şənbə günü, 14 noyabr 2026
     

“Sən Azərbaycan Prezidenti ilə Qarabağ danışıqları aparmaq gücündə deyilsən…”

Image


Ermənistan hakimiyyətinin, o cümlədən də prezident Serj Sarksiyanın Rusiyanın narazılığı və narahatlığına baxmayaraq Avropa İttifaqı ilə yaxınlaşmasının İrəvanda qarşıdakı dövr ərzində hadisələrin siyasi axarına əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənir. Məsələ burasındadır ki, məlum prosesdən sonra Kremldə Ermənistnda hakimiyyət başına Serj Sarksiyanı əvəzləyəcək şəxsin gətirilməsi üzərində daha çox düşünməyə başlayıblar.

Bunun üçün əlverişli məqam qismində gələn ilin aprel ayı müəyyənləşhirilib. Məhz həmin vaxt erməni konstitusiyasında edilən son dəyişikliklərə müvafiq olaraq hakimiyyət baş nazirin əlində cəmləşəcək.

İndiyə qədər erməni iqtidarı tərəfindən aparılan siyasət birbaşa buna yönəlib ki, Serj Sarksiyan baş nazir qismində gələn ilin aprelindən etibarən də ölkənin idarəçiliyini davam etdirsin. Xatırladaq ki, Ermənistan yeni konstitutsiya ilə formal olaraq prezident respublikasından parlament üsul-idarəçiliyinə keçib. 2018-ci ilin aprelindən prezidentlə bərabər hökumət də istefaya getməli və yeni kabinet formlaşdırılmalıdır. Bütün bu prosesləri Serj Sarksiyan özü həyata keçirmək istəyirdi və son günlərə qədər onun istəyinə asanlıqla nail olması da gözlənirdi. Amma Avropa İttifaqı ilə imzalanan saziş vəziyyəti dəyişib. Rusiya Serj Sarksiyana etimadını itirib və onun baş nazir olmasını əngəlləmək, bu posta öz adamını gətirmək niyyətindədir. İndiki halda belə şəxs qismində hazırkı baş nazir Karen Karapetyan çıxış edir. Beləliklə, prooseslər Ermənistanda hakimiyyət dəyişiklyinin olacağını istisna etmir və bu da bir çox sahələrə təsirsiz ötüşməyəcək.

Aydındır ki, Ermənistanda hakimiyyət dəyişiklyinin təsir göstərəcəyi əsas sahələrdən biri məhz Dağlıq Qarabağ münaqişəsi olacaq. Artıq bu xüsusda erməni mediasında da çoxsaylı fikirlərə rast gəlmək mümkündür. Burada hesab edilir ki, Rusiya Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla həm  onu cəzalanıdırmağa, həm Ermənistana istədiyi şərtləri diqtə etməyə, həm də Qarabağ məsələsində istədiyi addımı atmağa nail olmaq istəyir. Bu addım kimi isə zəbt olunmuş ərazilərin bir qisminin Azərbaycana geri qaytarılması nəzərdə tutulur. Hesab olunur ki, Moskva Ermənistanla bağlı bütün bu gedişləri etməkdə israrlıdır, çünki İrəvan Kremlin orbitindən çıxıb Avropaya meyllənməyə cəhd edir. Rusiya İctimai Palatasının üzvü Sergey Markov da bu fonda bildirir ki, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı müqavilə və layihələr Rusiyaya vurulan zərbədir.  Markovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə müqavilə bağlaması Rusiya-Ermənistan münasibətlərinin korlanmasının nəticəsidir: “Mən bu müqaviləni Rusiyaya qarşı hücuma hazırlıq kimi dəyərləndirirəm. Düşünürəm ki, bu müqavilələrin ardı olacaq. Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya Federasiyası arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq. Rəsmi Bakı ilə Moskva münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər“. O qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı, az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir.

Digər rus politoloq Oleq Barabanov bildirir ki, əslində, Ermənistan Avropaya gərək deyil:  “Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan “Troya atı”na çevrilib. Təbii ki, bu da Rusiya-Ermənistan münasibətlərinə öz mənfi təsirini göstərəcək. Ermənistan bilməlidir ki, Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən istifadə olunur”. Ermənistanın bu addımlarının Dağlıq Qarabağ münaqişəsinə təsiri isə qaçılmaz sayılır. Məsələn, Sergey Markov bildirir ki, yaranmış vəziyyətdə Moskva mərhələli həll variantında konfliktin həllini sürətləndirə bilər: “Buna müvafiq olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz, blokadanın ləğv edilməsi və bölgənin hərbisizləşdirilməsinə qarşılıq olaraq boşaldılmalıdır. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə iqtisadi, sosial və humanitar inteqrasiyası başlamalıdır. Ermənistan rəhbərliyinin sülh yoluna çıxmaq üçün mərhəhəli həll formulunu qəbul etməsi məntiqli olardı”. Erməni mediası isə yazır ki, əslində, Sarksiyanın iqtidardan uzaqlaşıdırılmasından sonra bu formulun işə düşməsi tamamilə mümkündür.

Məsələ ilə bağlı “Joxovurd” qəzeti yazır ki, indi Rusiyanın fəal yardımı ilə baş nazir Karen Karapetyan 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyir.
Qəzet qeyd edir ki, Karapetyan artıq baş nazirliklə bağlı təbliğat kampaniyasına başlayıb. Halbuki,  oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə edib İrəvana qayıdandan sonra Sarkisyan özünün baş nazir olmasını, Karapetyana isə baş nazirin birinci müavini olaraq hökuməti idarə etməyi təklif etmişdi. Məlumata görə, o vaxt Karapetyan bununla razılaşıb. Xüsusilə onu “sən Azərbaycan prezidenti ilə danışıqlar aparmağa qadir deyilsən” qorxusu ilə fikrindən daşındırıblar. Bu məsələdə o vaxt Rusiyanın da razılığının alındığı gələn məlumatlar sırasındadır. Lakin sonradan proseslər başqa məcrada inkişaf etməyə başladı. Sarkisyan Brüsseldə Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzaladı. Bununla onun Kremlin istəyinin əksinə çıxması Moskvanı çox narazı salıb. Düzdür, Rusiya rəsmi şəkildə baş verənlərdən narahatlığını bildirməsə də, Kremlə yaxın media orqanlarında İrəvan sərt tənqid atəşinə tutulur. Məsələn, Rusiyanın NTV telekanalının “Görüş yeri” proqramında bu məsələ müzakirəyə çıxarılıb və İrəvan sərt tənqid olunub. Proqramın aparıcısı Olqa Belova isə bildirib ki, Ermənistan hakimiyyəti gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb. Bütün bunlar Ermənistana qarşı Rusiyada hansı əhval-ruhiyyənin hökm sürdüyünü aydın şəkildə nümayiş etdirir. Kremldə hesab edilir ki baş verənlərə görə məsuliyyət Sarksiyanın üzərinə düşür və onun hakimiyyətdən uzaqlaşıdırlması artıq zərurətə çevrilib. Elə  Moskvanın adamı olan Karapetyanın Sarkisyanla razılaşmanı pozaraq baş nazir olmaq üçün kampaniyaya başlaması da Kremlin İrəvanda yeni dəyişikliklərə getmək niyyətini göstərir. Bu fonda erməniləri ən çox düşündürən məsələ Karapetyanın baş nazir olaraq Azərbaycan tərəfi ilə danışıqlar apara bilib-bilməyəcəyidir.
“Joxovurd” qəzeti yazır ki,  baş nazir ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq: “Amma Karapetyan indiyə qədər xarici siyasət və güc strukturları haqda heç bir söz deməyib. O heç vaxt Qarabağ münaqişəsi haqda da bir kəlmə söz deməyib. Ən ağrılı məsələ onun İlham Əliyevlə danışıqlar aparmaq gücündə olub-olmamasıdır”. Amma təhlilçilər belə hesab edir ki, əslində, Karapetyan Qarabağ danışıqlarında Rusiyanın istəklərini icra edəcək. Rusiya isə indiki şəraitdə zəbt olunmuş ərazilərin ən azından bir hissəsini, konkret olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını istəyir. Bundan əvvəl də Kremlin ideoloqu kimi tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin dəfələrlə bəyan edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan ilk növbədə işğal olunmuş 5 rayonu Azərbaycana qaytarmalıdır. Ermənistanda gələn ilin aprelindən sonra gözlənilən hakimiyyət dəyişikliyi fonunda məhz bu istiqamətdə real addımlar atılması gözlənir. Ermənistan tərəfindən bu planın icrasını Moskva birmənalı şəkildə  Karapetyana həvalə etməyi düşünür. Karapetyanın Moskvadan gələn istənilən göstərişi icra edəcəyini isə erməni ekspert Tiqran Xzmalyan da təsdiq edir. Onun sözlərinə görə, Moskvanın Ermənistanda idarə üsulunu dəyişmək istəyi çoxdan özünü göstərirdi. O, Serj Sarksiyanın Avropa İttifaqı ilə imzaladığı saziş fonunda Kremlin bu xüsusda planlarını daha tez həyata keçirmək niyyətində olduğunu bildirir: “Avropa İttifaqı ilə imzalanan saziş qərbyönümlü və antirusiya  mövqeyi kimi qiymətləndirilir. Artıq  bu dəqiqdir ki, Karapetyan məhz rusların göstərişi ilə baş nazir postundan əl çəkməyəcək və bu, Kremlin Ermənistanda cavab gedişidir. Əvvəldən Moskva  Ermənistanda hakimiyyəti dəyişmək, yaxud ən azından Sarkisyana güclü alternativ yaratmaq niyyətində idi. Karapetyanın gətirilməsi də bununla bağlı idi. Sarkisyan Karapetyanın təyinatında Moskvanın iradəsinin əleyhinə gedə bilməzdi, çünki ona oturduğu kabinetin qapılarını açan da məhz ruslar olub. Lakin bu dəfə Avropa İttifaqı ilə imzalanan saziş Sarkisyanı rusların gözündən salıb. Ona görə də hakimiyyətin idarəçiliyi Karapeytana həvalə olunacaq”. Belə vəziyyətdə Qarabağ məsələsində də müəyyən dəyişikliklərin olması istsinalıq təşkil etmir. Yuxarıda qeyd olunduğu kimi, bu məsələdə Karapetyan Moskvadan gələn sifarişlərin icrasını həyata keçirəcək. Bununla da Qarabağ münaqişəsinin həlli istiqamətində mərhələli həll variantının işə düşməsi gözlənir. Digər erməni ekspert Aleksandr Arzumanyan isə bildirir ki, cəmiyyət çoxdan Sarksiyan iqtidarının əvəzlənməsini istəyir: “Ölkədə bütün önəmli biznes sahələrinin başında Qarabağ klanının nümayəndələri yer alıb. Biz Qarabağ üçün mübarizə aparmaq istəyirdik, amma ötən müddət ərzində bütün sahələrdə Ermənistanın müstəqilliyini, suverenliyini itirdik. Bunun əsas günahkarı Qarabağ klanı, o cümlədən də indiki prezident oldu. Bu səbəbdən xalq onların çoxdan dəyişilməsini istəyir”. Bütün bunlar isə yaxın tezlikdə Ermənistanda gözlənilən hakimiyyət dəyişikliyi fonunda Qarabağ məsələsində də müəyyən yeniliklərin olmasını istisna etmir.  Hər halda, hadisələrin inkişaf axarı məhz bu istiqamətdə cərəyan edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ