şənbə günü, 14 noyabr 2026
     

Erməniləşdirilmiş türk-alban abidələri beynəlxalq siyahılarda…

Image


Təzəgül Yusifova: “Ermənilər hədsiz dərəcədə tarixi və siyasi həyasızlıq edərək alban-türk abidələrini öz adlarına qeydiyyatdan keçiriblər”
Fariz Xəlilli: “Ermənilərin UNESCO-ya təqdim etdiyi abidələr qədim qıpçaq türklərinin mədəniyyətinə aiddir”
Füzuli Sabiroğlu: “İslam dininin Qafqazda yayılmasından sonra çox təəssüf ki, bu abidələr onların əsl sahibləri üçün “yadlaşdı”
Zaur Əliyev: “Ermənilər bununla saxtakar əməllərini davam etdirirlər”

 

Tarixi torpaqlarımızda məskunlaşan ermənilər yalnız torpaqlarımıza deyil, eyni zamanda da qədim türk-alban mədəniyyətinə mənsub olan abidələrə sahib çıxırlar. İndiki Ermənistan ərazisində yerləşən bir sıra abidələr var ki, onlar sırf türk-alban mədəniyyətinin tarixini əks etdirir. Zaman-zaman Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər.

Bununla kifayətlənməyib, türk-alban, qıpçaq xristian məbədlərini erməni abidələri adı ilə UNESCO-ya təqdim edirlər. Hətta bir neçə abidə “erməni mədəniyyətinin nümunəsi kimi” UNESCO-nun siyahısına salınıb. UNESCO-ya erməniləşdirilərək daxil edilən abidələrdən biri qədim türk-alban, qıpçaq-xristian abidəsi olan “Göy Mələkləri məbədi”dir. Tarixçilərin verdiyi məlumata görə, məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilib.

Tədqiqatçılar yazırlar ki, məbədin mozaik tərtibatlı interyeri və tetrakonxları inşa zamanı yunan memarlığından təsirlənmələri sübut edir. Abidə 2000-ci ildə Üçkilsə abidələri ilə birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Yerəruyk bazilikası da ermənilərə məxsus deyil. Amma onlar bu abidəni də öz adlarına çıxıblar.

Yerəruyk bazilikası-Yerəruyk məbədi Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçay çayının sol sahilində yerləşir və qədim türk  məbədidir. Məbədin bütün yan divarları salamat qalıb, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılıb. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV-V yüzillərdə tikilməsi qənaətindədirlər.

Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan Respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastrının yerləşdiyi ərazi tarixən türk boylarının ana yurdu olub. Şörəyel (Şirək) el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır. Tarixçilər yazırlar ki, məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlayıb.

Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınıb.

Ermənilər tərəfindən UNESCO-nın Ümumdünya İrs Siyahısına salınan digər qədim abidələrimizdən biri də Saqakat kilsəsidir. Qədim türk-alban məbədi kimi tarixdə adı çəkilən abidə-məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynayan saklara məxsus olduğunu birmənalı şəkildə sübut edir. Məbədin ətrafında tarix boyu türk tayfaları yaşayıb.

Bir neçə məbədin adını qeyd etməklə ermənilərin abidələrimizi özününküləşdirməsi faktını bir daha önə çəkmək istəyirik. Ermənilər abidələrimizi öz adlarına çıxaraq dünyanın hər yerində öz mədəniyyət nümunələri kimi təqdim edirlər.

Ermənilər öz siyasətlərini tarix üzərində, mədəniyyət abidələri üzərində daha pis formada həyata keçirirlər. Məkr və hiyləni özlərinə həyat tərzi seçən ermənilər nəinki türk-alban, qıpçaq-xristian abidələrinə əl uzadır, hətta Ermənistan ərazisində yerləşən yunan məbədlərinə də iddia edirlər. Bir sözlə, ermənilər Qərbi Azərbaycanın tarixini saxtalaşdırmaqda davam edirlər.  

Qədim türk-alban, qıpçaq-xristian abidələrinin erməniləşdirilərək UNESCO-ya təqdim edilməsi hiddət doğurur. Tarixçilərin bildirdiyinə görə, qədim dövrlərdən Qərbi Azərbaycan ərasizində qıpçaq türkləri və oğuz türkləri yaşayıb. Onlar bildirirlər ki, qıpçaq türkləri müsəlmanlığı qəbul etməyiblər, öz dədə-baba xristian dininə sadiq qalıblar. Bu gün erməni adı altında təqdim edilən abidələr də alban-türk, qıpçaq-xristian mədəniyyətinə aiddir və onların ermənilərlə heç bir əlaqəsi yoxdur. 

Tarixçilər yazırlar ki, ermənilər tarixdə, əslində, heç vaxt mövcud olmayan “Böyük Ermənistan imperiyası” barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ”tarixi torpaqları” kimi qələmə verirlər. Azərbaycanda və indiki Ermənsitan ərazisindəki bütün alban-xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.

Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində bildirdi ki, ermənilərin UNESCO-ya təqdim etdiyi abidələrin türklərə mənsub olmasını sübut edən yüzlərlə fakt var. Onun sözlərinə görə, ermənilər bu işlə hələ keçən əsrin 90-cı illərindən başlayıb və bizim abidələri bu mötəbər qurumda qeydiyyata aldırıblar: “O vaxt biz onlara etiraz etməli idik. Ermənilər hədsiz dərəcədə tarixi və siyasi həyasızlıq edərək, alban-türk abidələrini öz adlarına qeydiyyatdan keçiriblər. Bu abidələr bizim qədim tariximizlə sıx bağlıdır. Hesab edirəm ki, onların xalqımıza aid mədəniyyəti özününküləşdirməsi ilə bağlı aidiyyəti qurumlara səsimizi çatdırmalıyıq”.

Tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə ekspert Vaqif Əsədov məqalələrindən birində qeyd edib ki, Qafqaz Albaniyası dövlətinin ərazisi, çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edib: “Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif tayfalar yaşayıblar. Bunların içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil ediblər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Heredot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaradıblar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir…”.

“Miras” İctimai Birliyinin rəhbəri, tarixçi Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, ermənilərin UNESCO-ya təqdim etdiyi və qeydiyyata aldırdığı abidələr onların deyil, xristian qıpçaq türklərinə məxsusdur. O bildirdi ki, tarixən Qərbi Azərbaycanda, Göyçə gölü ətrafında yaşayan qıpçaqlar qriqorian təriqətinə tapınıblar: “Ermənilərin UNESCO-ya təqdim etdiyi abidələr qədim qıpçaq türklərinin mədəniyyətinə aiddir. Həmin xristian qıpçaq türkləri qriqorian idilər. Bu abidələr onlarla bağlıdır. Bilirsiniz ki, “Kitabi-Dədə Qorqud” boylarında Şövklü Məlik, Qıpçaq Məlik kimi şəxslərin adları çəkilir. Onlar həmin xristian qıpçaq türkləridir. Bu qıpçaq türklər uzun əsrlərdir öz ata-baba yurdlarında yaşayırlar. Sonradan həmin türklər erməniləşdilər. Bu gün o ərazidə yaşayan “erməni”lər, əslində, qıpçaq türklərinin balalarıdırlar. Ermənilər isə ora bildiyimiz tarixdə köçürülüb. Müsəlmanlığı qəbul edən albanlar bizlərik, xristian qalan albanlar isə qıpçaq türkləridir. Odur ki, UNESCO-ya qıpçaq türklərinə aid abidələr təqdim edilib”.

O, bu abidələrin erməni adı ilə təqdim edilməsinin normal hal olmadığını da qeyd etdi.

Tanınmış tədqiqatçı-jurnalist, Qərbi Azərbaycan tarixi ilə bağlı araşdırmaların müəllifi Füzuli Sabiroğlu bizimlə söhbətində bildirdi ki, o, ermənilərin bu addımını narazılıqla qarşılayır. F,Sabiroğlunun sözlərinə görə, qədim qıpçaq türklərinə aid olan, türk-alban mədəniyyəti nümunələrinin erməni adı ilə UNESCO-ya təqdim edilməsi faktının mövcudluğu yolverilməzdir. O qeyd etdi ki, ömrü boyu saxtakarlığa adət edən ermənilərdən hər şey gözləmək olar: “Burada təəccüblü bir şey görmürəm. Çünki alban, qıpçaq-xristian məbədlərinin erməniləşdirilməsi prosesi artıq 3-4 əsrdir gedir. İslam dininin Qafqazda yayılmasından sonra çox təəssüf ki, bu abidələr onların əsl sahibləri üçün “yadlaşdı”. Ermənilər də bu fürsətdən istifadə etdi. Nə SSRİ dövründə, nə də indi bu abidələr ətrafında bizim alimlərimiz tərəfindən fundamental araşdırmalar aparılmayıb. Bildiyimə görə Azərbaycanda nə alban əlifbasını, nə də erməni-qıpçaq dilini mükəmməl bilən mütəxəssislər yoxdur. Nəticəsi də budur. Ermənilərin bizə aid abidələri öz adları ilə UNESCO-ya daxil etməsinə münasibətim mənfidir. Bu, düşmənin bizə qarşı həyata keçirdiyi təxribatın, tariximizi mənimsəmənin nümunələrindən biridir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də ermənilərin keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan xalqına aid mədəniyyət abidələrini öz adları ilə UNESCO-ya təqdim etməsini narazılıqla qarşılayır. Alim hesab edir ki, türk-alban mədəniyyətinə aid abidələrin erməniləşdirilməsi böyük tarixi saxtakarlıqdır: “Qərbi Azərbaycan ərazisində yerləşən xristian türk abidələrinin erməniləşdirilərək UNESCO-ya təqdim edilməsinə və qeydiyyata alınmasına münasibətim mənfidir. Ermənilər bununla saxtakar əməllərini davam etdirirlər”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ