Cümə günü, 13 noyabr 2026
     

ABŞ-ın Ermənistana yardımı azaltması və Qarabağda müharibə xəbərdarlığı – bir-birini tamamlayan yeni Qarabağ vəziyyəti…

Image


Sürətlə kəskinləşməkdə olan ABŞ-Rusiya münasibətlərinin təsir göstərəcəyi əsas ölkələrdən biri qismində işğalçı Ermənistan çıxış etməkdədir. Çünki Ermənistan, faktiki olaraq, bölgədə Rusiyanın quberniyası qismində qəbul olunur və bu vəziyyətdə Moskvaya tətbiq edilməsi gözlənilən yeni sanksiyaların İrəvana təsiri də qaçılmaz sayılır. Əslində, bu xüsusda artıq elə ABŞ-ın özü tərəfindən Ermənistana xəbərdarlıq da edilib.

Ekspertlər hesab edir ki, son proseslər fonunda ABŞ tərəfindən Ermənistanın hədəf kimi seçilməsi təsadüfi deyil. Belə ki, bu addımı ilə ABŞ Ermənistanı Rusiyadan qoparmağı, bununla Moskvanın həm də Qafqazda mövqelərinin zəifləməsini istəyir. Ermənistan isə artıq seçim qarşısında qoyulub. Bu ölkə ya Rusiya ilə indiki münasibətlərini davam etdirməli, ya da ABŞ-ın yeni təzyiq və sanksiyaları ilə üzləşməlidir. Elə bu da hazırda Ermənistanda gərgin bir əhval-ruhiyyə yaradıb. Bir daha xatırladaq ki, ABŞ Ermənistana, “qara siyahı”ya salınmış Rusiya şirkətləri ilə sazişlər bağlayacağı təqdirdə, sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib. Ermənistanın “Aykakan Jamanak" qəzeti yazır ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin bəyanatında bildirilib. ABŞ diplomatik missiyasından verilən açıqlamada daha sonra qeyd olunub: “Biz hökuməti və bir sıra ölkələrin özəl şirkətlərini Rusiyanın adı siyahıda olan şirkətləri ilə əhəmiyyətli sazişlər imzalanacağı təqdirdə sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar etdik”. Nəşr qeyd edir ki, kontekstdən ”əhəmiyyətli sazişlər” deyərkən nə nəzərdə tutulduğu aydın olur. Belə ki, ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarqsyan daha əvvəl ölkə parlamentinin qəbul etdiyi Rusiyadan 100 milyon dollar məbləğində silah alınması üzrə bu ölkədən kredit götürülməsi üzrə sazişi ratifikasiya edib. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənir ki, Ermənistan güzəştli kredit hesabına “Msta-S” özüyeriyən haubitsaları, “Solntsepek” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər. Amma ABŞ sanksiyaları vəziyyəti dəyişə bilər. Bu fonda da ABŞ-ın Ermənistandakı səfirliyindən vurğulanıb: ”Digər ölkələrin Rusiyadan hərbi-kəşfiyyat vasitələri alğısını məhdudlaşdıraraq Rusiyanı onarln satışından əldə olunacaq gəlirlərdən məhrum edirik. Çünki bu gəlirlər beynəlxalq mənfi təsir və qeyri-sabitlik kampaniyasının davam etdirilməsi üçün istifadə edilə bilər”. Qeyd edək ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya risqi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, İrəvan üçün problemli vəziyyət yaranacağı halda onlar amerikalı tərəfdaşları ilə danışıqlara başlayacaqlar. Amma bu danışıqların İrəvan üçün nəticəsiz olacağını ermənilər özləri də yaxşı bilir. Yaranmış durumda ABŞ-ın Ermənistana artan təzyiqi isə Dağlıq Qarabağ münaqişəsinin gedişinə də əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer də təsdiq edir. Onun sözlərindən belə bəlli olur ki, ABŞ-ın indiki yanaşması fonunda Ermənistan çətin bir duruma düşüb və belə vəziyyət onun Qarabağ siyasətini indiki şəkildə davam etdirməsini əngəlləyir. Ekspert qeyd edir ki, ABŞ Ermənistanı Rusiyadan silah almaqla bağlı xəbərdar edə bilər, amma ona Rusiyadan silah almağı qadağan edə bilməz. Bununla belə, Pavel Felgenhauer vurğulayır ki, ABŞ-ın Ermənistan üçün zəngin sanksiyalar arsenalı mövcuddur. Onun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsilə təkcə Rusiyanın Suriya və Ukraynada yox, həm də Moskvanın Qarabağ konfliktində qarşısını almaq istəyir. Bu da, əslində, Qarabağda münaqişənin çözümünü tezləşdirə biləcək faktorlardan sayılır. Çünki bu vaxta kimi Ermənistan əsas etibarı ilə Rusiyadan aldığı dəstək sayəsində Qarabağda konfliktin çözümünü uzada bilib. Amma ABŞ-ın ortaya yeni mövqe qoyması oyun qaydalarını tamamilə dəyişir.  Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də xüsusi olaraq vurğulayır. Politoloqun sözlərinə görə, Ermənistanın Rusiya ilə yaxın əlaqələri Amerikanı bezdirib: “ABŞ bundan əvvəl həm Dağlıq Qarabağa, həm də Ermənistana yardım ayırırdı. Ancaq Azərbaycanın etirazından sonra Dağlıq Qarabağa yardımı dayandırdılar. Ermənistana ayrılan maliyyə yardımları isə hər il bir az azaldılır. Gələn il üçün də bu illə müqayisədə daha az yardım nəzərdə tutulub, hərbi yardım isə ümumiyyətlə dayandırılacaq. Bu proses üç il bundan əvvəl başlayıb və indi də davam edir. Ümumiyyətlə, gələcəkdə Ermənistana maliyyə yardımının dayandırılması ehtimalı böyükdür. ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı siyasətində ən təhlükəli ölkə olaraq Ermənistanı görür və İrəvanın Moskva ilə əlaqələrinin bu şəkildə olması Vaşinqtonu qane etmir. Çünki Ermənistan həm forpost, həm də Rusiyanın adi bir quberniyası kimi Kremllə həddindən artıq yaxınlıq nümayiş etdirir. Amerikanın Ermənistandakı səfiri də bəyan edib ki, Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün şirkətlərə sanksiyalar tətbiq ediləcək. Bu açıqlamanın xüsusi mənası ondan ibarətdir ki, ABŞ diplomatik formada Ermənistana xəbərdarlıq edir. Çünki son 10 ildə Rusiya Ermənistana 5 milyard məbləğində pulsuz silah verib. Bunu Amerika kəşfiyyatı yaxşı bilir. Bu nöqteyi-nəzərdən ABŞ, bir növ, Ermənistana üstüörtülü şəkildə Rusiya ilə əlaqələri minimuma endirməyi tövsiyə edir, əks təqdirdə İrəvanın sanksiyalarla üzləşəcəyinə eyham vurur”.

Politoloq qeyd edib ki, Amerikadakı erməni lobbisi də bu məsələdə Ermənistanı ciddi surətdə qınayır: “Ermənistan ABŞ-ın siyahısında cəzalandırılmağa namizəd olan ölkələrdən biridir. Bununla yanaşı, iki ölkə arasındakı münasibətlər də qaydasında deyil və getdikcə pisləşməyə davam edir. Ermənistanın Maliyyə naziri Vardan Aramyan da bildirib ki, ölkəsinə qarşı sanksiyalar risqi mövcuddur. Ancaq İrəvanın başqa yolu yoxdur, Rusiya ilə əlaqələri kəsə bilməz. Onda Ermənistan dağılar, ermənilər isə acından qırılar. Rusiyanın strateji müttəfiqi ABŞ-ın bu xəbərdarlığı qarşısında acizdir və manevretmə imkanı yoxdur. Ona görə də işğalçıya qarşı sanksiyaların tətbiq edilməsi imkanı kifayət qədər realdır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib. ABŞ, büdcə layihəsinə əsasən, Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən 600 min dollar azdır. ABŞ, həmçinin, Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək. Bütün bunlar ABŞ-ın Ermənistana qarışı əslində müəyyən təzyiq rıçaqlarını işə saldığını və bunu daha da gücləndircəyini deməyə verir. Bu durumda erməni mediası cari ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginliyin 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola biləcəyinə dair okeanın o tayından edilən xəbərdarlığı da təsadüfi saymır. Xatırladaq ki, belə bir xəbərdarlığı ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı dilə gətirib. O, 2018-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsinin tamamilə gözlənilən olduğunu bəyan edib. Məsələ ilə bağlı “1in.am” saytında siyasi şərhçi Aram Amatuni yazır ki, yaranmış vəziyyətdə ABŞ-ın təzyiqlərinin artması, Qarabağda yeni müharibə xəbərdarlığı bir-birini tamamlayan proseslərdir: “ABŞ-ın Ermənistan siyasətində yeniliklər özünü aydın göstərir. Söhbət birbaşa Ermənistandan gedirsə, biz diplomatik sahədə daha aktiv fəaliyyət göstərməli, siyasi tarazlığı qorumalı, korrupsiyaya qarşı mübarizə aparmalı və müdafiə qüdrətimizi davamlı şəkildə artırmalıyıq. Cəmiyyət panikaya düşməməlidir. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Onun xilası inkişaf etməkdən, səmərəli idarəetmədən və modernləşməkdən keçir. Başqa sözlə desək, biz müasirləşməli, suveren bir ölkəyə çevrilməliyik. Əks-təqdirdə müharibə qaçılmazdır! Özü də Ermənistan üçün tamam əlverişsiz bir şəraitdə. Çünki Rusiyadan gələn yardımlar azalır, ABŞ isə Ermənistanı sanksiyalarla hədə,ləyir. Bu vəziyyətdə, əslində müdafiə qüdrətimizi  arıtra biləəcyimiz ciddi çəkişmə predemti ola bilər. Çünki Ermənistan bu məsələdə hələ də xarici faktorlardan asılıdır”. İndiki durumda isə Ermənistanda əhalinin mütləq əksəriyyəti bu qənaətdədir ki, baş verə biləcək hər hansı genişmiqyaslı hərbi əməliyyatlar arzuolunmazdır, xalqın ümumi fikri ilə üst-üstə düşmür. Çünki kifayət qədər güclü Azərbaycan savaşın gedişində istəyinə nail olacaq. Belə vəziyyətdə ABŞ-ın da Ermənistana qarşı əlavə təzyiq mexanizmlərini işə salması işğalçı ölkənin durumunu daha da ağırlaşdırır. Deniel Koutsun yuxarıda qeyd olunan fikirlərinə isə, Ermənistandan fərqli olaraq, Azərbaycanda qorxu ilə yanaşmırlar. Rəsmi Bakı bildirir ki, Ermənistan savaş istəmirsə, öz xoşu ilə zəbt edilmiş əraziləri azad etməlidir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı bir daha bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qanunsuz əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır: “ATƏT Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və qeyri-dayanaqlıdır. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi həlli üçün hərbi risq amili aradan qaldırılmalıdır”. Əks təqdirdə məsələnin hərbi həlli qaçılmazdır və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ