çərşənbə günü, 11 noyabr 2026
     

“Danışıqlarda İlham Əliyevin qabağına kimi çıxarmaq” müzakirələri Ermənistanda getdikcə rəsmiləşir

Image


Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlamalar İrəvanın hələ də konfliktin dinc yolla həllindən qaçdığını göstərir. Amma burada maraqlı məqam odur ki, İrəvan Bakının ondan dəfələrlə güclü olduğunu bildiyi halda, belə məntiqə zidd addımlar atır. Bəzi erməni ekspertlər isə baş verənləri Ermənistanın yeni hakimiyyətinin diplomatik naşılığı ilə izah edir. Hətta iş o yerə çatıb ki, burada Azərbaycan tərəfi ilə Qarabağ danışıqları aparmağa layiqli diplomatın olmadığına dair fikirlər səslənir.

İndi iş o yerə çatıb ki, yeni iqtidar Qarabağ danışıqlarına bu durumda keçmiş prezident Serj Sarkisyanın cəlbini belə istsina etmir. Özü də o şəraitdə ki, Serj Sarkisyana və komandasına qarşı sərt mübarizə aparılır. Buna rəğmən, Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda Serj Sarkisyanın iştirakını istisna etmir: “Təəssüf ki, Ermənistanda Qarabağ danışıqlar prosesi üzrə dolğun məlumata malik çox adam yoxdur. Ola bilsin, gün gələcək ki, Serj Sarkisyan bu məsələ üzrə xüsusi elçi olacaq. Dövlət maraqlarının olduğu məsələlərdə hər hansı şəxsin iştirakı istisna edilmir. Ermənistanı danışıqlarda kimin təmsil edəcəyi məsələsi öz həllini tapacaq, qeyd etdiyim kimi, hətta lazım olacaqsa, Serj Sarkisyan bu işi aparacaq. Məsələ dövlətin maraqlarıdır və Serj Sarkisyanın danışıqlar aparması ilə bağlı razılıq olacaqsa, o zaman bu mümkün ola bilər”. Onun sözlərinə görə, keçmiş diplomat anlayışı yoxdur: “Bir aydan, bir ildən və beş ildən sonra nə olacağını heç kim bilmir. Vəziyyət elə dəyişə bilər ki, bu insanların biliyindən, təcrübəsindən istifadə zərurəti yaranar. Bu qapını heç vaxt bağlamaq olmaz”.

Ümumiyyətlə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqlarını kimin aparacağı məsələsi üzərində müzakirələr getdikcə daha intensiv xarakter alır. Burada Azərbaycan lideri ilə danışıqlar apara biləcək gücə malik şəxsin olmaması məsələsi də əsas problemdir. Çünki opponentləri, hətta yeni hakimiyyətdə təmsil olunanların bir qrupu hesab edir ki, təcrübəsiz Nikol Paşinyan manevr imkanları geniş olan və diplomatik gedişləri ilə seçilən Əliyevlə danışıqlar apara bilməyəcək. Hesab edilir ki, Serj Sarkisyanı məsələyə cəlb etmək mümkün olmasa, Ermənistanın prezidenti Armen Sarkisyan məsələyə müdaxilə etməlidir. Amma burada problem sonuncunun məhdud səlahiyyətlərə malik olmasıdır. Bununla yanaşı qeyd edilir ki, o, uzun illər Avropada səfir olaraq çalışıb və səfir postundan gələn şəxsin ölkənin adından danışıqlara qoşulması risqli addımdır. Fransada yaşayan erməni politoloq Kays Minasyan bildirib ki, İlham Əliyevlə kimin danışıqlar aparacağı əhəmiyyətli məsələdir: “Serj Sarkisyanın Ermənistanın adından elçi kimi iştirak etməsi çətin görünür, çünki o, danışıqlar prosesinə yaxşı bələd olsa da, “məxməri inqilab”la devrilmiş şəxsdir. Burada iki əhəmiyyətli məsələ var: birincisi, yeni hakimiyyət bütün məsuliyyəti öz üzərinə götürməlidir, lakin bu da çətin görünür, çünki hazırkı hökumət müvəqqətidir; ikincisi, növbədənkənar seçkilərə qədər sülhün qorunması və danışıqların davamı üçün hər şeyi etməkdir”. Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev də bildirir ki, Paşinyanın Azərbaycanla Qarabağ danışıqlarını aparması qəliz məsələdir. O bildirir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir: “İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Hər halda o, diplomatiya sahəsində naşı təsir bağışlayır və Bakı da bunu görür”. Rusiyalı ekspertin fikrincə, Paşinyan Serj Sarkisyanın qərar vermədiyi müəyyən addımları atmağa qadirdir və bu hal İrəvanı daha pis durumda qoya bilər. O da qeyd edilir ki, İrəvan diplomatiya sahəsində yanlış gedişlər etməklə savaşı da tətikləyə bilər.

Ermənistanda hesab edilir ki, Bakının diplomatik üstünlüklərini göstərən daha bir məqam bu ölkənin artıq Avropa ölkələrindən də müasir silahlar ala bilməsidir. Bu fonda qeyd edək ki,  26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub. Belə ki, DANA Çexiya istehsalıdır və Azərbaycan bu artilleriya silahını 2017-ci ildə alıb. Təlimlərdən sonra bu artilleriya qurğuları hərbi paradda nümayiş olundu. İyunun 27-də isə Çexiyadakı erməni diasporu Praqa şəhərində Azərbaycana silah satışına qarşı aksiya keçirib. Amma bu heç nəyi dəyişmir. Elə bu da İrəvanın Bakıya növbəti ditplomatik məğlubiyyəti sayılır.
Ermənistanı narahat edən digər məqam Çexiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdirməsidir. Məlumatlara görə, Çexiya Azərbaycana, artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır. Çexiyadan və Slovakiyadan biznesmenlər Azərbaycana daşınabilən raket quraşdırmalarının, özüyeriyən artilleriyanın və yaylım atəşinin reaktiv sistemlərinin böyük partiyasını satmağa hazırlaşır. Erməni şərhçi Tevos Arşakyan isə bu məsələdə Çexiyanı yox, İsraili ittiham edib. Onun iddialarına görə, silahları Azərbaycana Çexiya yox, İsrail verib: “Silahların yükləndiyi təyyarə Bratislava şəhərindən İsrailə uçdu və İsrailin hərbi aerodromlarından birinə endi, lakin bir neçə saat sonra həmin təyyarə havaya qalxdı və Azərbaycana doğru uçdu. Ermənistan bunların qarşısını almaqda acizdir. Azərbaycan diplomatiyası güclü gedişlər edir”.
Bu iddialar Azərbaycanın hərbi diplomatiyasının gücünü göstərir. Çünki Avropa İttifaqı münaqişə edən tərəflərə silah satılmasını qadağan edir, lakin Bakı arsenalına daxil etmək istədiyi silahı heç bir qanunu pozmadan əldə edə bilir. Əslində Ermənistanı dəhşətə salan amil məhz budur. Arşakyan isə əlacsızlıqdan təklif edir ki, ermənilər İsrailə qarşı İranla, Fələstinlə, həmçinin, bir neçə ərəb ölkəsi ilə birləşməlidir.

Bu arada o da məlumdur ki, Avropanın hərbi texnika və silah istehsalı ilə məşğul olan ən iri konserni olan Almaniyanın “Rheinmetall” şirkəti də Azərbaycanla müqavilə imzalamaq niyyətindədir.  Düsseldorfda mənzillənmiş şirkət bu barədə rəsmi məlumat da yayıb: “Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”. Bildirilir ki, Almaniya Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur silah embarqosu tətbiq edib. “Rheinmetall”  isə bildirir ki, Azərbaycanla istənilən sövdələşmə silah təchizatına qoyulmuş embarqoya və ya ixrac nəzarətinə mane olmayacaq. “Rheinmetall”   korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Leopard” tankları da bu şirkət tərəfindən istehsal olunur.

Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirmə siyasəti yürüdür və sərt silah embarqosuna baxmayaraq, son illər bəzi Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Hazırda  Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu.

İndi isə Almaniyanın və Avropanın ən iri hərbi şirkətinin Azərbaycana silah və hərbi texnika satmaq perspektivi İrəvanda ciddi təşviş yaradıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, “Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan Bundestaqın diqqətini bu məsələyə çəkəcəyini deyib. Lakin bunların əhəmiyyətsiz olduğunu özü də bilir. Eyni zamanda bu durum Azərbaycanın hərbi diplomatik üstünlüyünün real təsdiqi qismində çıxış edir. Erməni tərəfi bildirir ki, Paşinyanın gedişləri Moskvanın da dəstəyinin azalmasına səbəb olub və bu, Bakının daha bir uğuru sayıla bilər. Konkret nümunə qismində isə  Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bir müddət öncə Bakıda verdiyi açıqlamalar göstərilir. O burada demişdi: “Dağlıq Qarabağ münaqişəsi bizi narahat etməyə bilməz. Bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətlərin gərginləşməsinin tərəfdarları, xalqların sülh şəraitində yaşamaq istəyini və sözlərini eşitməyənlərin hamısı gərginliyə aparan yolla gedir. Bu yola mane olmaq üçün biz əlimizdən gələn hər şeyi etməliyik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan həmişə düzgün və konstruktiv mövqe sərgiləyib”. Bununla Moskva Qarabağ məsələsində İrəvanın yanlış yolda olduğunu göstərir. Bütün bunlar isə diplomatiya sahəsində Bakının lehinə işləyən məqamlar sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ