Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın dəstəyilə reallaşa biləcək daha bir vacib qaz kəmərinə yol açılır…

Image


Reallaşmasında Azərbaycanın da xüsusi maraqlı olduğu daha bir layihənin bu gedişlə yaxın tezlikdə həyata keçməsi gözlənir. Söhbət “Transxəzər” boru kəmərindən gedir və onun işə düşməsi Azərbaycanın həm tranzit dövlət kimi mövqelərini gücləndirəcək, həm də ölkəmiz üzərindən Avropaya daha çox qaz nəql olunacaq.

Son məlumatlardan belə bəlli olur ki, kəmərin çəkilişi ilə bağlı proseslər yenidən aktiv fazaya keçib. Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də təsdiq edir. Onun sözlərinə görə, hazırda Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması imkanları müzakirə edilir: “Biz Türkmənistan hökumətinin nümayəndələri ilə dövri olaraq görüşlər keçirir və təmaslar saxlayırıq. Bir neçə il öncə “Transxəzər” boru kəmərinin çəkilməsi ilə əlaqədar Türkmənistan tərəfi ilə danışıqların aparılması üçün Avropa İttifaqı və Avropa Komissiyası bizim nümayəndələrə mandat həvalə edib”.

O qeyd edib ki, bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlara maraq var: "Şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsində bizə dəstək verir. Araşdırıcı danışıqların aparılması və davam etdirilməsi ilə bağlı bu gün Türkmənistanı toplantıda təmsil edən prezidentin müşaviri Yaxşıgəldi Kakayevlə də müzakirə aparılıb və razılığa gəlinib".

Digər tərəfdən o da məlumdur ki, artıq Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan layihələrə maliyyə vəsaiti ayıracaq. Amma burada diqqətin həm də məhz “Transxəzər” kəmərinə yönələcəyi artıq yayılan məlumatlar sırasındadır. Qeyd olunur ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistan təbii qazının Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və “Transxəzər” qaz kəməri layihələrinin həyata keçirilməsi məqsədilə ilk mərhələdə ümumilikdə 1 milyon 871 min avro maliyyə vəsaiti ayıracaq.

Qeyd edək ki, Avropa Komissiyası Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının ümumi maraq layihələri siyahısına daxil etmişdi. Həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq genişləndirilən Cənub Qafqaz Boru Kəməri, qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq TANAP və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Transadriatik” (TAP) boru kəməridir. “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Amma indi görünən odur ki, Avropa türkmən qazının da “Cənub Qaz Dəhlizi” vasitəsilə Qərbə axınının təmin edilməsində xüsusi maraqlı tərəf qismində çıxış edir. Bu vaxta qədər türkmən qazının Azərbaycandan keçməklə Avropaya nəqlini əngəlləyən başlıca məqam Xəzərin hüquqi statusu olub. Amma artıq cari il ərzində bu məsələnin də həllini tapması gözlənir. Yeri gəlmişkən qeyd edək ki, statusla bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti bu ilin ikinci yarısında keçiriləcək. Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov məsələ ilə bağlı bildirib: "Xəzəryanı dövlətlərin sammitinə gəlincə, söhbət Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsindən gedir. Bu, Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İran arasında beştərəfli sənəddir. Ötən ilin dekabr ayında Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında bu Konvensiyanın mətnini ilkin qaydada razılaşdırmışıq, indi texniki işlərdən söhbət gedir".  Onun sözlərinə görə, hazırda bütün tərəflərdən dövlətdaxili prosedurların tamamlanması gözlənir və bundan sonra sammitin keçiriləcəyi dəqiq tarix müəyyən ediləcək: "Amma çox güman, bu prosedurlar olduqca uzun zaman alacaq, bir neçə ay davam edəcək. Buna görə də yəqin ki, sammit bu ilin ikinci yarısında keçiriləcək". Statusla bağlı mövqelərin razılaşdırılması “Transxəzər”in yolunda əsas maneənin aradan qalxması deməkdir. Amma həmin kəmər olmasa belə, artıq məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizlyində böyük rol oynayacaq. Qaz İxrac edən Ölkələr Forumunun “Global Gas Outlook” adlı son hesabatında da bu məqam xüsusi vurğulanır. Bildirilir ki, Azərbaycanda təbii qaz ixracının artım tempi ildə 9,1 faiz təşkil edəcək. 2040-cı ilədək ölkənin qaz ixracı illik 48 milyard kubmetrə çatacaq. O da bildirilir ki, Azərbaycanda təbii qazın istehsal gücü 5,5 faiz artacaq: “Qlobal təbii qaz hasilatının yarıdan bir qədər az hissəsi – 49,3 faizi hazırda MDB ölkələri və Şimali Amerikada, konkret olaraq ABŞ və Rusiyada, eləcə də kiçik həcmdə Kanada, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Azərbaycanda reallaşır”. Forum analitiklərinin fikrincə, ortamüddətli perspektivdə, təxminən dörd il ərzində MDB, Avropa və Asiyada bəzi əhəmiyyətli boru kəməri layihələri fəaliyyət göstərəcək: “Bunlar  “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan  TANAP və TAP, “Şimal axını 2”, Dördüncü xətt Asiya-Çin qaz kəməri, “Türk axını” və “Sibirin gücü” kəmərləridir”. “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyətinin getdikcə artması da xüsusi vurğulanır.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ