şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın region və qlobal inteqrasiya siyasəti sistemli dövlət kursuna çevrilib…

Image


Müstəqil Azərbaycan dövlətinin öz yolu var. Bu yolun mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənmiş, onun mədəniyyətini, dilini, mentalitetini, milli maraqlarını təmin edən bir dövlət strukturuna malik olmaq və bu dövlət strukturunu bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərə qoşmaqdan ibarətdir.

Şərqlə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovuşduğu yer deyil, həm də mühüm geosiyasi və geoiqtisadi amildir. Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi əvvəllər necə aktual idisə, bu gün də prioritet məsələlərdən biri olaraq qalmaqdadır. Hələ illər öncə ulu öndər Heydər Əliyev deyirdi: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq”.

“Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir”. Prezident İlham Əliyev belə deyir. Dövlət başçısı bildirir ki, bizim fəaliyyətimizin çox vacib istiqamətlərindən biri də Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır.

Dünya birliyinə inteqrasiya həm də qədim tarixi irsin təbliğ edilməsi və dünya arenasında tanıdılmasıdır. Bu istiqamətdə uğurlu layihələrin icrasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda açıqlamasında deyib: “Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə ölkəmizin keçmişini, tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Biz fəaliyyətimizi genişləndirərək bir sıra çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq, birgə layihələr icra etmişik. Bizim tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar var. Eyni zamanda, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Biz bu gün “Xocalıya ədalət!” kampaniyasının müsbət nəticələrini görürük”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə deyir ki, Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir: “Bu ikitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir. Biz mövcud problemləri dünya dövlətlərinin, dünya xalqlarının, beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstəririk. Azərbaycanın münasibətləri dediyim bütün istiqamətlər üzrə davam edəcək, getdikcə daha da dərinləşəcəkdir”.

Əli Həsənov bu fikirdədir ki, Azərbaycan dövlətinə, onun yürütdüyü müstəqil siyasətə, Azərbaycan Prezidentinin müstəqil iradəsinə, fərqli maraqlar çərçivəsində, fərqli subyektiv mülahizələrə görə təsir göstərmək istəyən, onu yönəltməyə çalışan beynəlxalq dairələr də var: “Əlbəttə, biz bu işlərə təmkinlə yanaşırıq. Azərbaycan dövləti olaraq bunlara birbaşa reaksiya bildirmirik, öz müstəqil yolumuzla, öz müstəqil iradəmizə müvafiq olaraq hərəkət etməyə çalışırıq. Bütün dünyaya Azərbaycanın doğru yolda olduğunu çatdırmağa çalışırıq. Özünüz də bilirsiniz ki, Azərbaycan öz seçimini edib - demokratiya, Avropa strukturları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin yaradılması, bölgədə və dünyada sivil siyasətin yürüdülməsi, insanlar, dövlətlər, millətlər arasında sivil yaşayış normalarına uyğun münasibətlərin qurulması. Bu yolun mahiyyəti bu gün bütün dünyanın təlqin elədiyi demokratiya, insan hüquqları, birgəyaşayış normalarıdır, bizim xalqın iradəsidir”.

Məlumdur ki, istər regionda, istərsə də ondan kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı yaşamanı təmin etmək Azərbaycan Respublikasının xarici siyasətinin vacib prinsiplərindəndir.

AR-nin geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti həm də balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Həmin səbəbdən müasir Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir dövlətlə bərabərhüquqlu qarşılıqlı-faydalı əlaqələr qurub. Qeyd edək ki, ölkəmizin əksər nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olması, onların işində yaxından iştirakı da məhz bu prinsipdən irəli gəlir.

Hesab edirik ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan mövcud problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlib. Bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan əsas problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Bu məqsədlə ölkəmiz BMT, ATƏT, AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar və ABŞ, Fransa, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və s. dövlətlərlə sıx əməkdaşlıq edir.

AR-nin dünya birliyinə inteqrasiyası onun mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanmasını və aradan qaldırılmasını zəruri edir. Həmin səbəbdən AR Avropa və Avroatlantik məkanında qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılmasında Avroatlantik Tərəfdaşlıq Şurası, “Sülh naminə tərəfdaşlıq Proqramı” çərçivəsində NATO ilə əməkdaşlıq edir, Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü uğurla bölüşdürür. AR separatizmə, terrora, dövlət və xalqların təhlükəsizliyinə, maddi və mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı da birgə mübarizə aparır.

Bu gün AR Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) ilə çoxspektrli, qarşılıqlı faydalı əlaqəlar qurub. Bu qurumlarla münasibətlər əsasən “MDB Ölkələrinə Texniki Dəstək” (TACİS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi proqramları çərçivəsində inkişaf etdirilir. Ölkəmizin Aİ-nin “Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, AR ilə Aİ arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Memorandumun imzalanması həmin qurumla münasibətlərin pozitiv dinamikasından xəbər verir.

Eyni sözləri yaxın qonşularımız olan regional ölkələrlə aparılan qonşuluq siyasəti haqqında da demək olar. Faktdır ki, artıq neçə illərdir yaxın qonşumuz İran İslam Respublikası dünya birliyinin tətbiq etdiyi beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkir. Onsuz da qlobal iqtisadi böhranın gətirdiyi çətinliklərin təsirini üzərində hiss edən bir ölkənin, üstəlik, iqtisadi sanksiyalara məruz qalmasının onun durumuna və gələcək inkişafına hansı təsirləri göstərəcəyini təsəvvür etmək çətin deyil. Bir çox ölkələrin dəstək verdiyi bu sanksiyalara, faktdır ki, Azərbaycan istər qonşuluq münasibətlərini, istərsə də humanizmi əsas gətirərək qoşulmadı.

Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirir və 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edilib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş sayır. Bu, 25 il əvvəl müstəqilliyini bərpa etmiş gənc ölkə üçün çox mühüm nəticədir.

Onu da qeyd etmək vacibdir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitinin Birgə Bəyannaməsində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir. Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırırlar.

Bununla yanaşı, noyabrın 23-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuata birgə bəyanatla çıxışında regional təhlükəsizlik üçün ən böyük təhlükənin Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə olduğunu bir daha diqqətə çatdırıb: “Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən, Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ