Danimarka parlamenti “Şimal axını-2” (“Nord Stream 2”) qaz qaz boru kəmərinin inşasına qarşı yönəlmiş qanun qəbul edib.
Baki-xeber.com xəbər verir ki, Danimarka parlamenti boru kəmərinin ölkənin su sərhədlərindən keçməsini müzakirə edib. Parlament “Şimal axını 2” boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısını almaq üçün qanun layihəsi qəbul edib. Bu qanunla Danimarka “Şimal axını 2” boru kəmərinin ölkənin su sərhədlərindən keçməsinə qarşı çıxıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qanun, Danimarka xarici işlər nazirinə boru kəmərlərinin ölkənin su sərhədindən keçib-keçməməsi barədə qərar qəbul edə bilmək imkanı verir.
Danimarka qanunvericiliyinə əsasən, ölkə sərhədlərindən keçən boru kəmərlərilə bağlı indiyi kimi ətraf mühit siyasəti nəzərə alınırdı. Ancaq yeni qanuna əsasən boru kəmərlərinin Danimarka sərhədindən keçməsinə icazə verilməmişdən əvvəl, kəmərin milli təhlükəsizlik, xarici siyasət və müdafiə siyasətinə uyğunluğu da nəzərə alınacaq.
ABŞ da Rusiyanın "Qazprom" şirkətinin sahibi olacağı “Şimal axını-2” layihəsinin Danimarka sərhədindən keçməsinin əleyhinədir. ABŞ, Rusiyanın bir ölkəni cəzalandırmaq istəyərkən təbii qaz kartından istifadə etdiyini iddia edir.
ABŞ dövlət katibinin köməkçisinin müavini Con Makkarrick, Rusiyadan Türkiyəyə uzanacaq ikitərəfli qaz boru kəməri layihəsi olan “Türk Axını” və Rusiyadan Almaniyaya gedəcək “Şimal axını 2” qaz kəmərinə qarşı olduqlarını bəyan edib.
ABŞ rəsmisi Rusiyadan Almaniya'ya gedəcək “Şimali Axını-2” kəmərinin inşa edilməyəcəyini deyib. Onun sözlərinə görə, “Şimali Axın-2” xətti, Rusiya hökumətinin Ukraynadan Avropaya gedən boru xəttinin istiqamətini dəyişdirərək, Ukraynanı tranzit haqqından məhrum etmək üçün düşündüyü “siyasi bir layihədir”.
O, “Şimal axını-2” qaz kəməri ilə bağlı Rusiyanın qaz nəhəngi “Qazprom” şirkəti ilə avropalı alıcılar arasında razılığa gəlinərsə, avropalı şirkətlərin Amerikanın sanksiyalarına məruz qala biləcəyini deyib.
C.Makkarrick ABŞ-ın eyni zamanda “Türk Axını” layihəsinə də qarşı olduğunu söyləyib.
Danimarka siyasətçilər də, bu layihə reallaşacağı halda Avropanın Rusiyadan daha çox asılı vəziyyətə düşəcəyini deyir. Danimarkanın enerji naziri isə məsələnin tək Danimarkanı deyil, Avropanı da maraqlandırdığını söyləyib.
Belə bir vaxtda, Avropa Şurası “Şimal axını-2” boru kəmərini əhatə edən ölkələr adından danışıqlar aparmağı təklif edib.
“Nord Stream 2 AG”-ın texniki direktoru Sergey Serdyukov bundan əvvəl şirkətin “Şimal axını-2” qaz borusunun Danimarkadan kənar çəkilməsinə dair alternativ variant hazırladığını bildirib.
Qeyd edək ki, “Gazprom”, “E.ON”, “BASF” və “OMV” şirkətləri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri üzrə müqavilə imzalayıblar.
“Şimal axını-2”, hazırda istifadə edilən "Şimal axını"ndan iki dəfə çox qazın Rusiyadan Almaniyaya nəqlini nəzərdə tutur. Kəmərin Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyadan keçməsi planlaşdırılır. Avropa Birliyi, ABŞ, Polşa və bəzi Orta və Şərqi Avropa ölkələri Rusiyadan təbii qaz asılılığına qarşı çıxardığı halda Almaniya layihəni dəstəkləyir.
Kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılması gözlənilir.
TAHİR