Cümə günü, 13 noyabr 2026
     

“Sırf təsadüf nəticəsində jurnalistika fakültəsində oxumuşam” – Prezidentliyə daha bir namizəd danışır - MÜSAHİBƏ

Image


Tural Abbaslı: “Nisbətən xarici siyasət kursu ilə razılaşmaq olar”

 

MSK namizədlərin irəli sürülməsilə bağlı sənədləri qeydiyyata alır və sonra iddialı şəxslərə lazım olan sayda imza toplamaq üçün vərəqlər verir. Bu prosesə qədəm qoyan siyasilər az deyil. Onlardan biri də gənc siyasətçi, Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Qanunvericiliyə görə, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilməyib. Bu səbəbdən də biz müsahibimiz olan siyasilərlə daha çox seçki mühitinə münasibət və onların öz karyeraları barədə söhbət edirik. Dünən Tural Abbaslı ilə də söhbətimiz məhz bu rakursdan oldu. Beləliklə, müsahibimiz Azərbaycanda prezident olmaq istəyən ən gənc iddialı namizəd Tural Abbaslıdır

- Deyəsən, mərhələnin birini uğurla keçibsiniz. Bu istiqamətdə işləriniz nə yerdədir?

- Bəli, namizədliyimin irəli sürülməsi qeydə alındı və təsdiqləndi. MSK-dan lazım olan sayda imzalı vərəq götürdük. Bu gündən imzaların toplanmasına start verəcəyik.

- Daha çətini də elə bu mərhələdir. 40 min imza hər halda az deyil. Bu rəqəm sizi qorxudurmu?

- Bəli, seçkidə ən çətin mərhələ məhz budur. Saydan əlavə, tələb budur ki, toplanan imzalar 60 dairəni əhatə etməlidir. Çalışacağıq ki, öhdəsindən gələk. Namizəd olaraq ilk dəfədir bu işə girişirik. Ona görə də asan proses olmayacaq.

- Namizədliyinizi fərdi qaydada irəli sürübsünüz, yoxsa rəhbərlik etdiyiniz partiyanın sədri kimi?

- Bizim partiyanın adı ilə bağlı problem həllini tapmayıb. Buna görə də mən fərdi təşəbbüs kimi namizədliyimi irəli sürmüşəm.

- Sizin partiyanızın qeydiyyatla bağlı problemi olmamalıdır axı...

- Bəli, biz Vahid Azərbaycan Partiyası kimi fəaliyyət göstəririk. Bu, rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiyadır. Biz qurultay keçirib partiyanın adının dəyişməsi ilə bağlı qərar qəbul etmişik. Partiyanın adının Ağ Partiya olmasını istəyirik. Bu da rəsmiyyətdə problem yaradır. Çünki Ədliyyə Nazirliyi bununla bağlı qərar verməyib.

- Söhbət rəhmətlik Kərrar Əbilovun rəhbəri olduğu partiyadan gedir? Həmin partiyaya siz necə sədr seçildiniz?

- Biz 2016-cı ildə Müsavat Partiyasından ora transfer etdik. Həmin hadisədən bir ay sonra K.Əbilov vəfat etdi, partiyanın qurultayında mən Vahid Azərbaycan Partiyasının sədri seçildim.

-Tural bəy, Vahid Azərbaycan pis ad deyil axı... Niyə bu gözəl addan imtina etmək istəyirsiniz?

- (Gülür-M.Q.) Bizim ideoloji xəttimizi sağ mərkəzçilik təşkil edir. Bu da Türkiyədəki AK Partiya ilə yaxınlıq anlamına gəlir. Hesab etdik ki, həmin brenddən də yararlanmaq lazımdır. Siyasətin də bir marketinqi var. Düşündük ki, bu ad bizə daha böyük uğur gətirə bilər. Yəni insanların beyninə yazılmış bu adda bir partiya var axı...

- Bir növ, Ərdoğanı təkrarlayıb, onların uğuruna şərik olmaq istəyirsiniz?

- (Yenə gülür-M.Q.) Xeyr, Ərdoğan şəxsdir, biz isə ideoloji yaxınlıqdan söhbət edirik. Rusiyada Kommunist Partiyası var. Həmin adda müxtəlif ölkələrdə fəaliyyət göstərən partiyalar bir-birilə ideoloji yaxın olurlar. Eyni sözü liberal demokratlar, yaşıllar barəsində deyə bilərik. Biz düşünürük ki, türk-islam çoğrafiyası üçün AK Partiyanın tutduğu yol ən məqbuldur.

- Ərdoğanın partiyasında dinə bir qədər üstünlük verilir. Partiyanın funksionerlərinin çoxu ibadət edir. Bu baxımdan necə, onları təkrarlaya bilirsiniz?

- Mən ibadətə kiminsə təkrarlanmağı kimi yox, hər bir insanın Yaradana olan borcu kimi baxıram. Bəli, özüm də dini ayinləri icra edirəm. Namaz qılıb, oruc tuturam. Bir millət olaraq bizim kökümüzdə islam var. Bunu görməmək mümkün deyil. Hazırda dövlətimizin atributu sayılan bayrağımıza baxın. Orda islamın rəmzi sayılan rəng var. Təəssüf ki, Azərbaycandakı partiyaların çoxu islama meyl edənlərə geriyə addım atmaq kimi yanaşır və daha çox müasirləşməni üstün tuturlar. Mənim düşüncəmə görə, bunlar bir-birini tamamlayan cəhətlərdir. Sadəcə, doğru yanaşmaq lazımdır. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Cumhuriyyəti quranda hansı ideyaları məqbul biliblərsə, biz onu dəstəkləyirik, o yolu getmək istəyirik.

- Namizədlər arasında ən cavanısınız. Buna baxmayaraq, ortaya böyük iddia qoyursunuz. Yəni prezident olub ölkəni idarə etmək istəyirsiniz. Bu sizdə bir kompleks və ətrafdan qınaq yaradırmı?

- Şəxsimdə heç bir kompleks yaratmır. Namizədlər içində ən gənc olsam da, siyasi karyera və keçilən şərəfli həyat yolu baxımından özümü kimdənsə zəif saymıram. Mənim siyasətdən başqa işim olmayıb. Düzdür, bunu insanların çoxu bilmir və elə bilirlər ki, Tural bu dəqiqə göydən düşüb. Səbəbi mənə bəllidir. Çünki bizdəki böyük partiyalarda yalnız bir-iki lider önə çəkilib  gözə soxulur. Səhnə arxasındakı fiqurlar isə çox görsənmir. Mən özümə və ətrafımda olan gənclərə güvənməsəydim, heç bu yola çıxmazdım da. Mənim hazırda 35 yaşım var və bunu az yaş hesab etmirəm. Rəsulzadə Milli Şuraya rəhbərlik edəndə onun 34 yaşı olub. Bizim müxalifət liderləri saydığımız şəxslərin 1992-ci ildə yaşları 35-dən aşağı olub, ancaq onlar hakimiyyətdə təmsil olunublar. Siyasi təcrübələri də bizdən az idi. Avropaya fikir verək. Avstriyanın baş naziri məndən 3-4 yaş balacadır. Bizdə niyə olmasın?

- Siyasətdə olsanız da, dövlət qurumlarında çalışmayıbsınız, yəni idarəetmə təcrübəniz yoxdur. Bu sizə prezident olmaq üçün maneə yaratmır ki?

- Düşünmürəm ki, bunun üçün xüsusi ixtisas tədris olunmalıdır və onun adını da “Prezidentliyə  hazırlıq” qoymalıdırlar. Bütün siyasətçiləri, məmurları partiyalar yetişdirir. Mən də uzun müddət ölkənin böyük partiyalarından birinin Divan üzvü olmuşam və həmin qurumun rəhbər strukturlarında təmsil olunmuşam. Əksinə, mən düşünürəm ki, müxalifətdə idarəetmədə olmaq daha böyük səriştə tələb edir, nəinki dövlətdə. Çünki müxalifətdə insanlara əməkhaqqı vermədən onları subordinasiyanı qorumağa dəvət etməlisən və üstəlik də iş gördürməlisən. Müxalifətdə olmağın risqli tərəflərini də nəzərə alsaq, görün bu nə qədər çətin bir işdir. Dövlət qurumlarında isə əməkhaqqı verilir, lazımi tənbeh və cəza mexanizmləri var. Biz belə təcrübəni mənimsəmişik və bunu önəmli sayıram. Söhbət sağlam komandadan gedirsə, mən iddia edə bilmərəm ki, bu gün Azərbaycandakı bütün strateji sahələri əhatə edə biləcək kadrlar var. Bu da problem deyil. Məqsəd partiyanın yox, Azərbaycanın güclənməsi olacaqsa, biz partiyamızın üzvü olmayan kadrlardan da istifadə edəcəyik.

- Dəfələrlə vurğuladınız ki, Müsavat Partiyasında olubsunuz. Həmin partiya və digərləri seçkiləri boykot edirlər. Bunu da vaxtın 6 ay irəli çəkilməsi ilə izah edirlər. Həmçinin, seçkidə iştirak edənləri imitasiyada günahlandırırlar. Həmin arqument və ittihamlara münasibətiniz necədir?

- Əvvəla qeyd edim ki, mən imitasiya ittihamı ilə qətiyyən razılaşmıram. Onda 2003, 2008, 2013 seçkiləri nə olub? Deməli, bunların özlərinin iştirak etdiyi seçkilər imitasiya sayılmır, boykot etdiklərində iştirak edənlərə həmin damğanı vururlar. Çox məntiqsiz yanaşmadır. İqtidarın nəyi dəyişib? Biz müxalifət partiyaları olaraq hər zaman iddia etmişik ki, hakimiyyət ədalətli seçki keçirməyib. Onda sual çıxır: niyə 2013-də müxalifət vahid namizədlə seçkidə iştirak edirdi?  Məgər onda Azərbaycan iqtidarı daha demokratik idi? Eyni siyasi mühit hökm sürürsə, niyə belə iddialar səslənməlidir? Bu ittihamı səmimi saymıram. Altı ay arqumentini irəli sürüb, hazırlıqsızlığı əsas gətirib, seçkini boykot etməyi də ciddi arqument kimi qəbul etmirəm. Həmin arqumenti biz irəli sürsəydik, inandırıcı görünə bilərdi. Çünki yeni partiyayıq. 30 ilin partiyası hər bir ekstremal vəziyyətə hazır olmalıydı. Çünki onların strukturları və kifayət qədər seçki təcrübəsi var. Həmin mexanizmin işə düşməsinə 6 ay müddət mane ola bilməzdi. Ancaq biz risqə giririk. Mənim üçün həmin müxalifət partiyalarının barəmizdə nə düşündükləri maraqlı deyil. Biz onların yox, xalqın səsini qazanmağa iddialıyıq.

- Uzun müddət təmsil olunduğunuz partiya seçkidən imtina edib. Orda çoxlu sayda dostunuz var. Həmin adamlar sizə imza yığmaqda kömək edə bilərmi?

- Təbii ki, olacaq. İki-üç gündür mənə bu dəstəklə bağlı təkliflər gəlir. Bu məsələdə onların çoxu siyasi maraqlardan çox, şəxsi münasibətləri önə çəkir. Biz belə dəstəyi yalnız Müsavatdan deyil, seçkiyə qatılmayan digər müxalifət partiyalarından da gözləyirik. Bizim onların da arasında çoxlu sayda dostumuz var. Funksional əməkdaşlıq olacaq. Lazım olsa, biz də onlara dəstək verərik. Çünki bu marafonda bizim hədəfimiz onlar deyil. Biz iqtidarı udmaq istəyirik.

- Müxalif partiya kimi hazırkı hakimiyyətin yürütdüyü siyasətin hansı aspektlərilə daha çox razı deyilsiniz?

- Daxili siyasətlə ümumiyyətlə razı deyilik. Hər şey göz qabağındadır. İnsanların səhiyyə ilə bağlı təminatı yoxdur, təhsilin səviyyəsi çox aşağıdır. Sosial baxımdan da köklü dəyişikliklər aparılmalıdır. Gənclərin mənzil şəraitilə bağlı vəziyyət acınacaqlıdır. Bunları çox sadalaya bilərəm. Nisbətən xarici siyasət kursu ilə razılaşmaq olar. Bura balanslı siyasəti aid edə bilərəm. Hakimiyyətlə razılaşsaydıq və onların bütün işlərini təqdir etsəydik, onda biz siyasətə niyə qoşulurduq ki?

- Dediniz ki. hakimiyyətin xarici siyasət kursu ilə qismən razısınız. Bura Dağlıq Qarabağ probleminə yanaşmanı da aid edə bilərik, yoxsa sizin bu məsələyə başqa münasibətiniz var?

- Biz uzun illərdir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə danışıqlar aparırıq. Ortada isə nəticə yoxdur. Bir qarış da olsun torpağımız qaytarılmayıb. Ortaya müxtəlib prinsiplər, paketlərin adı atılsa da, real nəticə görünmür. Danışıqlar prosesində bizim arxamızda  güc durmadısa, Ermənistan əsl təhlükəni dərk etməyib yenə qeyri-konstruktiv olacaq. Düşünürəm ki, buna nail olmaq üçün Azərbaycan Türkiyə ilə sıx hərbi əməkdaşlıq etməlidir. Çünki Qarabağ probleminin həlli ilə bağlı başqa alternativ görmürəm. Belə getsə, bir 20 il də biz danışıq aparmalıyıq. Dünya praktikasında müharibə ilə alınan torpaqların sakitliklə geri qaytarılması kimi hal yoxdur. Ən azı Fələstin probleminə nəzər salmaq kifayət edər ki, bunun belə olduğuna əminlik yaransın. Bu məsələdə daha çox hərbi gücün tətbiqini istəyirik.

- Tərcümeyi-halınıza diqqət etdik və gördük ki, ixtisasca jurnalistsiniz. Niyə bu peşənin dalınca getmədiniz?

- Mən çox gənc yaşlarımdan siyasətə meylli olmuşam. O zamankı qəbul imtahanlarında bir qədər fərqli qaydalar vardı. Bəzən insan topladığı bala görə istəmədiyi ixtisasda oxumağa məcbur qalırdı. Buna görə də mənim jurnalistikada oxumağım şəxsi istəyim və həvəsimlə olmayıb. Sırf təsadüf nəticəsində həmin fakültədə oxumuşam. Buna baxmayaraq, peşəyə və siz jurnalistlərə böyük hörmətlə yanaşıram.

- Amma siyasətçi üçün yazmağı bacarmaq əlavə avantaj anlamına gələ bilər. Elə deyilmi?

- Təbii ki, razıyam. Bu gün də müxalifətdə olan siyasi liderlərin sırasında zamanında jurnalistika ilə məşğul olanlar var.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ