çərşənbə günü, 11 noyabr 2026
     

Elman Nəsirov ABŞ seçkilərində Klinton və Trampın maliyyə vəsaitlərinin mənbəyini araşdırdı

Image


“ABŞ-da prezident seçkiləri marafonu finişə yaxınlaşdıqca, bir həqiqət ortaya çıxır ki, bu ölkədə prezident seçkiləri sözün həqiqi mənasında böyük bir siyasi şoudur”. Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirib.

E. Nəsirov deyib ki, ABŞ-ın seçki sisteminin arxaikliyi, köhnəlməsi və xalqın siyasi iradəsini ortaya qoymaq üçün çox uğursuz bir seçki sistemi olması heç kəsdə şübhə doğurmur: “Əvvəla, ABŞ-da xalq birbaşa seçkilərdə iştirak edə bilmir. Bu seçki sisteminin ən böyük qüsuru bundan ibarətdir. Əgər xalq öz siyasi iradəsini birbaşa, açıq şəkildə ortaya qoya bilmirsə, biz bunu necə demokratik seçki adlandıra bilərik? Məsələ ondadır ki, ABŞ-ın seçki qanunvericiliyinə görə əslində amerikalı seçicilər prezidenti seçən insanları seçirlər, özləri prezidenti seçmirlər. Prezidenti seçən insanların sayı isə 538 nəfərdir. Yəni Konqresdəki konqresmenlərin, senatorların sayı qədərdir. 438 konqresmen, 100 senator var. ABŞ-da reallıqda 538 nəfər prezidenti seçir. Eyni zamanda, burada əcaib bir prinsip var. “Səslər qalibə verilir” prinsipi işləyir. Məsələn, ABŞ-ın ən böyük ştatı Kaliforniyadır. Kaliforniya ştatında 54 seçki kollegiyası var. Yəni 54 nəfər prezidenti seçmək hüququna malikdir. Ştatda xalq 54 nəfəri seçir, 54 nəfər isə prezidenti seçməlidir. Tutaq ki, Kaliforniya ənənəvi olaraq demokratların qalib gəldiyi ştatdır, burada 30 nəfər demokrat namizədin lehinə, 24 nəfər isə respublikaçı namizədin lehinə səs verdi. Belə olan vəziyyətdə 24 səsi də 30 səsə əlavə edirlər və  “səslər qalibə verilir” prinsipi işləyir. Beləliklə, bütün 54 səsi demokratlar qazanmış olur. O halda sual yaranır ki, bəs 24 səs harada qaldı, niyə bu səslər demokratlara verilməlidir?! Göründüyü kimi, bu, əcaib bir seçki sistemidir”.

E. Nəsirov ABŞ-da məhz iki partiyanın bir-birini əvəz etməsinin də normal hal olmadığını vurğulayıb: “Niyə məhz iki partiya bir-birini əvəz etməlidir, üçüncü bir partiyanın seçkilərdə şans qazanmaq imkanları niyə məhdudlaşıb? Faktiki olaraq ABŞ-da ikipartiyalı sistem əslində təkpartiyalı sistemin özüdür. ABŞ-dakı seçki sisteminin hər zaman bir partiyanın hakimiyyətdə olduğu totalitar rejimlərdən nə fərqi var? Əsrlərdir ki, ABŞ-da seçki sistemi bu cürdür. Sovet İttifaqında da belə idi, hər zaman Kommunist Partiyası hakimiyyətdə idi. ABŞ-da da hər zaman ya demokratlar, ya da respublikaçılar hakimiyyətdədir. Biz bunu təkpartiyalı sistemin fərqli konfiqurasiyası kimi qeyd edə bilərik. ABŞ-da seçki sisteminin ən əcaib xüsusiyyətlərindən biri də odur ki, ABŞ-da hətta kütləvi şəkildə ölmüş insanların seçkilərdə iştirakı qeydə alına bilir. Ən son məlumata görə, 2 milyona qədər vəfat etmiş seçici qeydə alınıb. ABŞ-da seçicilərin 10 faizə yaxınının şəxsiyyətini təsdiq edən heç bir sənədi, pasportu, hətta sürücülük vəsiqəsi yoxdur. Başqa sözlə, şəkli, möhür olan heç bir sənədi yoxdur. Təbii ki, belə olan halda onların seçki prosesindən kənarda qalması labüddür”.

Millət vəkili qeyd edib ki, ən dəhşətli məqamlardan biri ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakına çox ciddi maneələrin olmasıdır: “ABŞ-ın 50 ştatından cəmi 4-nün qanunvericiliyində yazılıb ki, onlar beynəlxalq müşahidəçiləri seçki prosesinə cəlb edə bilərlər. Xüsusilə də, 4 il əvvəl ABŞ-da ATƏT-in müşahidə missiyasının başına gələnlər çox düşündürücüdür. Texas ştatında ştatın baş prokuroru ATƏT-in müşahidə missiyasına ultimatum şəklində bildirmişdi ki, əgər müşahidəçilər seçki məntəqəsinə 30 metrdən çox yaxınlaşsalar, hamısı həbs ediləcək. ABŞ-da seçki prosesinin reallığı bundan ibarətdir. ABŞ-ın yaradıcılarından biri olan Hamiltonun sözlərini xatırlamamaq mümkün deyil. Hamilton deyirdi ki, ABŞ-da seçkilər əslində iki canavarın və bir qoyunun “axşam yeməyində nə yeyək” məsələsini səsverməyə çıxarmasına bənzər bir şeydir. Bu halda iki səsin birə nisbətində qoyun yeyilir. Yəni iki canavar səs verir ki, qoyun yeyilsin. ABŞ-da seçki prosesinin demokratikliyi budur”.

E. Nəsirov hesab edir ki, bütün bunlar ABŞ-da seçki marafonunun xalqın iradəsinə deyil, konkret qrupların maraqlarına xidmət etdiyini göstərir: “Haqlı olaraq bu gün bir çox sosioloji sorğu mərkəzlərinin gəldiyi qənaət bundan ibarətdir ki, xalqın yox, milyarderlərin müdafiə etdiyi namizəd prezident seçilə bilir. Ən son məlumata görə, Hillari Klintona daha çox milyarder dəstək verir, onun seçki kampaniyası ilə bağlı fonda 70 milyon dollar vəsaitin yığıldığı bəllidir. Respublikaçı Donald Trampın seçki fondunda 18 milyon dollar vəsait yığılıb. Təsadüfi deyil ki, ABC telekanalının keçirdiyi sorğunun nəticələrinə görə hazırda Hillari Klinton rəqibini 12 faiz üstələyir. Yəni 50:38 faiz nisbəti var. Bu proses həm də onu göstərdi ki, prezident olmaq üçün namizədlər bir-birlərini demək olar ki, hər şeydə ittiham edir, insana yaraşmayan ifadələrdən istifadə edirlər. Məsələn, Donald Tramp Hillari Klintonu xəstə olmaqda ittiham edir və deyir ki, ölkəni idarə edəcək vəziyyətdə deyil. Hillari Klinton isə deyir ki, bəli, ola bilsin ki, Donald Trampla müqayisədə sağlam deyil, Tramp sağlamlığına görə ata bənzəyir, ancaq bu, Rusiya prezidenti Vladimir Putinin minib çapdığı atdır. Bir-birlərinə qarşı belə ifadələr işlətməkdən çəkinmirlər. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhanidən soruşublar ki, ABŞ-da prezidentliyə namizədlərdən hansının qalib gəlməsini istəyərdi? Həsən Ruhani də deyib ki, sentyabr ayında BMT-nin Baş Assambleyasında olarkən də dövlət başçılarından biri ona bu sualı verib, o da cavab verib ki, ABŞ xalqı mürəkkəb seçim qarşısında qalıb, ya ən pisdən pisi seçməli, ya pisdən ən pisi seçməlidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ