şənbə günü, 14 noyabr 2026
     

Orxan Pamukun “Qar”ı, İsmayıl Ağayevin icra etdiyi layihə… - FOTO

Image


Türkiyə səfərimiz başa çatdı. Bakıya qayıdan kimi yaxın dostların ən çox verdiyi sual bu oldu: 3-4 gündür görünmürdün, hardaydın? Təbii ki, cavabım “xarici səfərdəydim” kimi olurdu. Əslən Naxçıvandan olan bir dostum gülə-gülə mənə dedi ki, nə əcəb belə deyirsən, axı naxçıvanlılar üçün oralara səfər etmək xaric sayılmır.

Doğrudan da həmin yol mənim üçün yad deyildi. İki qardaş ölkəni birləşdirən “Ümid körpüsü” açılan kimi sərhədi ilk keçənlərdən olmuşam. Yaxşı yadımdadır, bu, mərhum prezident Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi, mənim isə orta məktəbdə oxuduğum vaxta təsadüf edirdi. İlk dəfə İğdırı onda gördüm. 90-cı illərin əvvəlindəki İğdırla indikinin arasında fərqi, sadəcə, müqayisə edəcəm – o vaxtkı İğdırın küçələrində yalnız at arabalarına rast gəlinirdisə, indiki şəhər müasirliyilə seçilən böyük bir alış-veriş mərkəzinə  dönüb. Səfər proqramımızda Qarsı da ziyarət etmək vardı. Qars mənə daha çox ədəbiyyat üzrə Nobel mükafatı alan Orxan Pamukun müəllifi olduğu “Qar” romanını oxuyandan sonra maraqlı gəlməyə başladı. Həmin əsərin də süjet xətti qış fəsli ilə bağlıdır. Demək ki, qismət belə imiş, Orxan Pamukun “Qar”ı ilə tanıdığım Qarsı İsmayıl Ağayevin icra etdiyi layihə çərçivəsində real görəcəkmişim. Səfərdə iştirak edən 11 nəfər nümayəndənin hamısı səhər saat 6-00-da Bakı Hava Limanında idi. Birinci reyslə Naxçıvana uçduq. Artıq əvvəlcədən sifariş edilən iki mikroavtobus bizi orada gözləyirdi. Layihənin əsas icraçılarından olan Samir Adıgözəlli bizi yaman tələsdirirdi: “Tez edin, kənd camaatı Daşburunda bizi gözləyir”. Daşburun İğdıra yaxın olan və əslən azərilərin yaşadığı bir kənddir. Proqrama ona görə salınıb ki, həmin kənddə daha çox bizim “Axırıncı aşırım” filmindən tanıdığımız Kərbəlayi İsmayılın məzarı var (Söhbət həmin rolu oynayan aktyordan deyil, real personajdan gedir - M.Q.). Bolşevik hökuməti qurulandan sonra bu qəhrəman soydaşımız erməni və sovetlərin əlindən canını götürüb Araz çayının o birisi tərəfinə keçib. Kənddən baxanda indiki Ermənistan açıq-aydın görünür. Yəqin ki, Kərbəlayi İsmayıl bəyin tez bir zamanda geri dönəcəyinə dair inamı böyük olub ki, özünə məhz sərhədə yaxın yeri məskən seçib. Kənd məzarlığında Kərbəlayi İsmayıla ucaldılan gözəl bir abidə gördük. Məlum oldu ki, məzarlığın təmiri və abidənin ucaldılması Qarsdakı Baş Konsulluğumuzun əməyi və bəzi xeyirxah insanların diqqəti sayəsində ərsəyə gəlib. Bizə bildirdilər ki, məzarlıqdakı son təmir işləri əslən İğdırdan olan Azərbaycan əsilli iş adamı İsaq Yaycılı tərəfindən həyata keçirilib. Daşburun sakinləri, Qarsdakı konsulumuz Nuru Quliyevin, İğdırda fəaliyyət göstərən bir neçə dərnək rəhbərinin iştirakı ilə Kərbəlayi İsmayılın məzarına əklillər qoyduq, onun verdiyi mücadilədən danışıldı, ruhuna dua oxundu.

Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihənin davamı olaraq nümayəndə heyəti yerli ictimaiyyətlə birgə İğdırdakı Soyqırım Muzeyini ziyarət etdi və burada ermənilər tərəfindən bu bölgədə törədilən soyqırım faktlarını özündə əks etdirən materiallar haqda verilən məlumatı dinlədik. Soyqırım abidəsinin qarşısında Azərbaycan-Türkiyə QHT-ləri adından Ermənistan əsirliyində saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz bəyanatı oxundu. Eyni zamanda, nümayəndə heyəti İğdırda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, onun adını daşıyan parkla tanış oldu. Nümayəndə heyətimiz İğdır valisi Ənvər Ünlü tərəfindən də qəbul edildi. Vali ilə söhbət zamanı Azərbaycan və Türkiyə ictimai təşkilatlarının yaxından əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşdə BDM sədri İsmayıl Ağayev səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan QHT-ləri adından valiyə hədiyyə təqdim etdi. Qarşılıqlı fikir mübadiləsi zamanı qərara alındı ki, bu tip əməkdaşlıqlar gücləndirilsin. İsmayıl Ağayevin hər iki ölkənin şəhid ailələrinin qarşılıqlı səfərlərilə bağlı etdiyi təklif vali tərəfindən qəbul edildi və qərara alındı ki, yaxın zamanlarda 10 şəhid ailəsi İğdıra səfər etsin. Vali söz verdi ki, həmin ailələrin sonra Çanaqqalaya səfəri də onlar tərəfindən təşkil olunacaq.

Daha sonra nümayəndə heyətimiz Azərbaycanla bağlı fəaliyyət göstərən bir dərnəkdə oldu. Günün sonunda isə İğdırda yerli QHT-lərdən birinin ofisində bir neçə qurum təmsilçisi ilə aramızda fikir mübadiləsi aparıldı. Diqqətçəkən məqamlardan biri Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının fəaliyyət göstərməsindən hər iki tərəfin dərin narahatlıq keçirməsi idi. Qərara alındı ki, bu istiqamətdə fəaliyyət davam etdirilsin. Nümayəndə heyətimiz ölkəmizdə həyata keçirilən “Stop Metsamor” kampaniyası barədə yerli QHT-lərə ətraflı məlumat verdi. İğdır Əczaçılar Odasında Azərbaycan-Türkiyə QHT-lərinin xüsusilə bu bölgədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq perspektivləri mövzusunda görüşün davamında bir sıra digər problemlər ətrafında da diskusiya aparıldı. BDM sədri İ.Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, İğdır Əczaçılar Odası başqanı Nazım Karadağ, İğdır-Azərbaycan Dil, Tarih və Kültür Birliyi Dərnəyinin başqanı Ziya Zakir Acar, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə və başqaları çıxış etdilər, QHT-lərin əməkdaşlıq perspektivləri və ictimaiyyəti narahat edən problemlər, Azərbaycanla Türkiyə arasında viza məsələsi və s. məqamlar ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.

Səfərimizin birinci gününün sonunda Qarsa yola düşdük. Çünki növbəti günlər üçün səfər proqramımız həmin şəhərlə bağlı idi. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində Qarsda da səmərəli görüşlər keçirildi.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, “Bakı-Xəbər” qəzetinin əməkdaşı olaraq mən, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev daxil idilər.

Məlum olduğu kimi, İğdır-Qars yolu belə zamanlarda həm təhlükəsizlik, həm də buz olması baxımından asan qət edilən deyil. Bütün səfər boyu bizi Türkiyənin Jandarm Qüvvələrinin bir qrup əməkdaşı bir neçə avtomobillə müşayiət edirdilər. Fürsətdən istifadə edib bu diqqətə görə də qardaş ölkəyə təşəkkür edirəm. Qars bizi öz təbiətinə uyğun şəkildə qarşıladı. Havanın temperaturu mənfi 15-20 dərəcə arasında dəyişirdi. Nümayəndə heyətimiz Qarsın gözəl otellərindən olan “Böyük Kale”yə yerləşdi.

Ardı var...

Məhəmmədəli QƏRİBLİ
Bakı-İğdır-Qars



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ