TANAP və TAP qaz kəmərləri layihələri Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün vacibdir və bütün NATO üzvləri anlayırlar ki, enerji infrastrukturunun təhlükəsizliyi milli məsuliyyətdir.
Bunu Trend-ə NATO ofisindən alyansın sammitində Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrdə enerji infrastrukturunun təhlükəsizliyinin müzakirəsi məsələsini şərh edərkən deyiblər.
Qeyd edək ki, bu gün Varşavada Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi NATO sammiti öz işinə başlayıb.
Azərbaycan öz hərbçilərinin iştirakı ilə və alyansın yüklərinin nəqlinə yardım etməklə Əfqanıstanda sülhməramlı əməliyyatlara böyük töhfə verir.
NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu barədə Varşava sammitindəki yekun kommünikedə xatırlatmağa çağırıb. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti ərəfəsində jurnalistlərə deyib.
O bildirib: "Kommünikemizdə, həmçinin Dağlıq Qarabağ münaqişəsini xatırlayacağımızı gözləyirəm. Biz hər iki tərəfi gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə, süllh və danışıqlara əsaslanmış həll yollarını tapmağa çalışmağa davam etməyə çağırırıq".
"NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər”. Bu barədə Trend-ə tanınmış alman ekspert Aleksandr Rar deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemini həll etmək üçün bu imkanı əldən buraxmaq olmaz, İstənilən dialoq, üstəlik Avropa ictimaiyyətinin dəstəyi ilə baş tutan dialoq doğrudur.
Eyni zamanda ekspert hesab edir ki, NATO deyil, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əsas mühərriki olmalıdır. Çünki NATO-nun bu bölgə ilə heç bir əlaqəsi yoxdur.
Onun sözlərinə görə, apreldə Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra beynəlxalq ictimaiyyət başa düşür ki, bu münaqişənin həllinə daha çox diqqət yetirmək lazımdır.