şənbə günü, 14 noyabr 2026
     

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun yeni proseslər başlanır

Image


Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropada mövqelərinin daha da güclənəcəyi indi Ermənistanda da kifayət qədər açıq etiraf olunan fakta çevrilib. Burada hesab edilir ki, “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan qarşısına qoyduğu məqsədə çatdı. Belə ki, burada ərazi bütövlüyü məsələsi qəti və aydın şəkildə qoyuldu və Avropa da daxil olmaqla, bütün dünya Dağlıq Qarabağı və işğal altındakı digər rayonları Azərbaycan ərazisi kimi tanıyır. Elə bu səbəbdən də “Şərq Tərəfdaşlığı” sammiti Ermənistanın diplomatik məğlubiyyətinin növbəti mərhələsi sayılır.

Digər maraqlı məqam  Ermənistanla Avropa İttifaqı arasında imzalanan sazişdir.  “Aykakan Jamanak” qəzeti yazır ki, bu saziş mütləq Moskva-İrəvan münasibətlərinə təsir göstərəcək. Çünki belə bir sazişə getməklə indiyə qədər Moskvanın kölgəsində yatan İrəvan artıq hamisinin üzünə ağ olmağa başladığını da göstərir. Məsələ ilə bağlı  “Aykakan Jamanak” qəzeti yazır ki, Avropa İttifaqı ilə imzalanan sazişin icrası istiqamətində addımlar atılması Kremli Ermənistana qarşı daha çox qəzəbləndirəcək. Bu səbəbdən qəzet qarşıdakı günlər ərzində Ermənistanı kifayət qədər böyük problemlər gözlədiyini də yazır.  Erməni politoloq Arman Qevorkyan da bildirir ki, razılaşmanı Ermənistan parlamenti, həmçinin, Avropa İttifaqına daxil olan 28 ölkənin parlamenti təsdiqləməlidir: “Bütün bunlar üçün ən azı bir il vaxt lazımdır. Yəni indiki məqamda bu razılaşma heç nə vermir. Perspektivdə isə bu sənəd Ermənistana Avropa İttifaqının bəzi proqramlarında iştirak etmək hüququ tanıyır. Razılaşma Ermənistanın Avropa İttifaqının azad ticarət zonasına daxil olmasını nəzərdə tutmur. Ermənistan sadəcə bu bazarda müəyyən imtiyazlar alır, lakin bazar tamamilə açılmır. Bununla belə, saziş Ermənistanı Avropaya müəyyən qədər yaxınlaşdırır. Amma bu yaxınlaşmadan Ermənistana böyük yatırımlar edən və bu ölkə ilə bağlı öz planları olan Rusiyanın qətiyyən xoşuna gəlmir. Sazişdə nəzərdə tutulanlar icra olunduqca Moskvanın əsl qəzəbini görəciyik. Yəqin ki, belə vəziyyətdə, bir çox sahələrlə yanaşı, Dağlıq Qarabağ məsələsində də Ermənistanı çətin günlər gözləyir. Azərbaycanın bu fürsətdən maksimal dərəcədə istifadə edəcəyi də heç bir şübhə doğurmur”.

Maraqlıdır ki, İrəvanın Brüsseldə Avropa İttifaqı ilə hərtərəfli, genişləndirilmiş tərəfdaşlıq razılaşmasını imzalamasından sonra Ermənistanın daha çox  “Putin ittifaqı” adı ilə məhşurlaşan Avrasiya İqtisadi İttifaqını tərk etməsi yenidən gündəmə gətirilib. Bu dəfə də məsələni gündəmə parlamentdə təmsil olunan “Yelk” fraksiyası gətirib. Erməni mediası yazır ki, hakimiyyətin xeyir-duası olmadan sözügedən fraksiyanın ikinci dəfə bu məsələni gündəmə gətirməsi mümkünsüz görünür. “Yelk” fraksiyası mövqeyini belə əsaslandırır ki, Rusiya Azərbaycanı silahlandırır, Ermənistanın suverenliyini məhdudlaşdırır. Xüsusən də ittifaqa qoşulmağın Ermənistana ciddi iqtisadi mənfəəti olmayıb. Ona görə də bu ittifaqda qalmaq düzgün deyil. Fraksiyanın rəhbəri Nikol Paşinyan bildirir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü nəinki ölkənin iqtisadi inkişafı və təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı vəd edilən nəticələri verməyib, hətta Ermənistanın bütün sahələrdə, o cümlədən  insan haqları, demokratiya,  iqtisadi  göstəricilərinə mənfi təsir edib: "Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkənin suverenliyi, təhlükəsizliyi, normal iqtisadi və siyasi inkişafı, Qarabağ probleminin ədalətli həlli üçün ciddi risq təşkil edir". O, Avropa İttifaqı ilə assosiasiya və dərin hərtərəfli azad ticarət zonası yaratmağın daha vacib olduğunu bildirir. Hakim Respublika Partiyası fraksiyasının üzvü, deputat Samvel Nikoyan da qeyd edir ki, Rusiyanın Azərbaycana silah satması qəbuledilməzdir və hakimiyyət bu məsələdə müxalifətlə razıdır. Beləliklə, qeyd edilənlər Ermənistanın Rusiyaya qarşı indi hansı mövqedə olduğunu çox aydın şəkildə nümayiş etdirir. Buna isə Moskvanın kəskin reaksiya göstərəcəyi Ermənistanın özündə belə qətiyyən şübhə doğurmur. Bunu rusiyalı politoloq Aleksey Fenenko də təsdiq edir. O hesab edir ki, Avropa İttifaqı Ermənistan vasitəsilə Rusiyaya qarşı növbəti gedişlər edir və İrəvanın bu oyunda yer alması Rusiya üçün qəbuledilməzdir. Ekspert hesab edir ki, Avropa İttifaqı Ermənistanla imzaladığı sazişlə iki hədəfə nail olmaq istəyir: “Burada birinci hədəf Avrasiya İqtisadi İttifaqını çökdürməkdir. Çünki Ermənistan Avropa iqtisadi zonasına daha geniş qoşularsa, bu, Avrasiya İqtisadi İttifaqının gömrük sisteminin dağılması və baza əsaslarının məhv olması ilə nəticələnə bilər. İkinci hədəf Ermənistanın daxilində anti-Rusiya seqmentini dəstəkləmək və Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eləcə də Avrasiya İqtisadi İttifaqından çıxarmaqdır”. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu sazişdən daha çox Rusiyanın qarşısında alver kartı kimi istifadə etməyə cəhd göstərir: “Rusiyaya deyirlər: “Ya siz bizi Qarabağ məsələsində dəstəkləyirsiniz, ya da biz özümüzə yeni tərəfdaşlar tapırıq. Lakin Ermənistan bir məqamı unudur. İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqsa, Azərbaycan və Türkiyə qarşısında avtomatik olaraq tək qalacaq. Digər tərəfdən, Rusiyadan üz döndərmək Ermənistan üçün ciddi iqtisadi itkilərə səbəb olar. Ermənistan Avropa İttifaqı ilə tam şəkildə yaxınlaşsa, bu, regionda strateji vəziyyəti partlada bilər”. Ekspertlər dairəsində hesab olunur ki, Rusiya “yolunu azan” İrəvanı cəzalandırmaq üçün siyasi, iqtisadi, hətta hərbi müstəvidə sərt addımlar atacaq. Ermənistan ictimaiyyətini ən çox narahat edən də budur. Artıq erməni mediasında Rusiyanın müdaxilə ssenariləri də müzakirə olunmaqdadır. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Rusiya təbliğat kampaniyasını sürətləndirəcək: “Lakin bununla kifayətlənməyəcək. Moskva ilk növbədə Ermənistan daxilində siyasi konfiqurasiyanı yönləndirərək bu sazişin kağız üzərində qalmasına çalışacaq. Yaxın gələcəkdə Ermənistanda Moskvanın əhəmiyyəti haqda danışanlar ortaya çıxacaq. Onlar arqument gətirəcəklər ki, Rusiya Qarabağ münaqişəsinin həllinə kömək edəcək və Avropa İttifaqı ilə saziş Ermənistana itkilər gətirə bilər. Lakin Rusiyanın müdaxiləsi daha sərt və ağır da ola bilər. İstisna deyil ki, müəyyən ərazilərə nəzarət elə Rusiyanın köməyiilə Azərbaycana qaytarılsın”.

Digər rusiyalı politoloq Maksim Şevçenko da bildirir ki, yaranmış situasiyada Rusiya Türkiyə və İran kimi ölkələrin də  Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllində iştirakına imkan yaradaraq konfliktin çözümü istiqamətində vacib yeniliklər edə bilər. O,  “Vestnik Kavkaza” saytına açıqlamasında bildirib ki, Avropa İttifaqının məlum addımları fonunda Rusiya Qarabağda baş verənləri diqqətlə izləməyə borcludur: “Hazırkı zamanda Rusiya həm Bakı, həm də İrəvanın nəbzini əlində saxlamalıdır. Söhbət ilk növbədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının azad edilməsi və vətəndaşlarının buraya qayıtmasından gedir. Azərbaycanla Ermənistanın qonşuları onlara bu problemi həll etməkdə yardım edə bilər. Məncə, ssenari belə olmalıdır: İlkin mərhələdə Dağlıq Qarabağdakı erməni əhalisinə zəmanət verilməli və azərbaycanlı əhali işğal olunmuş ərazilərə geri qaytarılmalıdır. Ola bilsin ki, Rusiya qoşunları burada sülhməramlı kimi çıxış etsin və ya ola bilər ki, burada Rusiya, Türkiyə, İran ordularından ibarət sülhməramlılar yaradılsın. Hələlik bu daha az real görünür. İkinci mərhələdə Azərbaycan və Ermənistandan olan qaçqınların geri dönüşü üçün daha genişmiqyaslı proses başladılmalıdır. Xatırladıram ki, Ermənistan ərazisindən 500 min azərbaycanlı qovulub. Bundan sonra Azərbaycan ərazilərinin suverenliyi tanınmalı və Qarabağın statusu ilə bağlı müzakirələr başladılmalıdır.Hazırda Rusiya, Türkiyə və İrandan başqa heç kim Qarabağın həllində maraqlı deyil. Avropa İttifaqına  dolayısı yolla maraqlıdır ki, Cənubi Qafqazda sülh olsun. Bununla Avropaya gedən enerji marşrutlarının təhlükəsizliyi təmin edilsin. Lakin Avropa İttifaqı öz sözünü deyə bilmir, çünki burada Amerika siyasəti əsas rol oynayır. Amerikalılar isə bu regionun daimi destabilizasiyasında maraqlıdırlar”.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişi imzalaması regionda yeni vəziyyət yaradır. Bu vəziyyət isə Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Ən azından ona görə ki,  Ermənistan bu sazişlə üzv olduğu KTMT və Avrasiya İttifaqına zidd bir razılaşmaya daxil olub. Belə demək olarsa, Ermənistan bununla bir əlində iki qarpız saxlamaq istəyir, ancaq görünən odur ki, Kreml buna imkan verməyəcək. Digər tərəfdən, İrəvan Qarabağ məsələsində də Avropa İttifaqından istədiklərini ala bilməyəcək. Çünki “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Elə bunun nəticəsidir ki, artıq  Avropa İttifaqı  tərəfindən Birliyə daxil olan ölkələrə məxsus şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti qəti şəkildə qadağan olunub. Bütün bunlar onu göstərir ki, Brüssel sammiti Azərbaycan xarici siyasətinin daha bir uğuru kimi dəyərləndirilə bilər və eyni zamanda bu sammit Qarabağ münaqiəşsi ətrafında fərqli bir vəziyyət də yaradıb. Bunun nəticələrinin yaxın tezlikdə özünü göstərəcəyi də şübhə doğurmur. Avropa İttifaqı  və Avrasiya İqtisadi İttifaqı arasında qalan Ermənistanın isə, ümumiyyətlə, siyasi, iqtisadi, hərbi, diplomatik müstəvidə daha böyük problemlər yaşaması proqnozlaşdırılır. Təbii ki, bütün bunlar nəticə etibarı ilə Qarabağ konfliktində də müəyyən yeniliklərə rəvac verəcək. Bu yeniliklərin axın istiqaməti isə indiki şərtlər daxilində Azərbaycanın maraqalrına tam şəkildə cavab verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ