbilovun sözlərinə görə, bu məqam isə nə NATO-nun, nə Avropa Birliyinin, nə də digər beynəlxalq qurumların xoşuna gəlir.  

Mədəniyyətşünas Rafiq Kaşanlı da bizimlə söhbətində bildirdi ki, ölkə başçısının dövlətimiz adına qazandığı siyasi zəfərin kökündə duran amillərdən biri respublikamızdakı tolerant, multikultural mühitin mövcudluğudur: “Azərbaycan dünyada çox müsbət qəbul edilir. Son illər ölkəmiz multikulturalizmin, tolerantlığın mövcud olduğu nümunəvi bir dövlət kimi tanınır. Bunu biz demirik, bu sözlər beynəlxalq tribunalardan səsləndirilir. Bura gələn alimlər, siyasətçilər ölkəmizdəki millətlərarası, dinlərarası münasibətlərin başqa dövlətlər üçün nümunə olduğunu deyirlər. Prezident İlham Əliyevin qazandığı zəfərin kökündə duran amillərdən biri də ölkəmizdə sağlam multikulturalizm, tolerantlıq mühitinin olmasıdır”.

Namiq QULİYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ