şənbə günü, 14 noyabr 2026
     

İctimai və dövlət maraqlarının müdafiəsi

Image


İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, indvidual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və QHT-lər hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər.

Dövlət və ictimai maraqların təmin olunması müasir dövrün ən mühüm məsələlərindən biri kimi qarşımızda dayanır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsini, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün həyati vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yeni yanaşma tələb edir. Bu baxımdan, milli dövlətçilik maraqları hər zaman, hər yerdə qorunmalıdır. Bu, müzakirə olunmayan və etirazsız qəbul edilməli bir konsepsiyadır. Məsələ ondadır ki, təkcə minillik dövlətçilik tarixinə malik ölkələrdə deyil, adı dünya xəritəsinə cəmi bir neçə yüz il əvvəl həkk olunmuş dövlətlərdə də bu məsələyə münasibət birmənalıdır. Yəni bəzən biz milliliklə millətçilik, dövlətlə iqtidar arasında fərqi düzgün qiymətləndirmirik. Halbuki, millilik xalqa, millətçilik kütləyə xas anlayışdır. Dövlət öz vətəndaşlarına məxsusdur. İqtidar isə dövləti təmsil edir. İqtidarla müxalifdə olmaq normaldır. Dövlətə müxalif olmaq isə ictimai və milli maraqlara qarşı çıxmaq deməkdir. O da məlum həqiqətdir ki, milli maraqları şəxsi maraqlardan öndə tutmaq vətənpərvər insanlara xasdır. Vətənpərvər olmayan, zəmanənin tələbi ilə qrup maraqlarından çıxış edən insanlar heç vaxt belə mövqe sərgiləyə bilməzlər. Belələri üçün hər zaman şəxsi maraqlar dövlət maraqlarından öndə olub. Bu, tarixən belə olub. Ona görə də belələrindən dövlət maraqları ilə bağlı nəsə ummaq sadəlövhlük olar.

Çernışevski yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Başqa bir rus mütəfəkkiri Belinski isə hesab edirdi ki, öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub ola bilməz. Bu fikir günümüz üçün də aktuallığını itirməyib. Bəziləri vətənin çörəyi-suyu ilə böyüyüb ərsəyə çatandan sonra özünü kosmopolit adlandırır və bütün milli dəyərlərə arxa çevirir. Hər fürsətdə, imkan düşdükcə milli dəyərlərə qarşı çıxır və dövlət maraqlarını görməzdən gəlirlər. Sanki bu dövlətin vətəndaşı deyillər. Belə xoşagəlməz hallar nəinki Azərbaycanda, bir sıra digər dövlətlərdə də var. O üzdən bu kimi məsələlərdə son dərəcə ayıq-sayıq olmaq hər bir vətəndaşın borcudur. Çünki milli və dövlət maraqlarının qorunması hamının borcudur. Bu məsələdə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Sözügedən məsələdə bütün yükü dövlətin üzərinə qoymaq ədalətli yanaşma deyil.

Onu da nəzərə almaq lazımdır ki, müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Son illər Yaxın Şərqdə yaşanan dəhşətli hadisələr bunu bir daha sübut etdi. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi daha aktualdır. İctimai və dövlət maraqlarının qorunmasına xüsusi önəm verilməlidir. Ən azından, Yaxın Şərqdə baş verən hadisələrdən ciddi nəticə çıxarılmalıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan xaricdəki havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib, ərazi bütövlüyümüz pozulub. Dünyada hökm sürən ikili standartlar və digər ədalətsizliklər üzündən Azərbaycan əraziləri hələ də işğaldan azad olunmayıb. Reallıq ondan ibarətdir ki, Ermənistan və onları himayə edən müəyyən güclər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq, suverenliyinə zərbə vurmaq və daxili sabitliyini pozmaq üçün müxtəlif vasitələrdən yararlanmağa çalışırlar. Azərbaycanda inkişafa mane olunması, son nəticədə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması qarşıya qoyulan məqsədlər sırasındadır. Bu istiqamətdə zaman-zaman müxtəlif vasitələrə əl atblar. Xaricdən himayə olunan bəzi marginal qruplar onların əlində alətə çevriliblər. Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər. Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılıb. Məsələn, QHT-lər haqqında qanunvericiliyə dəyişiklik edilib. Xarici donorların bəzi QHT-ləri maliyyələşdirməsinə qanuni şəkildə məhdudiyyət qoyulub. Bu, xarici donorların Azərbaycanda daxili sabitliyə yönəlik planlarının qarşısının alınmasında mühüm rol oynayıb. Sözügedən məsələdə KİV-in də üzərinə mühüm vəzifələr düşür. Bu da KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda, KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır.

Çağdaş dövrün elmi nailiyyətləri içərisində ən əhəmiyyətlisi internetdən istifadə imkanlarıdır. Dövrümüz həm də informasiya bolluğu ilə fərqlənir. İnformasiya mübadiləsi milyonların maraqlarını təmin etməklə insanların həyatında önəmli rol oynayır. Azərbaycanın işğalçı dövlət olan Ermənistanla müharibə şəraitində olması virtual məkanda da özünü açıq büruzə verir. Başqa sözlə desək, informasiya müharibəsi gedir və bu özünü müxtəlif formalarda göstərir. Məsələ ondadır ki, əvvəllər Ermənistan dezinformasiya siyasətindən məharətlə istifadə edərək uğur əldə edirdisə, artıq Azərbaycanın bu müharibədə önəmli nailiyyətlər əldə etdiyini əminliklə söyləmək olar. Daha əvvəlki kimi erməni yalanları dünya ictimaiyyətini inandırıb öz tərəfinə çəkə bilmir. Nə qədər bunu istəsələr də, buna nail ola bilmirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Nəzərə almaq lazımdır ki, nə qədər çətin olsa belə, Azərbaycan bununla bağlı həqiqətləri dünyaya çatdırır. Sevindirici haldır ki, virtual rəqabət məkanında sadə vətəndaşlarımız da fəal iştirak edərək milli maraqların qorunması işinə öz töhfələrini verirlər. Virtual məkanın yaratdığı imkanlar bu məsələdə insanlara öz köməkliyini göstərir. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildir və bu həqiqəti hamı dərk etməlidir. Bu hisslər körpəlikdən insanlara aşılanmalıdır. Bu baxımdan müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Platonun müdrik bir kəlamı var - vətən hüquqları valideyn hüquqlarından daha genişdir. Vətənpərvərlik, milli və ictimai maraqların qorunması ilə bağlı mövzular – inşa yarışları, debatlar və digər tədbirlər kampaniya xarakteri daşımamalı, davamlı olmalıdır. Unutmamalıyıq ki, insanın xarakteri məhz kiçik yaşlarda formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, bu dövlətin vətəndaşı olmaqla fəxr etməyi, milli və ictimai maraqların mahiyyətini öyrətmək hər bir müəllimin borcudur. Keçmiş ABŞ prezidenti Vilson da vaxtilə ölkə pedaqoqlarının belə bir vəzifə daşıdığını qeyd edərək, vətənin böyüklüyünün onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunduğunu bildirmişdi. Gəlin biz də böyük olmağa və vətənimizi də böyük tutmağa çalışaq. Fəxr edək ki, bu vətənin övladları, bu dövlətin vətəndaşlarıyıq. Bu baxımdan ictimai və dövlət maraqlarının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar valideynlərdən sonra şagirdlərə daha çox yaxındırlar. Ona görə də, ixtisasından asılı olmayaraq, hər bir müəllim bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Şagirdlərə sözügedən dəyərləri aşılamalı və onları məhz bu ruhda tərbiyələndirməlidirlər. Belə olduğu halda, ictimai və dövlət maraqlarının qorunmasında gənc nəslin iştirakı, rolu artacaq. Bu da dövlətin daha etibarlı qorunmasında öz sözünü deyəcək.

Vidadi XUDAŞOV

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ