çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

BTQ-yə bütün dünya miqyasından dəstək reaksiyaları başladı…

Image


“Bakı-Tiflis-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”.

G. Sereteli bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: “Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.”.

Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıq Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələrlə sübut olunur: “Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu olduqca vacibdir.  Tarixi Bakı-Tiflis-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək”.

Yıldırım “…möhkəmləndirəcək” dedi…

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu Türkiyə-Azərbaycan münasibətlərində vacib aspektdir. “Trend”-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətləri daha da möhkəmləndirəcək.

B.Yıldırım vurğulayıb ki, Türkiyə bu cür vacib layihənin reallaşdırılmasından qürur duyur.

Yankauskas: “BTQ möhkəm nəqliyyat əlaqələrini təmin edən vacib halqadır”

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu Avropa İttifaqı (Aİ) ilə Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə Mərkəzi Asiyaya çıxmaqla, Çin arasında möhkəm nəqliyyat əlaqələrini təmin edən vacib halqadır. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas qeyd edib ki, bu cür layihələr daha dinamik ticarət və Aİ, Cənubi Qafqaz və Asiya arasında sərnişin və yük daşımaları üçün geniş imkanlar açır: “Aİ davamlı olaraq bizə qonşu ölkələrdə, xüsusilə də tərəfdaş ölkələrdə bu cür interkonnektorları dəstəkləyir”.

TBMM üzvləri Bakı-Tiflis-Qars dəmir yolunun açılışını yüksək qiymətləndirib

“Çindən başlayan dəmiryolu xətlərinin Azərbaycandan Türkiyəyə, buradan da Avropaya keçməsi tarixi “İpək yolu”nun bərpası baxımından  mühüm əhəmiyyətə malikdir. Bu proseslərdə Azərbaycanın mərkəzi ölkələrdən biri halına gəlməsi Türkiyə üçün də önəmlidir. Biz Azərbaycandakı sabitliyə və inkişafa daima xüsusi əhəmiyyət vermişik”.

Bu sözləri APA-ya açıqlamasında Cumhuriyyət Xalq Partiyası (CHP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, Ardahan millət vəkili Öztürk Yılmaz deyib. O, Türkiyə XİN-də idarə rəisi olanda Azərbaycanla bağlı məsələləri daim ön planda tutduğunu deyib: “Biz iki ayrı dövlət olsaq da, tamamilə bir millətik. Azərbaycanı Türkiyədən ayırmırıq. Sabitlik və iqtisadi inkişaf Azərbaycanı bölgənin lider ölkəsi halına gətirdiyi kimi, erməni işğalı altındakı torpaqlarının  azad edilməsində də həlledici rola malik olacaq. Cərəyan edən proseslər göstərir ki, Azərbaycanın erməni işğalı altındakı torpaqlarını xoşluqla geri qaytarmağı işğalçılar istəməyəcəklər, bu işin sülh yoluyla həll edilməsi ehtimalının azlığı Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən iri miqyaslı layihələrin önəmini daha da artırır. Bizim üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən başqa alternativ ola bilməz. Ölkələrimiz arasındakı münasibətlər dərinləşdikcə bölgəmiz daha çox sabitliyə qovuşacaq, insanların həyatının rifah səviyyəsi yüksələcək”.

Böyük Millət Məclisi Məskunlaşdırma, abadlaşdırma, nəqliyyat və turizm komissiyası sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli millət vəkili İlyas Şəkər isə açılışı Asiyanı Avropaya birləşdirən tarixi hadisə adlandırıb: “Bakı-Tiflis-Qars dəmir yolu təkcə iki ölkə və bölgə üçün deyil, qitələri birləşdirən bir infrastruktur layihəsi olması baxımından tarixi əhəmiyyət kəsb edir. Layihənin gündəmə gətirilməsində və tərəddüdsüz şəkildə həyata keçirilməsində iki qardaş ölkənin prezidentləri - hörmətli Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin və baş nazirimiz hörmətli Binali Yıldırımın misilsiz rolu olub. Bu dəmir yolu, hər şeydən əvvəl, bölgənin  iqtisadi baxımdan inkişafına, sərnişin və yükdaşıma tələblərinin daha sürətlə və qüsursuz şəkildə həyata keçirilməsinə önəmli dərəcədə kömək edəcək. Dəmir yolu xəttinin təkcə Qafqaz ölkələrinin yox, Orta Şərq, Balkan ölkələri və Qərbi Avropanın da ehtiyaclarını təmin etməsi baxımından da böyük əhəmiyyəti olacaq. Azərbaycan torpaqlarını işğal edərək uzun müddətdən bəri işğal altında tutan Ermənistan bu layihənin reallaşmasından öz payına düşən dərsi çıxarmalı, bölgədə sülhə və əmin-amanlığa ən böyük əngəl olan işğalçılıq siyasətindən vaz keçərək, Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalı, Türkiyəyə qarşı qondarma ittihamlarından vaz keçməlidir. Bölgədə bu cür irimiqyaslı müştərək layihələr həyata keçirildikcə, sülhsevər ölkələr qazanacaq, işğalçılar isə itirəcəklər”.

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, Antalya millət vəkili Mehmüt Günal Türkiyə-Azərbaycan qardaşlığının daha da pərçimləndiyini vurğulayıb: “Eyni etnik mənşədən gələn, eyni dildə danışan, eyni dinə mənsub olan iki qardaş ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə dərinləşməsi üçün əsaslı layihələrin həyata keçirilməsi lazımdır. Bakı-Tiflis-Qars dəmir yolu “Bir millət, iki dövlət” arasında bu cür örnək layihə olmaqla qalmayıb, bir ucu Türkiyədən Avropaya, o biri ucu Azərbaycandan Çinə qədər uzanacaq. Yəni, tarixi “İpək yolu” bərpa ediləcək. Türkiyə-Azərbaycan qardaşlığı bununla həm Avropada, həm Qafqazda, həm də Orta Asiyada böyük nüfuz  və dəstək qazanacaq. Sülh yolu olan bu dəmir yolunun öz işğalçı və böhtançı siyasətləriylə bölgəni qarışdırdan Ermənistana qarşı da dərin bir mesaj olduğunu görməyimiz lazımdır. İşğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmadığı müddətcə Ermənistan bölgədə daha çox tənhalığa məruz qalacağını bu gün bir daha görməliydi”.

Amerikalı ekspert: “Bakı-Tiflis-Qars dəmir yolu bir çox ölkə üçün faydalı layihədir”

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bir çox ölkə üçün faydalı layihədir. Bunu isə agentliyə Mərkəzi Asiya üzrə ekspert Brüs Panyer deyib.

Onun sözlərinə görə, bu dəmir yolu təkcə Şərqlə (Çin və Mərkəzi Asiya) Qərbi (Avropa) yox, həm də Şimalla (Rusiya) Cənubu (İran və Fars körfəzi) birləşdirəcək: “Beləliklə də, onlarla ölkə BTQ dəmir yolunun işə düşməsindən xeyir götürəcək”.

Ekspert vurğulayıb ki, BTQ sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə onlarla ölkədən məhsulları ixrac və idxal edə bilər.

B.Panyer əlavə edib: “Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan ilk növbədə yeni ixrac marşrutu əldə edəcək, ikincisi isə tranzit ölkə qismində möhkəmlənəcək”.

 “Bəyaz Hərəkat”dan BTQ-yə dəstək…

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək. Bunu xarici siyasət üzrə türkiyəli ekspert və “Beyaz Hareket” siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.

Onun sözlərinə görə, BTQ Türkiyə üçün çox vacib iqtisadi layihədir: “Türkiyənin bu layihədən ildə bir milyard dollar gəlir əldə edəcəyi gözlənir”.

Tahir Kərimlinin qiymətləndirməsi - Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanda iqtisadi artımı təmin edəcək

“Bakı-Tfilis-Qars (BTQ) dəmir yolu xəttinin açılması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”- deyən millət vəkili Tahir Kərimli bildirib ki, erməni diasporu və bəzi xarici ölkələr də bu mühüm layihənin reallaşmasına mane ola bilmədi: "Bu böyük bir tarixi hadisədir. Azərbaycan artıq çox mühüm bir logistika mərkəzi olduğunu təsdiq etdi. Bu layihə Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində baş tutdu.

Hesab etsək ki, Avropa və Çin arasında 100 milyon tonlarla əmtəə tədavülü var, bunun da çox kiçik hissəsi Qazaxıstan-Rusiya marşrutu ilə, qalanları isə su yolu ilə daşınır və 40-45 günə başa gəlir. Bu layihə reallaşandan sonra isə həmin yük 10-15 günə Avropaya, oradan da Çinə qatarlarla daşınacaq. Bu, daşınmada kifayət qədər səmərəlilik deməkdir. Bu daşınma həm də Azərbaycanın xeyrinədir. Ən əsası, bu proses nəticəsində Ermənistan təcrid olunduğunu bir daha müşahidə edəcək".

Deputat qeyd edib ki, bu layihə Azərbaycanda iqtisadi artımı təmin edəcək: "Bu da əhalinin gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq".

Deputat Elman Məmmədov BTQ-nin reallaşmasını Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi adlandırdı

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Bunu isə millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, bu layihənin baş tutması Azərbaycanın iqtisadi uğurlarından biridir: "Bu yolla Azərbaycan həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək. Bu xətt, həmçinin, Şərq-Qərb dəhlizi ilə yükdaşımada aparıcı qüvvə hüsab olunur. Hazırda Şimal-Cənub yolu üzərində iş gedir. Azərbaycan artıq bu layihədə mərkəz rolunu oynayacaq. Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün, Azərbaycanın regionda mühüm strateji rolunun gücləndirilməsi üçün bu layihə çox vacib və mühümdür".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ