Cümə günü, 13 noyabr 2026
     

Azərbaycançılıq ideyasının təbliği...

Image


Azərbaycançılıq ideyasına sevgi Vətəni, torpağı sevməkdən, onu qoruyub təbliğ etməkdən başlayır. Şüurlarımızda dərindən kök salan, əbədi olaraq qəlbimizə, ruhumuza yazılan azərbaycançılıq məfkurəsinin özülü neçə-neçə əsrlər əvvəl qoyulub. Misqal-misqal inkişaf edən, xalqın oyanış, özünəqayıdış prosesində iştirak edən bu ideya, ideologiya hər zaman xalqımızın ruhunu ölməz edib, onu ayaqda, daim mübarizə ovqatında saxlayıb.

Azərbaycançılıq birdən-birə yaradılan, formalaşdırılan bir ideologiya, məfkurə deyil, biz uzun əsrlərdir azərbaycançılığın işığında yol gəlirik. Bizdən sonra da bu yolu davam etdirən nəsillər var.

Azərbaycançılıq ideyası nədir? Bu sual ətrafında düşünəndə gözlərimiz önünə azərbaycançılığın özül daşını qoyan şəxsiyyətlər, onların fəaliyyəti gəlir, bu şəxsiyyətlərin xalqa, dövlətə təmənnasız xidmətləri yada düşür. Azərbaycançılıq ideyası XX əsrdə daha böyük intişar tapıb, XXI əsrdə isə dövlətimizin, xalqımızın ayrılmaz düşüncə sisteminə daxil olub. Özü də əbədi olaraq.

Azərbaycançılıq ideyasının yayılması sahəsində fədakarlıq göstərən şəxsiyyətlər bu müqəddəs amalı xalqımıza təlqin ediblər.

Onu da bildirək ki, Azərbaycanda milli azadlıq məfkurəsi 1917-ci ilin fevralında çar istibdad rejiminin yıxılmasından sonra yeni bir mərhələyə qədəm qoyub. Məlum olduğu kimi, bu hadisə ədəbi hərəkata yeni bir nəfəs gətirib. Belə bir təlatümlü dövrdə Bakıda siyasi hakimiyyət uğrunda gedən çarpışmalar kəskinləşdikcə, müxtəlif ideoloji cərəyanlara məxsus qəzet və jurnalların nəşri çoxalır. Bu nəşrlər də azərbaycançılıq ideyasının təbliğində, şüurlarda özünə əbədi yer tutmasında önəmli rol oynayıblar. O dövrün tədqiqatçıları yazırlar ki, sözügedən  illərdə bədii ədəbiyyatın operativ janrları və satirik publisistika bir aktuallıq kəsb edirdi. Məhz belə bir zərurətin nəticəsidir ki, xalqın azadlıq ideallarının böyük ifadəçisi olan satirik "Molla Nəsrəddin" jurnalı Tiflisdə yenidən nəşrə başlayır. Milli azadlıq məsələsi bu dövrdə "Molla Nəsrəddin"in əsas mövzusu olur. Cəlil Məmmədquluzadə 1917-ci ilin belə qarışıq məqamında xalqa milli nicatın harada olduğunu bu cür başa salırdı: "Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!".

Onu da vurğulayaq ki, Azərbaycanda Xalq Cumhuriyyətinin qurulması ərəfəsində milli özünüdərk məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı, Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu, Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və publisistlərin əsərlərində böyük inamla ifadə olunurdu. Dahi şəxsiyyətlərin mübarizəsinin başlıca xətti olan azərbaycançılıq bədii-ictimai fikirdə öz tematik zənginliyi, ideya istiqaməti ilə diqqəti cəlb edirdi. Bu ideyaların gerçəkləşməsində və bədii-estetik fakta çevrilməsində mövzu ilə bağlı taktiki gedişlər mühüm əhəmiyyət daşıyırdı. Azərbaycançılıq bu ideyaların zirvəsində dayanan vacib bir fakt kimi təkcə sənət adamlarını deyil, bütövlükdə, ziyalı qüvvələrimizi həmişə düşündürüb. Hətta bu sahədə fəlsəfi, ictimai və bədii fikir zaman-zaman o qədər güclü olub ki, onun ətrafında azərbaycanşünaslıq kimi ciddi bir elm sahəsi meydana çıxıb. İstər azərbaycançılıq dünyagörüşü, istərsə də azərbaycanşünaslıq elmi son bir əsrdə xeyli inkişaf edib. Lakin azərbaycançılıq dünyagörüşü özünün formalaşmaya canatma prosesi tarixini çoxdan başlayıb. Bu prosesi xeyli sonradan izləyən və onun elmi əsaslarını işləyib hazırlamaqda olan azərbaycanşünaslıq bu gün özünün mühüm və vacib mərhələsini yaşayır. Azərbaycançılığın ən yeni mərhələsinin bütün parametrlərinin - azərbaycançılıq ideyasının yenidən gündəmə gəlməsi, bu sahədə klassik və müasir düşüncəyə qiymət, azərbaycançılığın köklərinin, mənbələrinin elmi araşdırmalara cəlb edilməsi birbaşa Heydər Əliyevin irəli sürdüyü dəyərli fikirlə, taleyüklü təşəbbüslərlə bağlıdır və bu fikirlər, təşəbbüslər tədqiqatlar üçün xüsusi zəmin yaradıb. Məlumdur ki, Heydər Əliyev azərbaycançılığın yeni dövrdə dayaq nöqtəsi oldu.

XX əsrin əvvəllərindəki ziyalıların ana dilinə, cəmiyyətin kamilləşməsi, maariflənməsi prosesinə yetirdiyi diqqət bu gün də davam edir. XX əsrin önlərində böyük realist ədib Cəlil Məmmədquluzadə, türkçü romantik şair Abdulla Şaiq, realist-demokratik tənqidin başçısı Firidun bəy Köçərli, böyük bəstəkar Üzeyir Hacıbəyov, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanov ana dili uğrunda mübarizəyə birgə başladılar. Tezliklə ana dili uğrunda mübarizə ana Vətən uğrunda mübarizəyə çevrildi. Bu mübarizəyə 1978-ci ildə Azərbaycanın rəhbəri olan Heydər Əliyev ana dilini dövlət dili kimi Azərbaycan SSR-in Konstitusiyasına salmaqla yekun vurdu.

Məlumdur ki, 1993-cü il­dən baş­la­ya­raq Hey­dər Əli­yev hər il de­kabr ayı­nın so­nun­da dün­ya azər­bay­can­lı­la­rı­na mü­ra­ci­ət edib, soy­daş­la­rı­mı­zı azər­bay­can­çı­lıq ide­ya­sı əsa­sın­da həm­rəy­li­yə də­vət edib. 2001-ci il­də isə mər­hum Pre­zi­dent Ba­kı­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si haq­qın­da sə­rən­cam im­za­la­dı. Nə­ha­yət, dün­ya azər­bay­can­lı­la­rı­nın nü­ma­yən­də­lə­ri hə­min il no­yab­rın 9-da Ba­kı­da top­laş­dılar. Qu­rul­tay­da mil­li həm­rəy­lik kor­pu­su­nun me­ma­rı Hey­dər Əli­yev ge­niş nitq söy­lə­di. O, müs­tə­qil­lik, mü­a­sir­lik və azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın kon­tur­la­rı­nı də­qiq­ləş­dir­di. "Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin əsas ide­ya­sı azər­bay­can­çı­lıq­dır" de­yən Pre­zi­dent bə­yan et­di ki, "bi­zim ha­mı­mı­zı bir­ləş­di­rən, həm­rəy edən azər­bay­can­çı­lıq ide­ya­sı­dır".

"Azər­bay­can­çı­lıq" ter­mi­ni öl­kə­də ya­şa­yan bü­tün et­nik qu­rum və mil­lət­lə­ri ümum­döv­lət mə­na­fe və də­yər­lə­ri əsa­sın­da re­al su­rət­də bir­ləş­dir­mək ide­ya­sı­nın ver­bal­laş­dı­rıl­ma­sı ki­mi əsa­sən 1992-1993-cü il­lər­də, xü­su­si­lə ge­niş ya­yı­lan şo­vi­nist və se­pa­rat­çı­lıq əh­val-ru­hiy­yə­si­nə qar­şı mü­ba­ri­zə ide­ya­sı ki­mi tə­şək­kül ta­pıb. Vur­ğu­la­yaq ki, bu an­la­yış ic­ti­ma­iy­yət tə­rə­fin­dən ki­fa­yət qə­dər tez dəs­tək­lən­di və ye­ni, məz­mun­lu ele­mentlər­lə zən­gin­ləş­di­ril­di. Hə­min sə­bəb­dən özü­nün bü­tün tər­kib his­sə­lə­ri ilə bir­lik­də azər­bay­can­çı­lı­ğı ta­ma­mi­lə mil­li ide­o­lo­gi­ya­nın konkret, spe­si­fik for­ma­sı he­sab et­mək olar.

Ölkəmizin ciddi sınaq qarşısında qaldığı həmin çətin günlərdə Heydər Əliyevin bir çağırışı ilə xalqımız Azərbaycanın düşmənlərinə qarşı vahid qüvvə kimi səfərbər oldu. Heydər Əliyev öz əzmkarlığı ilə xalqımızı formalaşdırdığı azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Sonrakı tarixi sınaqlarda da digər xalqların nümayəndələri daim ön cərgədə oldular, müstəqilliyimizin qorunub saxlanmasında fədakarlıq göstərdilər. Yəni Heydər Əliyevin sayəsində Azərbaycanda yaşayan hər bir kəs, millətindən asılı olmayaraq, bütün insanlar anladılar ki, bu Vətən onlarındır, bu Vətənin sahibi həm də onlardır!

Ekspertlər vurğulayırlar ki, Azərbaycanın varı-dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır. Heydər Əliyev bunu sadəcə sözdə ifadə etmirdi, həm də milli azlıqların hərtərəfli inkişafı üçün real addımlar atırdı. 1993-cü ildə 33 milli-mədəni mərkəzin fəaliyyət göstərməsinə icazə verildi. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident fondundan vəsait ayrıldı. Milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı. Kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı. Respublika radiosunda, yerli televiziyalarda və qəzetlərdə doğma dillərində verilişlər hazırlanmasına şərait yaradıldı.

Ekspertlər hesab edirlər ki, müasir Azərbaycan azərbaycançılığın ünvanı kimi ölkəmizdə yaşayan bütün xalqları öz qanadları altına alıb. Bu gün dünyada mükəmməl örnək, təkmil model kimi qəbul edilib öyrənilən Azərbaycan multikulturalizmi və tolerantlığı prinsiplərinin mayası, qayəsi də məhz Heydər Əliyevin azərbaycançılıq ideyasından irəli gəlir. Heydər Əliyev qeyd edirdi: “Ölkənin inkişafı yalnız azərbaycançılıq ideologiyası əsasında - Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı sayəsində mümkündür. Milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlıya özünü bu ölkənin layiqli vətəndaşı kimi hiss etmək imkanı verəcək”.

Dünyada multikulturalizmə, tolerantlığa, sağlam ideologiyalara qarşı müəyyən kampaniyaların keçirildiyi bir vaxtda Azərbaycandakı vəziyyət tamamilə fərqlidir. Qeyd etdiyimiz kimi, ölkəmiz digər ölkələrə yaxşı mənada örnək göstərilir. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin ölkəmizdə multikultural dəyərlərin inkişafı üçün atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir. Bu məsələ ölkəmizdə hər zaman diqqət mərkəzindədir. Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri var. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar.

Məlum olduğu kimi, Azərbaycan dövlətinin təməl ideyası azərbaycançılıqdır. Azərbaycançılıq ideyasının təbliğində, daha geniş sferalarda tanıdılmasında dövlətin bütün vətəndaşları, irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, çalışmalı, hər kəs vahid ideyaya xidmət etməlidir. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, Konstitusiyasına hörmət etməlidir. Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir.

Azərbaycançılıq ideyası xalqımızın, dövlətimizin ruhunu ifadə edən bir ideya kimi bu gün də, sabah da bizim yolumuzda yanan əbədi mayak rolunu oynayacaq.

Namiq QULİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ