şənbə günü, 14 noyabr 2026
     

KTMT-nin 30 noyabr iclası və XİN başçılarının 6 dekabr Vyana görüşü arasında yeni Qarabağ təzahürləri - Azərbaycan diplomatiyası Ermənistanı küncə sıxışdırır

Image


Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müşahidə olunan diplomatik aktivliyin hələ də hansısa ciddi nəticə vermədiyi müşahidə olunur. Amma təhlilçilərin böyük əksəriyyəti bu qənaətdədir ki, əslində pərdə arxasında çox maraqlı proseslər cərəyan edir və yaxın tezlikdə konfliktin həlli istiqamətində hansısa yenilikləri görmək mümkün olacaq. Ekspertlər bunu onunla əlaqələndirir ki, vasitəçi ölkələr, regionda marağı olan qüvvələr konfliktin həlli istiqamətində müəyyən irəliləyişlərin olmasını istəiyr.

Vasitəçilər üçün bu, ilk növbədə, çoxillik missiyalarının hansısa nəticə verməsi baxımından çox vacibdir. Regionda marağı olan digər qüvvələr isə  Azərbaycanın hərbi əməliyyatlara başlamasını istəmir. Amma onu da yaxşı bilirlər ki, Azərbaycan erməni işğalının davam etməsinə yol verməyəcək. Məhz belə vəziyyətdə mümkün çıxış yolu Ermənistana qarşı genişmiqyaslı təzyiqlərə başlamaq, onu, belə demək olarsa, sülhə vadar etməkdir.

Elə erməni mediası da yazır ki, son dövrlərdə İrəvana Qarabağ məsələsində təzyiqlər xeyli artıb. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlməsinin də məhz bununla bağlı olduğu bildirilir.  Məlumatlara görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib. O, bu səfəri əvvəlcə gizli saxlamağa çalışsa da, sonradan məxfilik prinsipi pozulub. Bütün bunlar fonunda Sarkisyanın noyabrın 30-da Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından dərhal sonra Qarabağa gəlişi diqqət çəkir. Bununla yanaşı, dekabrın 6-da Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ehtimal olunur ki, Sarkisyan münaqişənin həlli ilə bağlı razılaşmaları müzakirə etmək üçün Qarabağa gəlib.
Erməni jurnalist Naira Ayrumyan da iddia edir ki, Qarabağla bağlı müəyyən razılaşmalar var və Sarkisyanın bu razılaşmalar fonunda Qarabağa səfəri təsadüfi deyil. Hesab edilir ki, Minskdə Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sarksiyana müəyyən göstərişlər verib.  Bu göstərişlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfəri zamanı özü ilə gətirdiyi  Qarabağ planı ilə bağlı olduğu da iddia edilir. Erməni mediası bildirir ki. həmin planda İrəvandan işğal olunmuş rayonların bir neçəsinin qaytarmaq tələb olunur. Bu hadisələr fonunda Sarkisyanın bir müddət əvvəl “Qarabağla bağlı Ermənistanı ağrılı qərar gözləyir” açıqlaması da yenidən diqqət mərkəzinə gətirilir.  Hesab olunur ki, ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün Qarabağda separatçılarla bir araya gəlib.

Düzdür, belə fikirlər də səslənir ki, Sarkisyan daxildə hansısa müqavimətlə üzləşəcəyi təqdirdə köhnə xislətinə sadiq qalaraq vədlərini yerinə yetirməkdən yayına da bilər. Bunun üçün onun göstərişi ilə cəbhədə düşmən təxribatlarını artması da istsina olunmur.  Elə Ermənistan ordusunun Qarabağda hərbi təlimlərə başlaması da bunun daha bir göstəricisi sayılır. Qarabağa gələn Serj Sarkisyan da təlimləri izləyib.
“Lragir” saytı yazır: “Ermənistan ordusu əks-hücum planları hazırlayır. Çünki hazırkı situasiyada Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ dondurulub, bu, mövcud status-kvonun möhkəmləndirilməsidir. Azərbaycan vəziyyətlə barışmır. Təlimlər də məhz rəqibə hesablanıb. Lakin bu, vəziyyəti daha da gərginləşdirə və Azərbaycanın əraziləri qaytarmaqdan ötrü ikinci və Ermənistan üçün qorxulu olan müharibə variantını gündəmə gətirməsinə səbəb ola bilər”. Amma məsələnin maraqlı tərəfi budur ki, təlimlərin gedişində işğlaçılar hansı qeyri-adi taktika və ya yeni texnika, silah növləri nümayiş etdirməyib. Təlimlərdən yayılan kadrlarda çoxdan köhnəlmiş və Azərbaycanın malik olduğu tank əleyhinə silah sistemləri qarşısında tamamilə müdafiəsiz olan T-72 tanklarından, BMP-2 piyada döyüş maşınlarından və sınıq-salxaq QAZ-53 avtomobillərindən başqa ciddi nəsə gözə dəymir. Digər tərəfdən onu da yaddan çıxarmayaq ki, ötən ilin aprelində erməni işğalçı qüvvələrinin təxminən 40 kilometr enində müdafiə xəttini cəmi bir neçə saata darmadağın edəndə həmin mövqeləri düşmənin əks hücumla geri almaq cəhdi tamamilə iflasa uğramışdı. Erməni ordusu cənub istiqamətində tank hücumu təşkil etməyə çalışsa da Azərbaycan ordusunun “Spike” raketlərinin zərbələri ilə bir gündə 16-ya yaxın tank itirərək əldən verilmiş mövqelərin geri qaytarılmasının qeyri-mümkünlüyünü anlamışdı. Həmin vaxtdan bu yana isə cəbhədə Azərbaycanın lehinə olan çox şey dəyişib. Məsələn, Azərbaycan ordusu Rusiyadan “tank qatili” kimi tanınan “Xrizantema-S” idarəolunan raket sistemlərinin iri partiyasını, İsraildən yüksək manevr və sürətli hərəkət qabiliyyətinə malik olan, üzərində “Spike” raketləri daşıyan çoxsaylı “Sandcat” zirehli maşınları əldə edib. Digər tərəfdən, Azərbaycan ordusunun hücum vertolyotları çoxdan İsrail istehsalı olan yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz olunub. Belə vəziyyətdə, əslində, Ermənistan rəhbərliyi yenə aciz bir durumda olduğunu yaxşı bilir və hesab edilir ki, Sarkisyan üçün ən yaxşı çıxış yolu məsələni məhz sülh yolu ilə, Azərbaycanın istədiyi şərtlər əsasında həll etməkdir. Çünki bunun üçün Ermənistana beynəlxalq təzyiqlər də artır. Yenə erməni mediasına nəzər salanda bu xüsusda maraqlı məqamlara ratst gəlmək olar. Məsələn, qeyd olunur ki, Ermənistan diplomatiyasının yarıtmazlığı nəticəsində  son vaxtlar bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının “Şərq Tərəfdaşlığı“  sammiti oldu. Ermənistan prezidenti Serj Sarkisyan da burada iştirak edirdi və bu sammitdə üzv, eləcə də  tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı. Elə  Ermənistan prezidenti də burada qəbul olunan bəyənnaməyə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bunun ardınca  Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assemblyasının konfransı zamanı da Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyü birmənalı olaraq bəyan edildi. Düzdür, Ermənistan nümayəndə heyəti assambleyanın iclasını boykot edib. Bu addımın atılmasına səbəb Ukraynanın yekun bəyannaməsinə təklif etdiyi düzəlişlərin müzakirəsi olub. Müzakirələrdən sonra isə qəbul olunan  bəyannamədə deyilir: “QDİƏT dövlətlərinin BMT, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası üçün səy göstərilməlidir”. Ukraynanın təklif etdiyi düzəliş təşkilata daxil olan əksər milli nümayəındə heyətləri tərəfindən qəbul edilib. Bəyannamə Ermənistanda hiddətlə qarşılanıb. Ölkədə hətta QDİƏT-dən çıxmaq məsələsi gündəmə gətirilib. Amma düşmən üçün sürprizlər təkcə bununla bitmir.

Erməni mediası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə  də indi ehtiyatlı olmağı vacib bilir. Məsələ burasındadır ki, 2018-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi Qazaxıstan edəcək. Qazaxıstana sədr postu KTMT-nin noyabrın 30-da Minskdə keçirilən iclasında təqdim olunub. Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub. Xüsusi diqqət çəkən məqam Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməsidir. Qətnamədə təşkilatın ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyi və münaqişənin Helsinki Yekun Aktının üç əsas prinsipinə - ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmə əsasənında həll edilməsinin vacibliyi qeyd olunur.
Ermənistanda bu qətnamə KTMT-nin İrəvana münasibəti istiqamətində irəliləyiş hesab olunur. Çünki Ermənistan təşkilatın üzvü olsa da, KTMT-da təmsil olunan Qazaxıstan, Belarus kimi ölkələr Dağlıq Qarabağ məsələsində prinsipial olaraq Azərbaycanı dəstəkləyir. Lakin işğalçı ölkəni narahat edən digər məqam Qazaxıstanın 2018-ci ildə KTMT-yə rəhbərlik edəcəyidir. Bu türk dövləti bütün prinsipial məsələlərdə Bakı ilə birgə hərəkət edir, xüsusilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tələbini irəli sürür.
İrəvanda hesab edirlər ki, Qazaxıstan 2018-ci ildə KTMT-nin Azərbaycana dəstəyini artıracaq. Həmçinin, Dağlıq Qarabağda baş verə biləcək toqquşmada, “aprel müharibəsi”ndə olduğu kimi, təşkilatın Ermənistana dəstək verməsinin qarşısını alacaq.
Erməni şərhçi Aram Amatuni yazır ki, Minsk sammiti olduqca ziddiyyətli keçib: “Bir tərəfdən Dağlıq Qarabağla bağlı qətnamə qəbul olundu, lakin digər tərəfdən, KTMT üzvlərinin kağız üzərində Ermənistanla müttəfiq olmasına baxmayaraq, reallıqda Bakını dəstəklədiyi unudulmamalıdır. Təcrübə KTMT-nin Ermənistana ən vacib məqamda dəstək verməyəcəyini deməyə əsas verir. Xüsusilə 2018-ci ildə Qazaxıstanın təşkilata rəhbərlik edəcəyi bizim üçün arzuolunmaz vəziyyət yarada bilər”. Erməni şərhçi narahatlıqla vurğulayır ki, gələn il Qarabağda müharibə başlayarsa, KTMT Ermənistana yox, Azərbaycana dəstək verəcək: “Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə olduqca yaxındır və bütün platformalarda Bakının maraqlarını müdafiə edir. Bu, Ermənistan üçün təhlükə siqnalıdır”. Qeyd edək ki, Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqı və KTMT-də Ermənistanın Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsinin daim qarşısını alıb və həmişə Azərbaycanın maraqlarını müdafiə edib. Elə bu səbəbdən Ermənistanda hesab edilir ki, ölkənin bütün beynəlxalq təşkilatlarda mövqelərinin sarsıldığı bir vaxtda növbəti zərbə KTMT-dən gələcək. Bu vəziyyətdə ən yaxşı çıxış yolu məhz Azərbaycanla real sülh danışıqlarına getməkdir.  Elə Sarkisyanın da bundan başqa çıxış yolunun olmadığı vurğulanır. Əks halda onu və ordusunu cəbhədə daha böyük biabırçı bir məğlubiyyət gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ