Amerikalı ekspert Ermənistan hökumətinin bütün dünyaya təhdid olduğunu bəyan etdi

img

Ermənistan hökuməti bütün dünyaya təhdiddir. Trend-in məlumatına görə, bunu ABŞ-dan olan siyasi təhlilçi Piter Teys Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etno-mədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib: "Təəssüflər ki, Azərbaycan terrorist hökuməti olan Ermənistanla qonşudur. Mən öz araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya bir təhdiddir. Təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlar qarşısında susqunluq nümayiş etdirirlər. Mən dünya ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə diqqət yetirməyə çağırıram”.

“Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib. Bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb” – deyən Piter Teys bildirib ki, Ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan Qərb də əziyyət çəkir (APA). 

Son xəbərlər